Gülnar Musayeva
Bilmirəm, kim daha çox uduzar biz ya sən? Sən yenə quma toxunub ruhu oxşaya bilirsən. Təkəm dəniz, artıq tamamilə təkəm. Yalnız qalıb içimə baxmağa qorxacaq qədər təkəm. Bilirəm, sənə içini açmaq üçün minlərcə insan gəlir… Bəlkə hamısı tək olduğu üçün gəlir, bəlkə də mənim kimi kimsəsiz olduğu üçün.. Bəziləri də milyonların arasından tək olduğu üçün gəlir. Sən neynirsən dəniz? Necə kömək ola bilirsən? Səndə ümid dolu dikilən gözlərə necə cavab verirsən? Həm qatil, həm də ən yaxın dost olan dəniz… Susma dəniz, susma.. Bir də dəniz sənə sualım var… Ən vacib sualım: sən bilirsən Tanrı var? Artıq bu sualı kimə verəcəyimi bilmirəm. Yordum səni də, gedim mən, sirrimi heç kimə açma, olar?! Sadəcə yanına gələnlərə de ki, sevdiklərinin dəyərini onların gülümsəməsini seyr etməyə şansları olduğu zaman bilsinlər.
Комментариев нет:
Отправить комментарий