17.07.2011

Onlara hansı adı verək..?

Vüqar Haqverdiyev

Dünyada adsız  heçnə yoxdur. Daha doğrusu, bizə məlum olan hər nə varsa, hamısının adı var. Bəs görəsən bu adlar necə yaranıb, onları kim qoyub, filan ad niyə məhz belədir, başqa cür deyil? Adamda maraq oyadan bu  suallara cavab tapmaq üçün, ilk öncə uzaq keçmişə nəzər yetirək.
Ta-qədimdə əcdadlarımız dil açıb danışmağa başlayanda ətrafda olanları bir-birindən fərqləndirmək, habelə onlar haqqında məlumatı qısa yolla çatdırmaq üçün adlar fikirləşib tapırdılar. Belə adlar informasiyanın ani olaraq ötürülməsində mühüm rol oynayırdı. Məsələn, əvvəllər, haradasa ayı və ya meymun görmüş adam, bu barədə xəbər vermək üçün ayı kimi hərəkət edib və ya meymun kimi atılıb düşürdüsə, artıq ad vasitəsilə həmin məlumatı bir sözlə çatdıra bilirdi. Adı eşidən adam, o dəqiqə söhbətin nədən getdiyini anlayırdı.
Adların tədqiqi ilə onomastika elmi məşğul olur. Onomastika özü, yunanca onoma, yəni ad sözündən götürülüb və hərfi mənası “ad vermək məharəti” deməkdir. Tədqiqatlar göstərir ki, hər bir xüsusi ismin yaranması özü-özlüyündə böyük bir yaradıcılıq prosesi olmaqla, həm də tarixin bir hissəsidir. Adlarda bədii yaradıcılığın, xalq fantaziyasının, tarixi əlaqələrin, məişətin, inamların əkslərini tapmaq olar.
İlk baxışdan asan görsənsə də, bu gün yeni bir ad yaratmaq, nəyəsə təzə bir isim fikirləşib tapmaq olduqca müşkül məsələdir. Diqqətlə fikir versək görərik ki, müasir dövrdə yarana xüsusi isimlərin hamısı  Latın, Yunan, İngilis və Fransa dilində mövcud olan sözlərdən düzəldilib götürülür. Yəni heç kim özündən yeni ad kəşf edə bilmir.
Baxmayaraq ki, adlar, özü-özlüyündə insan səsidir, ancaq biz çıxartdığımız səslərin hamısından isim kimi istifadə edə bilmirik. Çünki, adlar adi abstrak səs yığımı deyil, müəyyən məna kəsb edən, daha doğrusu səs qiyafəsində olan mənalardır. Bu mənalı səslər öz sədası ilə sahibini bəlli edirlər. Yiyəsinə yapışmayan, onun naturasına uyğun gəlməyən adlar heç kim tərəfindən qəbul edilmir. Ad, bir növ sahibinin mahiyyətini mənalı şəkildə səsləndirir.
Məsələn, götürək “meymun” adını. Bu adı əcnəbi də eşitsə, o dəqiqə biləcək ki, söhbət gülməli bir məxluqdan gedir. Çünki, “meymun” ifadəsi yumorlu səslənir və onu eşidən adam intuitiv olaraq hiss edir ki, bu ad altında olanın fizionomiyasi da gülməli görünüşə malik olacaq. Meymuna diqqətlə baxsaq, buna tam əmin ola bilərik. “Meymun” adı, elə bil lap meymunun sifətində yazılıb. Bu ad meymunun naturasını ilə çox gözəl harmoniya yaradır. Meymunun meymunluq eləməsi də ona verilən adın gücündən doğur. Ruslar demişkən, gəmiyə hansı adı versən elə də üzəcək! Meymun da həmişə adını doğrultmağa çalışır, öz hərəkətləri ilə ətrafdakıları şənləndirir. Ən gülməlisi isə odur ki, meymun güzgüyə baxanda, adını özgəsinə qoymağa çalışır...
