18.09.2017

Rəsmi Bağdad: Ölkənin şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik

"İraqın şimalında ikinci İsrailin yaranmasına icazə verməyəcəyik"

Eastnews.org-un verdiyi xəbərə görə, İraq prezidentinin köməkçisi və keçmiş prezident Nuri əl-Maliki İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirməyi planlaşdırdığı müstəqillik referendumuna toxunaraq, "İraqın şimalında ikinci İsrailin qurulmasına icazə vermərik", -deyə söyləyib.
Ofisindən edilən yazılı açıqlamada Malikinin ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşdüyü bildirilib. Açıqlamada Malikinin referendumun nə İraq xalqının, nə də kürdlərin xeyrinə nəticələnməyəcəyini, qanuni xarakter daşımadığı, təxirə salınması və ya ləğv edilməsinin lazım olduğunu bildirərək, "İraqın şimalında ikinci İsrailin yaradılmasına imkan verməyəcəyik", -deyə söylədiyi bildirilib.
Kürdlərin referendum qərarına İraq mərkəzi hökuməti, mübahisəli bölgələrdə yaşayan türkman və ərəblər, ABŞ, BMT, Böyük Britaniya, Türkiyə və İran qarşı çıxaraq ləğv edilməsini tələb etmişdi. İraqın Baş naziri Heydər əl-Abadi referendum qərarının konstitusiyaya zidd olduğunu bildirərək nəticəni tanımayacaqlarını bildirmişdi. İraq Məclisi də apardığı səsvermədə "müstəqillik referendumunu" rədd etmişdi.
Ağ Evin mətbuat katibi Sarah Sanders dünən verdiyi yazılı açıqlamada, "Kürd Regional Rəhbərliyini referendumu ləğv etməyə və Bağdadla ciddi və davamlı dialoqa girməyə dəvət edirik", -deyə qeyd etmişdi.   Xatırladaq ki, dünən İraq Baş naziri Heydər əl-Abadi bildirib ki, planlaşdırılan azadlıq referendumu xaos və zorakılığa səbəb olacaqsa, ordu hərbi müdaxiləyə hazır olacaq. Heydər əl-Abadi danışıqlar üçün qapıların daim açıq olduğunu da qeyd edib.

Комментариев нет:

Отправить комментарий