11.07.2011

Adımın arxasındakı vicdansızlıq

Esat Qaraqaplan
Əsəd Qaraqaplan

gəldim - yox idin
bəlkə heç olmamlıydın da
orda – o Vahid parkında
mən əslində səni görməyə gəlməmişdim
vicdanıma görə gəlmişdim - vicdanıma..
xeyli gəlzdim
qocalar gördüm
uşaqlar gördüm
sevgililər
başqa-başqa adamlar gördüm
biz qoca da deyilik
biz uşaq da deyilik
biz heç sevgili də deyilik
olsa-olsa başqa-başqa adamlarıq
səni bilmirəm – mən heç adam da deyiləm
heç başqa adam da..

..dünən bilmədən üstünə su çillədim
gülümsədin..
sonra tanış olduq..
təzə tanış olduğum qız da indicə küsüb getmişdi
dağılmışdım Vahid bağına
ayrılıqlar da vecimə deyildi..
sonra sən..
sonra sən inadçı biri olduğunu göstərdim
mənsə dağınıq biri olduğumu
atam-anam yoxdu – dedin
var da – mənimçün ölüblər..
ərimdəndən də ayrılmışam – dedin
18-im olmamış hələ..
bugün kirayə evdən də
işdən də çıxdığını - dedin
acıdım düzü hallına
ama mənim indilikdə sənə
bir çay ismarlamaqdan artıq gücüm də yox idi..
oturduq – mən şəkərimi qarışdırdım
sənsə biraz daha fikirlərimi..

sonra xeyli gəldik
dedik-güldük
hətta sən məndən küsdün də bir neçə dəfə
başqa qadınlara görə..
elə isinişmişdik bir-birimizə
qıraqdan baxanlar deyə bilməzdi
bir saat əvvəl adını belə bilmirdim..
sənin ayaqların ağrıyana
mənim dağınıqlığım keçənə qədər gəzdik
sonra İçərişəhərdə oturduq
sən yorğunluğunu alasan deyə
mən də..
eh məni boş ver..
bilirdim qalacaq bir yerin də yoxdu
demək belə istəməsən də bilirdim
bir ev kiraladım - gecəni birgə keçirdik..
masmavi buludlar vardı pəncərədən uzaqda
yanımda da sən vardın – yataqda
qəribə gecəydi -
iki adamın məsumluğundan
çirkinliyindən xəbərsizdi bütün yer kürəsi..
səhərə kimi yatammadım
özümə nifrət elədim bu yad evdə
anladım mən o deyiləm..
həyatın murdar uşarəsidi – anladım..

səhər ayrılıb gedəndə
bugün yenə hava qaralanda gələrsən ora
o Vahid bağına – dedin..
gəldim də - ən azından vicdan borcu deyə
axı gecə səninlə yatmışdım - ən azından..

axırda gəlib çay içdiyimiz kafedə oturdum
çay qoyub qabağıma düşündüm bəlkə gələdin
ama mən vicdan borcumu yerinə yetirmişdim
çıxıb gedə bilərdim..
sonra çayımıın şəkərini qarışdırdım
biraz daha vaxtı uzatmaq istədim
pəncərədən çölə baxdım
hər tərəf işıqlarda daha hüzünlüydü
sənə bənzəyən çoxu vardı
ama heç biri sən deyildin
elə bil heç olmamışdın kimi yox idin..
ama indi nə səndən ötrü
nə də belə darıxıram – dağınıq da deyiləm
səni sevə də bilməzdim iki daşın arasında
necə ki sevmirdim də..
bir qurtum çay içib uzun-uzadı gözlədim
gəlməyini də istəmirdim açığı
mən heç səni də gözləmirdim
sadəcə gəzməyə çıxmışdım dünənki kimi
biraz da dağınıq idim biraz əvvəl
vicdanımın rahatlamasını gözəyirdim..

indi çox sakitəm artıq
ama yenə oturub gözləmək istəyirəm
ama nəyi – heç onu da bilmirəm
heç bilmək də istəmirəm..
sən mənimçün bəlkə dünən yataqda bitmişdin
o arıq canınla
ama vicdanımın ağrısı çoxalmışdı
axı atasız-anasızam – demişdin..

indi çıxıb kafedən yenə ora baxdım
Vahid bağına - görüm gəlibsənmi..
səhər gedib kirayə ev və iş axtarmalıydın
mənsə yıxılıb yatmışdım kirayə otağımda
iş günüm deyildi deyə..

yox – indi də orda tək adam yox idi
yəni başqa biri – yəni başqa bir tək
yəni mənim kimi biri – sənin kimi biri..
mən heç sənin taleyindən də rahatsız deyiləm
yenə öz vicdanımdan rahatsızam..
bir gəlsəydin
bir görə bilsəydim
bir çıxıb gedə bilsəydim bu ağrılı şeirdən
bu vicdansız özümdən bir çıxıb gedə bilsəydim
bu vicdansız şəhərdən..

Комментариев нет:

Отправить комментарий