17.07.2011

Tuzaq

Məhəmməd Ərğəvan. Öykü

Ayaq yolu kağızı bənzər qullanılırdım, bir parça çörək üçün. Ən aşağı adamlara boyun əyərdim və hərgün buranısil, oranı yu, şuranı arıla deyirdilər. Hər harda çalışırdım, bir birinə oxşayırdı yerli-yersiz buyruqlar. Buyruqlar önəmli deyildir. Bir işci olaraq görəvimi yerinə yetirirdim. İlin sıcaq ayları idi, bir Lokantada on-bir ay çalışmış idim. Bir gün aşçı bəydən izinə çıxmaq üçün zaman istədim. Yerinə bir işçi tap, bir aylıq get dedi. Ordan-burdan soraqlaşıb, birini buldum deyə izinə çıxdım. Hər gün işə gedib-gələndə, iki polis görürdüm. Onların əlində kağızla qarandaş var idi. Onlar yalnış yerdə durmuş arabaların sayına zill verirdilər. Demək arabalar öz yerindədeyilmiş və polislər ödəniş bəlgəsini yazırmışlar kimi düşünürdüm.

İzinin ilk günü çay masasın da oturmuş idim. Anidən xanım :-
-Quzum, ay quzum !
Yanıt verməyirəm.
-Quu-zz-umm, aa-yyy quu-quzum !
Çarasızca :-
-Həəə ceyranım!
-Nə zaman qoyun olursan!?
Susurum.
-Quzum nə zaman qoyun olursan dedim!?
Könülsüzcə:-
-Haçan istərsən!
-Hə, indi oldun mən sevən kişi, demək izinə gedirsən, deyil mi?
-İzin versən hə!
-Bir söz demədim ki, qq-uu-zz-uumm!-bir həftə yalnız qalmayım deyə okul arxadaşımı qonaq çağırım!
-O, kim?
-Tanımazsan, neçə aydır xəstədir. Onu evə götürəyim demi!? Ona görədə bu gün bir neçə yerə baş vırmalıyam!
-Hara?
-Saymaq ilə qurtarmaz, arabanın benzini var mı?
-Benzin çəlləyi ağızına qədər doludur!
-Onda geyinim və yola çıxayım!
-Birinci hara?
-Öncə dəlləyə gedəyim!


Biz yola düşürük və bir dəllək dükanına çatırıq. Arabanı boş bir yerdə saxlayıbda:-
-Quzum dəllək işi bir saat zaman aparır ha!
-Önəmli deyil, haçan iş bitir bir telefun!


O, dəlləyə keçir. Mən isə çayçıya pırlayıram. Bayıra düzülmüş oturacaqların birində oturub, qazet varaqlayıram. Daha doğrusu boşuna zaman xərcləyirəm. Qazeti obaş bu baş edirəm və radyoda dinlədiyim bir olayıoxuyuram. Bu anda telefun gəlir və çay parasını ödəyib hızla yürüdüm. Arabanın yanına çatır kimi xanımı gördüm. Biz maşında oturubda;-
-Saçların gözəl omuş, indi hara madam?
-Bər-bəzək dükkanına quzum!
Gedirik.

-İndi hara madam?
-Süt yeyən super maketinə quzum!
Gedirik .
-İndi hara madam?
-Gözlük bazarına quzum!
Gedirik .
-Indi hara madam?
-Gecə saat on ikidir quzum, evimizə!
Evə dönürük və yorgun olduğum üçün, bir başa yataq otağına keçirəm. Bu anda xanım maraqlı bir səs çaları ilə:-
-Quzum!?
-Eşidirəm!
-Yanıma gəlsənə!
Otaqdan qalxıbda gedirəm və bir dəstə bəlgə veribdə:-
-Bunlar nədir?
-Bu gün harda araba saxlamışsan, polis ödəniş yazıb. Hər bir bəlgə əlli avro, toplam altı yüz ödəməlisən!
Qan beynimə daşlanaraq:-
-Bu olan iş deyil, ödəniş bəlgələrini bir polis yazıb, altınada qol atıb. Demək biz hara polisdə arxamızca. Böylə iş olur mu?
-Olur quzum olur!
-İzin parası getdi ki, ödəməyib vəkil tutaram!
-Mində vəkil alacaq quzum!
-Onda dərdimə nə çara qılım?
-Qolayca ödəyəcəksən quzum!
-Bu qədər ödənişi nə üçün məndən gizlətdin?
-İstəmədim qanın qaralsın quzum!
-Böylə iş olurmu?-bir polis bir gündə on-iki kəz bir arabanı yoxlasın!
-Olur quzum. Polis də yaşamalıdır qq-uu-qquu-zzum!

Xanımın dediyi kimi oldu. Nə isə üç gün keçtdikdən sonra:-
-Quzum?
-Hə ceyranım!
-Haçan qoyun olursan?
Bu cümlə ağzından çıxanda bir pislik ilə üzləşəcəyimi düşünərək:-
-Yenə hara?
-Arkadaşımı evə götürəyim mi?
-Haçan?
-İşimiz yox, gücümüz yox, indi !

Biz yola düşərək get-ha-get getdik. İki saatdan sonra bir kiçik şəhərə çatırıq. Xəstəevinin adresini tapırıq. Arabanı bir duraqda saxlayıbda:-
-Quzum!?
-Eşidirəm!
-Xəstəevinə gəlirsən mi?
-Yox, burda gözləyirəm!
-Olur quzum!

O, gedir və bir saatdan sonra orta yaşlı bir qadınla geri dönərək:-
-Otur qabaqda Ancila!

dedi xanım. Mən isə arxada və araba evə doğru. Ancila üzümə dönür və ucadan gülərək:-
-Bu kimdir Rina?
-O, mənim quzum!
-İndiyə kimi qara saçlı quzu görməmişdim!
-Çox dadlı quzudur, mənim quzum, deyil mi quzum?
-Öylədi ceyranım!
O, yenə sözə başlayaraq:-
-Həəə, haaaa, hə onu deyirdim Rina !-evdə oturmuş idim, telefun səsi qulaqlarıma şallaq çəkirdi. Dəstəyi qaldırıbda:-
-Kiminlə görüşürəm?
-Önəmli deyil kiminlə görüşdüyün, evini satırsan mı?
-Yox!
-Satmazsan ölürsən!
-Qorxudan vəkilimə dedim!

O, gülərək:-
-Şaka yapmışlar, istərsən evini satım!
-Vəkil tanıyırmış onları, yüz min avro verib evi aldılar!

Böylə şirin-şirin danışaraq üzünü mənə tutubda:-
-Qara saçlı!- yadında mı bizə gələndə qucağına alırdın məni. Hərdəm göbəyimi qıdıqlayırdın...!
Ancila üç saat boyunca beynimi deşdi. Bir ruhsal xəstə insana yardımcı olmaq və onun ilə ilgilənmək çox gözəl. Ancaq sorumlu olduğunuda biləcəksən. Bir olay baş verirsə, əlini çək yaxam cırılıdı qonusu ortaya çıxacaqdır.


Bir gün Rina`dan yüz min avro qonusu nədir?-deyə sordum .
Rina fikirə dalıbda:-
-Ev satışı bir tuzaq, Ancila`nın atasından qalmış milyonluq yeri yüz minə almışlar!
-O, ruhsal xəstədir, bu işi görəməzlər!
-Vəkilin cibinə para basmışlar, bu alış-verişin ucu yuxarılara bağlıdır!
-Onda yüz minədə bir tuzaq qurular məncə!
-Bu haqqda danışmağa dəyməz quzum!

Bir neçə gündən sonra izin zamanım sona çatır və Lokantaya gedirəm. Soyunub işə başlarkən:-

--Geri qayıdın lütfən. Sizə işdən çıxış verilib!
-Nədən?
-Gətirdiyin işci səndən az para alır və səndən iki qat artıqca əmək verir!

Başa düşdüm ki, özüm-özümə tuzaq qurmuşam. Bir söz demədən evə dönürəm. Xanım hər səhər işə gedir.Ancila ilə mən evdə qalıram. Onun ruhsal xəstəliyindən və təhlükəli davranışlarından qorxuram. Anidən qazı açır, birdən pəncərə önünə qaçır. Bilirəm, bir olay baş verirsə yanıt verəni mən olacam. Ona görədə qorumaq zorunda qalmışam. Artıq dözəmirdim. Bir axşam Rina ilə açıqca:-
-Sən evdə deyilsən, səhər gedibdə gecə evə dönürsən. Ancila bir zorluq yaradacaq ha, deyirəm. Bir olay baş vermədən xəstəevinə qaytar lütfən!
Gözləri sulanaraq:-
-Nədən çəkinirsən, bəyəm ruhsal xəstə olduğunu biləməyirlər mi?
-Bilirlər, bir yava iş baş tutarsa yaxamızdan əl çəkməyəcəklər!
-Düz deyirsən, ama başına buraxmaqda düz deyil. Bir neçə gündə qalsın, geri qaytararam!

Bir gün onlar gəzintiyə çıxırlar. Rina bir zad almaq istəyir deyə Ancila arabada yalnız qalır. Geri dönərkən yoxa çıxdığını görür və yalnızca evə dönür. Ancila`nın harda olduğunu sordum və polisə bilgi verməlisən dedim. Biz bütün xəstəevlərinə baş vırdıq. Polisə bilgi verdik. Bu ad-sanda kimsənin olmadığına yanıt aldıq. Rina bir an başa düşdü, nə böyük bir sorumluluq altında qaldığını. Ama artıq gec idi deyə böylə bir paylaşma:-

-Bilirsən mi, Rina?
-Nəyi?
-Ancila`nın yoxa çıxması bir tuzaqdır!
-Nə üçün!
-Yüz min üçün!
-İnanmıram!?
-Birgün tüstüsü göz çıxaracaq deyirəm!

Bu qonuşma üzərindən iki ay keçir və kiriminel polisdən bir diləkcə. Rina`nın üz boyası sapsarı, əllər titrək. Dizlər gücdən düşmüş kimi idi. Diləkcədə yazılmışdı.

-Xanım Ancila sizin evdə zorlandığı üçün göz altına alınıb. Sizinlə görüşmə haqqı yasaqlanmışdır!
Rina diləkcəni oxuduqdan sonra:-
-Olabilər, mən ki evdə deyildim!
-Nə tez höküm çıxartdın xanım!?
-Görünür bir iş olub ki, polis böylə məktub yazıb!
-İşin nə yerdə olduğuna atasağınlar yanıt verəcək. Ancaq bu yoxlamalar parasız deyil. Onu kim ödəyəcək!?
-Kim məhkəmə sürəcində suçludursa!
-Yüz kərə sənə dedim, ama dinləmədin. İndi əlini çək, yaxam cırıldı qonusuna mən düşdüm!
Ancila azı üç ay göz altında qalacaq. Demək yüz minin yarısı getdi!
-Dediyindən böylə çıxır ki, bu bir para tuzaqıdır, deyil mi!?
-Bənə, Ancila ruhsal xəstənin birsidir. Kimsəsi yox, yardımcı olmaq istədin, bu da sonucu!
-Nədən böylə sonuc alırsan!?
-Bir yerdə cinayət baş verirsə, özəl kiriminel polis gəlir. Baş vermiş cinayət yerindən yoxlama aparıbda şəkiliniçəkirlər. Əyər cinsəllik ilişgisi olsaydı mənidə atasağına göndərərdilər. Bunların heç biri olmadığı anda, deməkAncila`nın parasına əl qoymuşlar. Saxta cinayət sürəci isə ona bir nədən!
-Burasını düşünmədim!

 Zorlama qonusu üzrə iş gedir. Öylə bir durum yaradıblar ki, insan özünə bilə quşqulanır. Hər ay sonu məhkəmədən bir məktub. Vəkil isə ard-arda yanıtlar yazır. Bir il keçdikdən sonra vəkil bizi yanına çağırıbda:-
-Qaçar bəy!-bir il boyunca tədirgin oldun mu?
-Oldum!
-Necə oldun?
-Gecə gündüz ruhsal əzincə altında qalmış idim!
Vəkil gülümsəyir kimi …
-Çox gözəl !
-Özünü dusdaq evinə gedəcək, hiss etdin mi?
-Öylə fikirləşmədim, ama zorlama damğası qolay söz deyil. Bir zad olmadan hay\küyü dünyanı bürümüş!
-Bəlkə Ancila düz deyir, bəlkə rahatsız etmişsiz!?
-Hər saat, hər an bir cocuq kimi qorudum onu!
-Söylədiyin insanlıq borcudur, ciqara çəkirsən mi?
-Çəkirəm!
-Tüstüsü onu rahatsız edirsə, bu özü bir zorlamadır və sizə iş düşür. Ancaq əldə bir bəlgə olmadığı üçün, sürəc parasını ödəməlisiz!
-Nəqədər?
-İki min avro, bu məhkəmənin son sözü idi!

Biz vəkilin otağından çıxarıq, əlimi Rina`nın çiyninə söykəyibdə:-
-Quzum ay quzum!
-Hə ceyranım!
-Nə zaman qoyun olursan!?
-Quzum!-indi lap qoyunun özüyəm!..

dedi Rina .


M. Ərğəvan                                 03/09/2009

Комментариев нет:

Отправить комментарий