19.03.2022

XANKƏNDİYƏ GİRSƏYDİK AXIRIMIZ NƏ OLACAQDI? BU GUN GÖRÜRÜK!

Aydın Əlizadə

Qarabağın erməni hissəsini ruslar qoymadı azad edək deyənlər indi də başa düşmür, ya da daha doğrusu başa düşmək istəmir ki, bunun axırı nə olacaqdı. O zaman ağıllı adamlar bunlara zənni olaraq başa salırdılar ki, erməniləri bütün dünya dəstəkləyir. Biz o əraziləri alsaydıq bizi erməni "soyqırımında" ittiham edib Kosovanın gününə salacaqdılar. Birincisi bütün "mədəni" Qərb dünyasının KİV-ləri həyayızlıq, iftira kampaniyası aparacaq, sonra siyasətçilər girişəcək, sonra iqtisadi sanksiyalar və nəhayət NATO-nun hərbi müdaxiləsi, Qarabağın Qərb ölkələri tərəfindən dövlət kimi tanınması olacaqdı.
İndi gözümüzün qabağında Rusiyadır. Hamı görür ki, Amerika və Avropa birləşib onu yıxmaq istəyir. Bunun üçün hər üsuldan istifadə edir - lüt həyasız qadınların ekran qarşısında porno şəkil etirazından başlamış Rusiyaya qarşı ən ağır iqtisadi sanksiyalara qədər. Üstəlik ruslarla müharibəyə muzdlu döyüşçüləri yollarır, ukraynalılara silah göndərilir, sərhədlərdə təxribata əl atılır.
İndi bu oyunu bizdən dəfələrlə güclü olan Rusiyaya qarşı edirsə, bizim axırımız nə olacaqdı? Həmin şeyləri bizimlə edib tamamilə məhv edərdilər. 
İndi hər şey göz qabağındadır. Yenə də başa düşmək istəmirlər, "rus qoşunu bizə Qarabağı azad etməyə mane oldu" mənasız sözləri təkrar edirlər. Ya da "Rusiyadan fərqli olaraq biz öz ərazilərimizi azad edirik" sözlərini deyirlər. Yenə başa düşmək istəmirlər ki, Amerika-Avropa üçün sən heç kim və heç nəsən. Sənin ərazin onun üçün yoxdur. Onun üçün ancaq onun öz siyasi məqsədləri var. Bu məqsədlər də bizim yox, ermənilərin maraqlarına uyğundur. Buna görə də bizi məhv edəcəklər. Suriya, İraq, Əfqanıstanı örnək gətirirəm bunlar üçün yenə dediklərində dururlar.
Yəni o zaman bunu zənni olaraq deyirdim bu adamlara, onlar da mənimlə mübahisə edirdi. İndi hər şey göz qabağında, yenə inadkarlıq edib həmin şeyi təkrar edirlər. Ağıl işlətmirlər, anlamaq istəmirlər ki, dünya onların zənn etdiklərindən çox mürəkkəbdir.
Elə Elçibəyin vaxtında da bu düşünülməmiş addımlar, popullist şüarlar az qala ölkəmizi dağıtmışdı. O zamanın olayları bu adamlar üçün bu gün də dərs olmur. Yaxşıdır ki, Elçibəyin dövründən fərqli olaraq Azərbaycan rəhbərliyində bunlar ağılda adamlar yoxdur. Yoxsa ölkəmizi məhv edərdilər. Necə deyərlər Yaxşı niyyətlərin yolu cəhənnəmə aparır!

Комментариев нет:

Отправить комментарий