10.07.2011

Yazmağa o qədər dərd var ki...


Ülvi Məmmədli                      Professional Oxucu Liqası

 İndi zəmanə elə pis dəyişib ki, kimin kim olduğu bilinmir. Görürsən hörmət bəslədiyin bir adamdan elə hərəkət baş verir ki, yana-yana qalırsan. Biz bu peşənim əsgərləri (yəqin ki, bu söz çoxlarının xətrinə dəyməz) hər hansı problemi qaldıranda nəyəsə bir azca da olsa nail olmağı düşünürük.
 Dərd o dərddir ki, gözünün qabağında milləti soyalar, əlindəki tikəni alıb yeyələr, buna susub münasıbət bildirməyəsən- artıq bu fəlakətdir.
 Mənim ən çox oxuduğum saytlardan biri yardimli.net saytıdır. Ona görəki yox, mən o rayonun övladıyam, ona görə ki, orada mənin ruhuma yaxın yazılar gedir. Və bu satyda ən çox bəyəndiyim yazar Mehdi Həsənovdur. Mehdi müəllimlə ətraflı tanışlığım olmasa da, az da olsa əlaqəm var.
 Bu dəfəki yazısı barədə danışmaq istəyirəm. Heç zövqümə yatmadı. Mehdi müəllim bu dəfə dediyim sayta Yardımlı lətifələrini “doldurub”. Əgər başqa vaxt olsaydı, məndə həmin lətifələri oxuyub, qəşş edəcəkdim. Lakin indiki halda hənanın yeri deyil.
 Bu gün Yardımlının kifayət qədər həll olunası problemi var. Hörmətli Mehdi müəllim, onlardan niyə yazmırsız? Atalar yaxşı deyib tək əldən səs çıxmaz. Mən yazıram bu rayonda təpki ilə qarşılanır. Amma bu o deyil ki qələmi əlindən sal və SUS!
 Yardımlı təhsilinin günü-gündən geri düşməsi, əhaliyə verilən ünvanlı yardımların mənimsənilməsi, rayon xəstəxanasında olan əndrabadi hallar sizin kimi bir adamı düşündürməyə bilməz. Mən buna əminəm. Lakin nədənsə bunu qabartmırsız. Sizin yaşadığınız Ostayır kəndinin böyüklükdə dünya qədər problemləri vardır.
 Hərdən sizləri də başa düşürəm. Rayonda hamı biri-birini tanıyır bəlkə ona görə kimisə ayağa vermirsiz. Bu təqdirəlayiq yanaşmadır. Amma indiki Yardımlıda kifayət qədər problem var və bu problemlər azalmır- həndəsi silsilə üzrə artmaqda davam edir. Yardımlıdan çıxan gənclər Bakı şəhərinin “Xalqlar dostluğu”ndakı məlum ərazini özlərinə əbədi məskən seçirlər. Oradakı hambalların 60 % Yardımlı məktəblərinin  məzunlarıdır. Bizim də alnımıza belə yazılıb- əgər türksənsə, məlum etnosun qabağında hambal işləməlisən!
 Bu günkü Yardımlının səhiyyəsi də el demişkən, “it kökündə”dir. Gör nə günə qalib ki həkim narkotika ilə məşğul olur. Məcburdur- başqa dolanışıq sahəsi yoxdur. İqtidar bizə başqa iş yeri açmır və dolanışıq şəraiti yaratmır. Sonra da deyirlər Yardımlı narkotikə oturub. Onlara belə sərfəlidir. Digər prizmadan baxanda baş həkim tabeliyindəki həkimlərdən aylıq tələb edirsə, məncə bu yazıq həkimin əməllərinə bəraət qazandırmaq olar- onu da yuxarıdan sıxırlar.
 Televiziyadan Yardımlını göstərəndə hamıda belə fikir formalaşır yəqin yenə kiminsə narkotika ilə saxlanmasını göstərəcəklər, ya da kimsə öz qohum-əqrəbasını balta ilə doğrayıb. Boynunuza almalıyıq ki, rayonumuzun adı indiki halda heç yaxşı mənada çəkilmir. Bu gün hakimiyyətdə olan mənşəyi bilinməzlər tərəfindən bizə qarşı planlı genosid siyasəti aparılır. Bu gün onlarla cavanımız türmələrdə çürüyür. Hamısıdı “ağ ölüm”dən. Çoxlarıda bu hərəkəti kasıbçılıqda gördüklərini deyirlər. Neyləsinlər, bu gün rayonomuzda bir dənə olsun iş yeri yoxdur. Kəndlərin demoqrafik vəziyyətinə baxsaq, gələcəyimizin necə böyük təhlükədə olduğunu anlamaq olur. Maddi vəziyyət get-gedə ağırlaşır, bu da mənəvi tənəzzülə gətirib çıxarır. 
 Əhali haqqı olan ünvanlı yardımları belə ala bilmir. Başqa sayılası problemlemləri artıq bir də sadalamaq istəmirəm.
 İndiki Yardimlını yıxmağa, sizin o lətifələrdə deyildiyi kimi, zəif külək də bəs edər. Gəlin Mehdi müəllim, vaxtımızı lətifə toplamağa yox, bu problemlərdən çıxış yolu tapmağa həsr edək.
 P.S: Bu yaxınlarda hansısa sayt Yardımlı jurnalistlərinin rayondakı vəziyyətlə bağlı münasibətlərini vermişdi. Orada ən çox məni qıcıqlandıran Aqil Lətifov adlı həmkarımın fikirləri oldu. Bu dəfə gələn yazılarımızda danışacayıq. ”Utanmasan oynamağa nə var ki”...

Комментариев нет:

Отправить комментарий