09.03.2018

Yeni bir zümrə gəlir, dil bakılı qanı ərəb

Vüsal Həsənəli

Yeni bir zümrə gəlir, dil bakılı qanı ərəb.
Ana bir yanı bizimdir, ata bir yanı ərəb.

İrəvanda yaralıykən Qarabağın maralı,
Bakıda ovladı hər gün neçə ceyranı ərəb.

İndi bir Babəkimiz yoxdu ki meydanə çıxıb,
Başa salsın ərəbə, səhv salıb ünvanı ərəb.

Vətənimdə dəvəsi ölmüş ərəblər kimiyəm,
Köçürəndən Bakıya ta Ərəbistanı ərəb.

Vətən övladlarının qeyrəti susduqca, Vüsal,
Sərəcək başımızın üstünə yorğanı ərəb.

Комментариев нет:

Отправить комментарий