08.07.2011

“İş olan yerdə hər hansı çatışmazlıq da olur”

Əməkdaşımız Tural Balabəylinin tanınmış həkim və yazıçı, DAK həmsədri Paşa Qəlbinur ilə söhbəti

-5 iyul Dünya Azərbaycanlıların qurultayı keçrildi. Qurultayda nələr müzakirə olundu?
-Dünya Azərbaylıların 3 qurultayına dünyanın 42 ölkəsindən 580 nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda xarici siyasətçi, rəsmi şəxs, deputatlar, alimlər və ictimai xadimlər Heydər Əliyev sarayında toplaşlaşmışdılar. Qurultaya qədər görülən və qurultaydan sonra görüləcək işlər müzakirə olundu. Əsas müzəkirə mövzusu yeni diasporoların təsis edilməsi, təşkilatlanması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Müzakirələrdən sonra cənab Prezidentin məruzəsi oldu. Həmin məruzədə cənab Prezident yeni təkliflər planı da səsləndirdi.

-Sizcə bu qurultay digər iki qurultaydan nə ilə fərqlənirdi?
-Bu qurultayın digər qurultaylardan əsas fərqi gördüyümüz işlərlərlə bağlıdı. O zamanlar diasporalar təzə yaranmışdı və gördüyümüz hər şeyi sıfırdan başlayıdıq. İndi isə çox işlər görmüşük və yetərincə yol qət etmişik. Demək olar ki, bu qurultayı hesabat adlandırmaq olar. Bir şeyi də qeyd edim ki, ilk qurultay ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib.

-Alman-Azərbaycan Cəmiyyəyinin sədri Çingiz Abdullayev diasporaların fəaliyyətini bəyənməyərək “özfəaliyyət” adlandımışdı. Bununla bağlı nə deyə bilərsiz?
-İş olan yerdə hər hansı çatışmazlıq da olur və tənqid olmalıdır ki, o çatışmazlıq aradan götürülsün. Mən Çingiz bəyin dedikləri ilər razı deyiləm, diasporalar öz işlərini yetərincə və layiqincə görürlər. Mən belə düşünərəm ki, Çingiz Abdullayevin Diaspora üzrə dövlət komitəsinin fəaliyyətini görən gözü yoxdu. Bunu əldə edilən uğura kölgə salmaq da adlandırmaq olar.

-Sonuncu qurultay nə ilə yadda qaldı?
-Sonuncu qurultay digər keçiralən iki qurultaylardan çox fərqli idi. Ona gərə ki, qurultaya qədər çox işlər görülmüşdü və görülən işlərin, hesabatların və yenidən görülə biləcək işlərin müzakirəsi olundu.
 
-Siz yerli kanalların birində reklama çəkilmisiniz. Amma bu cəmiyyət arasinda birmənalı qarşılanmayıb.
-Mən həkim kimi çəkilmişəm o reklama, kosmonaft kimi yox.

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий