22.05.2022

SSRİ bərpa olacaq


SSRİ-nin bərpası (hansı formada fərq eləmir) sosial sifarişdir. Qərb bunun qarşısını ala bilməyəcək. Çünki Qərb demokratiyasının saxta dəyər olduğunu, bir ovuc kapitalistə xidmət etdiyini anlamaq üçün 30 il artıqlamasıyla bəs elədi...
Demokratiya 70 illik Sovet rejimindən bezən, yorulan insanlara nicat yolu kimi təklif olunmuşdu. Ancaq çox keçmədən ağıllı insanlar bunun sadəcə afyora, fırıldaq olduğunu başa düşdülər. Əksəriyyətin anlaması üçün isə 30 il bəs elədi...
Bizim üstünlüyümüz haqlı və səmimi olmağımızdadır. Qərb SSRİ kimi güclü dövləti silahla, top-tüfənglə yox, məhz bizim gücümüzlə dağıtdı. O bizi qısamüddətli olsa da inandıra, aldada bildi. İndi bu silah onun özünə qarşı çevrilib. İnsanlar "köhnə yurdun" xiffətini çəkməyə başlayıblar və ora qayıtmaqda israrlıdırlar. Tarix öz qisasını alacaq...
Yaxşı, ya pis olacaq, bunu gələcək göstərəcək və bu həm də xeyli dərəcədə özümüzdən asılı olacaq. Əlbəttə, SSRİ-nin də çoxlu qüsurları vardı, bununla belə, yeni dövr insanların sidqini o dərəcədə sıyırdı ki, onlar tərəddüd etmədən keçmişə qayıtmağa hazırdırlar. Ancaq keçmişə qayıtsaq da, elə etməliyik ki, keçmişdəki səhvləri təkrarlamayaq. Gözüaçıq olaq, Qərbin hiylələrinə, fitnələrinə, zahiri və zəhərli parıltısına aldanmayaq. Saxtakarların, əliəyrilərin, rüşvətxorların, acgözlərin iş başına keçməsinə imkan verməyək, onlara qarşı amansız olaq...

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий