10.07.2011

Feniks quşu sehirli, ecazkar varlıqdır


Feniks-qızılı və qırmızı rəngə boyanmış sehirli quşdur, doğan Günəş simvoludur. Hər  500 il – dən bir özünü qurbanlıq odunda yandıraraq ölür və hər dəfə də öz külündən yenidən dirilir. Dəfn ocağını vəhşi darçın yarpağından hazırlayır, eyni zamanda dəfn mahnısı oxuyur və bunu eşidən  heyranlar  bihuş halda yıxılırlar. Sonra qanad çalmaqla Günəş şüaları altında darçını yandırır. Özünü yandırandan üç gün sonra küldən yeni feniks doğulur. Ərəb səhralarında yaşamışdır. Onun haqqında əfsanələr Misirdən gəlir. Ölməzlik və ölülərin gözlənilən dirilməsi simvolu, insanın və ya fikirlərin yaranması simvolu olmuşdur. 


Fenmks haqqında mif Ərəbistanda yaranmış və sonra Heliopol kahinlərinə məlum olmuşdur. Mifə görə, Feniks hər 500 ildən bir (digər rəvayətlərə görə 540, 654, 1000 ildən bir) Ərəbistandan Heliopola atasını dəfn etmək və ya ölmək üçün uçub gələrdi. Özünü yandırandan və ya kahinlər tərəfindən yandırılandan sonra Feliks küldən tırtıl şəklində yaranır, 40 gün ərzində quşa çevrilir və yenidən Ərəbistana uçub gedirdi. Daim intibah, dirçəliş, əbədi təzələnmə  kimi onun haqqında mif geniş yayılmışdır.
Bəzi rəvayətlərə görə Feniks 1461 il, digərlərində onun böyük il, yəni Günəş, Ay və beş planetin öz başlanğıcına qayıtması qədər, bəzilərində 12 994 adi il ömür sürür. Qədim dövrlərdə inanırdılar ki, bu böyük astronomik dövr başa çatanda dünya tarixi tamamilə təkrar olunur, çünki planetlərin təsiri təkrarlanır; beləliklə, Feniks bir növ kainat simvoludur.
Deyilənlərə görə bu çox qəribə quş olmuş, bütün dünyada nadir quşdur, ona görə də onu çox  az-az görürlər. Başqa quşlardan fərqli olaraq cütləşmədən yaranır. Ölümünün yaxınlaşdığını hiss edəndə nadir və qiymətli, həm də tez yanan bitkilərdən özünə yuva tiki rvə yuva ilə birlikdə tam yanır. Sonra yanan Feniksə oxşar gənc Feniks ona qəribə dəfn mərasimi keçirir.
Bu quş qədim Yunanıstanda – Feniks, Ərəbistanda – Anka, İranda – Simurq, Hindistanda – Qaruda, Misirdə – Benu, Skandinariya mifologiyasında Yel qarğası adlanır.
YAŞAR PAŞA OĞLU ƏHMƏDOV, “FƏLSƏFƏ FENİKS QUŞUDUR”, GİRİŞ

1961-ci ildə anadan olmuşdur. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının ''İctimai fənlər'' kafedrasında işləyir, fəlsəfə elmləri namizədi, dosentdir. Fəlsəfənin müxtəlif problemlərinə dair çoxsaylı elmi  məqalələrin, 50-dən  çox elmi-metodik vəsaitin  müəllifidir. Doktorluq dissertasiyası üzərində işləyir. Bir-birindən maraqlı yazılarını saytımızda görə biləcəksiniz.


Комментариев нет:

Отправить комментарий