14.12.2017

ABŞ-ın CH-53 transport vertolyotundan fərqli olaraq Rusiyanın Mi-26 transport vertolyotundan Əfqan, Anqola, Qarabağ, Birinci və İkinci Çeçen müharibələrində, Çernobıl qəzasında, hətta qəzaya uğramış NATO vertolyotlarının daşınmasında geniş istifadə olunmuşdur; bu vertolyot dünya ölkələrinin hərbi məmurlarında heyranlıq yaratmışdır. 2009-cu ilin oktyabrında Əfqanıstanda ABŞ-ın “Çinuk” vertolyotu taliblərin atəşə tutması nəticəsində qəzaya uğrayaraq eniş etdi. Amerikanların öz vertolyotlarının onu daşıyıb aparmağa gücü çatmadı və onlar Rusiyaya müraciət etdilər. Rusiyanın Mi-26 vertolyotu “Çinuk”i sallanmış qaydada bağlayaraq göydə 110 km apardı və təhlükəsiz yerə gətirdi. Amerikanlar bu evakuasiyaya görə Rusiya şirkətinə 650 min dollar pul ödədilər. 2009-cu ilin dekabrında Rusiyanın Mi-26 vertolyotu Əfqanıstanda zədə almış daha bir NATO hərbi texnikasını- Niderlandın “Kuqar” vertolyotunu bu formada evakuasiya etdi. Rusların Mi-26 vertolyotu özünə müsbət və qabaqcıl imic yaratsa da, amerikanların CH-53 vertolyotu texniki nasazlıqlar və zəif müdafiə ucbatından üzləşdiyi qəzalarla tez-tez mətbuatın gündəminə gəlir. Vyetnam müharibəsində bu seriyadan olan vertolyotların 36-sı hətta ən yüngül odlu silahlarla vurulub məhv edildi. Əfqanıstanda da amerikanlar ən azı 6 belə vertolyot itirdilər. 2005-ci ilin yanvarında İraq və İordaniya sərhədində CH-53 vertolyotunun qəzaya düşməsi nəticəsində bortundakı 30 amerikan əsgəri öldü. 8 yanvar 2014-cü ildə ABŞ hərbi dəniz qüvvələrinin vertolyotu Norfolk yaxınlığında qəzaya uğradı, içindəki hərbçilər qırıldı. 14 yanvar 2016-cı ildə ABŞ-ın 2 vertolyotu Oaxu adası ərazisində bir-biri ilə toqquşdu, hər vertolyotda 6 nəfər adam öldü. 11 oktyabr 2017-ci ildə Yaponiyada CH-53 vertolyotu ABŞ hərbi bazası yaxınlığında yaşayış məskəninin üstünə düşərək alışdı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий