03.07.2011

“METOFİZİK MƏNZƏRƏLƏR” SİLSİLƏSİNDƏN

Adil Mirseyid poeziyasından ən yaxşı seçmələr bizdə!

                            *         *           *
göydə ayın görünməyən tərəfindən
mosmor bir rüzgar əsəcək
rüzgar yağmur gətirəcək
sənə mənə ərmağan
hüzün nəğmələri oxuyacaq
saatların əqrəblərində çırpınan zaman
ayın görünməyən tərəfindən əsən mosmor rüzgarla
pozulacaq ruhumuzun göy üzünə çəkdiyi cizgiər
bilirəm artıq zamanın gerçək üzünü gizlədir bizdən
baxdığımız güzgülər.

                           *         *           *
bütün umudsuzluqları bir qaya üstündən atdım dənizə
qağayılarla qanad–qanada uçdum uçdum
uzaq limanlara üzən bir gəminin havasına
gəmi üzüb getdi mən burda qaldım
bir səs gəldi hardasa çox uzaqdan
bəlkə uşaqlığımdan bəlkə də ürəyimdən
dalğalandı birdən birə gözlərimin məxməri
uzaq limanlara üzən bir gəminin havasına
daha bel bağlamıram mən ömrün vəfasına

                      *           *              *
ölümün xeyrinə işləyir bütün saatlar
uçan quşlar duyur saatların sirrini
amma saatlar gizlədə bilmir zamanın çılpaqlığını
zaman bakirə deyil artıq
artıq ölümlə sevişir zaman
dodağında cakonda təbəssümü
ay işığı parıldayır çılpaq zamanın alnında
tər və qan qoxusu var siyah atlas qaranlıqda
sən də uçub getdin salvador dali
bəs kim anlatacaq zamanın sirrini
kim söyləyəcək dünyanın ən böyük yalanını
kim çəkəcək mənim gerçək rəsmimi                                                                                                                                    sən də yoxkən bu dünyada
yenə aynalar aldadacaq gözlərimin içində bəslədiyim ölümü

                                             Adil Mirseyid

Комментариев нет:

Отправить комментарий