Günün ən qalmaqallı adamlarından olan Hafiz Mirzə əməkdaşımız Tural Balabəylinin suallarına cavab verir
-Hafiz Mirzə kimdi?
- Hafiz Mirzə Allahın fağır, məzlum və mömin bəndəsi. Ailə başçısı, Bələdiyyə üzvü, Mədəniyyət Sarayının direktoru, "Olaylar" İA və eyni adlı qəzetin Cənub büro rəhbəri, AYB, AJB üzvü, Lənkəranın baş məsçidinin dini icma üzvü, QMİ-nin Cənib bölgəsi üzrə Səlahiyyətli nümayəndəsinin NTK sədri, hacı. Ən əsası Azərbaycan vətəndaşı!
-Necə insanlarla dostluq edirsiz?
-Ruhuma yaxın olan mömin insanlarla daha yaxın dostluq edirəm.
-Kimdən və nədən xilas olamağı istərdiz?
-Qarşıma çıxan kafirlərdən, separatçılardan, yalançılardan, məkri-zənəndən və özümün qüsurlarımdan həmişə daha tez xilas olmaq istərdim. Ən dəhşətlisi və ən güclüsü öz qüsurlarımdı!
-İnsanları hansı xüsusiyyətlərinə görə dəyərləndirirsiz?
-İmanına, intellektinə, mərdliyinə və vətənpərvərliyinə görə.
-Öldürmüsüz?
-İnsan yox. Amma təsadüfən maşınla toyuq-cücə basmışam. Və onun da altını çəkmişəm. Öz millətimdən kimsəni, hətta düşmənimsə də öldürə bilmərəm. Amma eşşək balası kimi çırparam. Azərbaycanımın düşmənlərinə isə güllə atmaqdan çəkinmərəm. Onda da onu insan sanmayaraq öldürə bilərəm!
-Sonda…
Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий