05.08.2018

Sovet vaxtı indikindən daha çox müstəqil idik

Nihad Seyidov

Yad dəyərlərə sahib olan ölkələrin Sovet İttifaqına üzv olması mümkünüz idi. Şovinizmi, faşizmi, kapitalist iqtisadi sistemini, Qərbin marionetkalığını özünə “yol” seçmiş ölkələr bu ittifaqa qoşula bilməzdi.
***
Azərbaycan Sovet İttifaqının tərkibində tam hüquqlu, müttəfiq, suveren respublika idi. Və indikindən daha çox müstəqil idi.
***
Sovet vaxtı mərkəzləşmə yalnız və yalnız xoş mərama söykənirdi. Bu mərkəzləşmə heç bir respublikanın suverenliyinə, özünəməxsusluğuna zərər gətirmirdi. Məhz bu mərkəzləşmənin nəticəsi idi ki, Müsavat guruhunun 23 aylıq beyinyuma və savadsızlaşdırma siyasətindən sonra qısa müddətdə Azərbaycanda sabadsızlığın aradan qaldırılmasi istiqamətində böyük işlər görüldü. 1920-ci ilin aprelindən sonra Sovet Azərbaycanında ilk 5 il ərzində artıq demək olar ki, savadsız adam yox idi. Cəmiyyətin bütün üzvləri təhsilə cəlb edilmiş, çoxlu məktəblər, texnikumlar və ali məktəblər istifadəyə verilmişdi.
***
1918-ci ildəki Osmanlı işğalına və irticasına “tariximizin şərəfli hissəsi”, rusun quruculuq, senayeləşmə, mexanikləşmə, savadlanma dövrünə isə “Sovet terroru” deyirlər.
***
Bunların vətənpərvərliyi yalnız 2 cərəyan üzrə istiqamətlənib. “Urus və Sovet İttifaqı bizim düşmənimizdir” və pantürkizm. Vəssalam.
***
Özüm futbol azarkeşi olduğum üçün bu yaxın vaxtlarda bir nəfərin (adını çəkmək istəmirem) futbola aid bir səhifədə yazdığı kommentə biganə qala bilmədim. And içirəm necə yazmışdısa elə də verəcəyəm. Sitat: "Sovet bizim milli kökümüzü, müstəqilliyimizi isğal etdiyi kimi, hətta futbolumuzu da inkişaf etməyə qoymurdu. Ruslaşdırma siyasəti apararaq bizim millətin içindən yaxşı futbolçu çıxmasına imkan vermirdi. SSRİ çempionatında “Neftçi”ni qəsdən uduzdururdular. Ancaq Rusiya klublarını qabağa verirdilər. Elə Banişevski buna sübutdur. Bizim futbolçular qala-qala Banişevskini SSRİ yığmasına çağırırdılar və onu reklam edirdilər”))) İnanın ki, məən hər gün gülməkdən o dünyaya gedib gəlirem. Ay qardaş, nə qədər beyinsiz insanlar var! Hələ bu harasıdır. Ahu adlı birisi bilirsiniz nə yazmışdı?! Yazmışdı ki: “Sovet hökuməti bizi savadlandırmaq üçün yox, öz ideologiyasını yaymaq üçün insanları oxutdururdu”))). Zombilər bu gün cəmiyyətimizdə dominantlıq təşkil edirlər. Çox təəssüf ki, bu realliqdır.
***
Sovet heç kimin dinini elindən almamışdı. Sadəcə dini xurafatın sosial ictimai həyata nüfuzunu məhdudlaşdırmışdı. Mən 1981-ci ildə dünyaya gəlmişəm. Və babalarımın namaz qıldıqlarını lap uşaq vaxtlarımdan görmüşəm.
***
Qərbin beyinyuma maşını hələ də işləyir və beyinsizləri özünə cəlb edir. Nə qədər ki, bizdəki paslanmış beyinlər və kor olan gözlər var, o maşın dayanmadan işləyəcək.

Комментариев нет:

Отправить комментарий