Başqa bir ad götürək, məsələn, son günlər cəmiyyətdə böyük səs-küy yaratmış “eşşək” adını. İndiki dövrdə eşşəyə “eşşəkdən” yaxşı ad tapmaq olarmı? Əlbəttə, yox!... Düzdür, el arasında ona “uzunqulaq” da deyirlər, çünki qulaqları uzundur. Ancaq bununla belə eşşəyin əsl adı elə “eşşəkdir”. Bu adın səslənməsi eşşəyin qanmazlığı və tərsliyi ilə mükəmməl bir tamlıq yaradır. “Eşşək” adının cəmiyyətdə yaratdığı rezonans da göstərir ki, dilimizdə olan səslərin uğurlu birləşməsi necə böyük əks-səda törədə bilər. “Eşşək” adının magik qüvvəsini artırmaq üçün, hətta məşhur şairlərimizdən biri vaxtı ilə təklif etmişdi ki, eşşəyin adındakı ş-ların sayını artırsaq, qanmaza “eş...şək” deyəndə daha effektli səslənər. Lap adamın ürəyindən tikan çıxar.
Bu minvalla, biz tək heyvan adlarını deyil, başqa adları da müzakirə edə bilərik. Məsələn, götürək “erməni” adını. Əvvəllər, heç kimin tanımadığı bir tayfa dağdan enəndə, Türklər onları “hay” çağırırmışlar. Ancaq, sonradan görürlər ki, bu haylardan adama hay olmaz, elə ayaqlarını hara qoyurlar, deyirlər bura mənimdir, ora mənimdir, tez hayların adını dəyişib “yer mənim”, yəni “erməni” qoyurlar. Ancaq nəzərə almırlar ki, yuxarıdakı meymun məsələsindəki kimi “gəmiyə hansı adı versən, elə də üzəcək”.
Addəyişmədən sonra ermənilərin ayağı daha da yer alır. Deyirlər ki, madam bizim adımız oldu “erməni”, onda bütün yer kürəsi bizimdir. Başlayırlar açıq-aşkar  qədim xalqlara, ən çox da Azərbaycan xalqına məxsus olan yer, musiqi, alət, abidə və digər dəyərlərin adlarını dəyişməklə onları özününkü etməyə. Erməni saxtakarlığından ən çox ziyan çəkən də məhz  Azərbaycan xalqı olur. Bugünkü Ermənistan ərazisindəki bütün yer adları xalqımızın adı ilə bağlı olduğu halda, erməni xəyanəti nəticəsində həmin adların hamısı dəyişdirilib. Erməni həyasızlığı o həddə çatıb ki, bir ara da  Ağdam rayonunun adını dəyişməyə cəhd edirdilər.
Əslində isə, “erməni” adının özünü dəyişmək zamanı çatıb. Bəlkə də o vaxtlar babalarımız bədnam qonşularımıza “erməni” adını verməsəydilər heç başımıza bu müsibətlər də gəlməzdi. Yazıqlar nə biləydi ki, ermənilər öz adlarını doğrultmaq üçün, sözün həqiqi mənasında əsl ermənilik edəcəklər.
Xalqımızın qədim, həm də sınaqdan çıxmış belə bir adəti var ki, bir şəxsin adını dəyişməklə, onu sağalmaz irsi xəstəlikdən xilas etmək olur. İnama görə, ad tale olduğu üçün, onu dəyişdirdikdə sahibinin də taleyi dəyişir. Xəstə insan sanki yenidən dünyaya gəlir və sağlam həyata qədəm qoyur. Bu üsulla çox adamlar şəfa tapıb. İndi ermənilərin adını dəyişdirə bilsək, bu milləti də nəsillikcə davam edən “yer mənim” xəstəliyindən azad edə bilərik, həm də böyük savab qazanarıq. Ancaq bir qəliz məsələ var ki, bədnam qonşularımıza hansı adı verək?...


modern.az

Комментариев нет:

Отправить комментарий