10.07.2011

Ədəbiyyatın vəzifələri -1

Sayman Aruz      
Dünya Azərbaycanlı Yazarlar Qurumu

 Ədəbiyyatın vəzifələri nədən ibarətdir sualının özü tarixi köklərə əsaslanır. Enişli-yoxuşlu , məktəblərə, üslüblara, daha çox dünyada cərəyan edən siyasi və ictimai hadisələrə əsaslanan bir tarixdir. Bu məsələylə bağlı çoxlu araşdırmalar aparılmış, lakin yenə də öz cavabını tapmamış, balaca təkandan sonra yenidən sorumlu qalmış, tənqidçi və yazıçıların müdaxiləsini gözləmişdir. Əslində bu sualın cavabının tapılmamasının səbəbi nədir? Bu sualın cavabı sadədir. Ədəbiyyatın özü cavabdır. Ədəbiyyat Babakovun təbiri ilə desək, oğlanın olduğu və canavarın olmadığı, həmin oğlanın “Canavar, canavar!” qışqırdığı xəyali neandrial dərəsində meydana gəlmiş, bu günədək sırf olaraq öz mövcudluğuna davam etməmiş, neçə min illik yolu yarızarafat və yarıgerçək vəziyyətdə keçmişdir.
 Ədəbi məktəblərin tarixi ədəbiyyatın oyunbazlığının, yarıgerçəkliyinin bariz nümunəsidir.  Təbiidir ki, hər bir məktəbdə zamanın tələbi və günün tələbatına uyğun bizim cavabımız üçün suallar vardır. Ədəbiyyatın özü dünyaya təsir gostərə və təsirlərə məruz qala bilər. Şübhəsiz, bizim sualın da hər dövrdə cərəyan edən hadisələr və ona olan  reaksiyaya uyğun cavabları vardır. Bəziləri ədəbiyyatın tarixinin yazılması, digərləri ədəbiyyatın psixologiyasının araşdırılması təklifini irəli sürmüş, digərləri isə siyasi tənqidi ədəbiyyat üçün nümunə saymışlar. Bəziləri ictimai tənqidi, digərləri ədəbiyyatı özlərinin ideologiya dili hesab etmiş, başqa qrup isə hər cür bənddən azad ədəbiyyata üstünlük vermişlər. Keçən əsr bu sahədə bir- birinə zidd və fərqli cavablar mövcud olmuşdur. Təəssüflər olsun ki müasir zamanda da bu sahədə cavablarin müxtəlifliyinin şahidi oluruq.
 Yüz illərlə əvvəl yaşamış və yaratmış məşhur və qeyri məşhur yazıçıların bu sahədə verdikləri çoxsaylı cavabları araşdırmaq fikrində deyiləm, çünki bu sahədə kitab və məqalələr mövcuddur və onları əldə etmək o qədər də çətin deyildir. Sadəcə, bu sualla verilən axırıncı münasibətlərə qısa nəzər salmaq istəyirik.
 Sovetlər formasında olan iqtidar şəkilli sosializm süquta və ondan daha əvvəl onun mənəviyyatı sona yetdikdən və dünya səviyyəsində yazıçı və ziyalıların ideologiya kimi kateqoriyaya azalan marağı nəticəsində bizim sualımıza başqa sualla cavab verildi. Bəlkə də bu yarıgerçək- yarızarafat suala dəqiq cavab ola bilər. Ona görə ki, bir cinsdən olub və hiyləgərcəsinə verilmişdi. Sual belə idi: Məgər ədəbiyyatın vəzifəsi var? Bu cavab möhkəm fəlsəfi köklərə- fundamentə əsaslanırdı. Ona xas olmayan, lakin üzərində dayanmaq bacarığı olan fundamentə. Elə bir fəlsəfi fundament ki, mətn və iş, onun arasındakı fərqi təhlil edir. Elə bir fəlsəfi təhlil ki, sübut və nişanələri araşdırır. Lakin mətnin quruluşunu, mənasını, nişanələrini araşdırmaq imkanları olduğu halda, cavabın özü fundamentə əsaslanan sual idi ki,  bizim əvvəlki sualımıza yeni məna verir. Lakin hər hansı bir mətn sonsuz sübutlar oyunu, hadisələr və ona dil vasitəsilə reaksiyalar olduğundan, təsir və təəssüfdən xaricdir. Mətn təsadüfdən doğduğundan, təsirə məruz qalmır və nəticədə vəzifəsiz olur. 

                                                                     "Yeni xəbər" qəzeti

Комментариев нет:

Отправить комментарий