Bərdədə sosial yardım ala bilməyən 3 uşaq atası özünü yandırıb
Dəfələrlə yardım almaq üçün Fonda müraciət edən 24 yaşlı 3 uşaq atası çıxış yolunu intihar etməkdə görür. O, aprelin 19-da uşaqları ilə birlikdə Sosial Müdafiə Fondunun qarşısına gəlib və üstünə benzin tökərərək özünü yandırıb. Ağır vəziyyətdə Bakıya yanıq mərkəzinə gətirilən Cəmaləddinin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada keçinib. Cəmaləddinin intihar etdiyi məkanla bağlı ziddiyyətli məlumatlar var. Belə ki, polis Cəmaləddinin Fondun qarşısında intihar etməsinə imkan verməyib. O, polislər tərəfindən zərərsizləşdirilərək öz evinə gətirilib. Polislər getdikdən sonra isə Cəmaləddin özünü yandırıb. faktxeber.com |
Комментариев нет:
Отправить комментарий