Məhəmməd Ərğəvan
yeni yığvanı yığır inci görüşlər hey-hey,
qılacaqlar mi yarın hızlı yürüşlər hey-hey?
eləbil qurqunu qurmuş dəli qoçlar dəlisov,
küçələrdə qoşacaq qanlı döyüşlər hey-hey.
quruşumlar çanı tansilə tanıq oldi , dedi:--
təndir ovcunda alay çəkdi gümüşlər hey-hey.
yetişibdir yemişi göy gedişin , göy görüşü,
buna örnək ulu şamanda ki düşlər hey-hey.
quşqusuzdur dediyim , kim başa düşmür ona hoy,
sərgilərdə sezilir çün görünüşlər hey-hey.
Ərğəvan bəlli gəlişmiş ana göstərdi açıq ,
ələnir hər yerə hey, bax çürümüşlər hey-hey.
Divan-i ərğəvan - DƏLİ (5) M . Ərğəvan
Комментариев нет:
Отправить комментарий