08.07.2011

"Yeni nəşrlər Güneylə Quzey Azərbaycanı arasında ədəbi körpünün yaranmasına səbəb olur"

Sayman Aruz
Bakı, 29 iyun, SalamNews, S.Babayeva. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" zalında Güney Azərbaycan şöbəsinin kitabxanası seriyasından Ramin Cahangirzadənin «Daşlar» və Elvar Qulivəndin «Zibil dolunda ziyafət» kitablarının təqdimatı keçirilib.
SalamNews xəbər verir ki, AYB-ın Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan ədəbi mühitinin tanınmış simaları iştirak edib.
Şöbənin rəhbəri Sayman Aruzun sözlərinə görə, maraqlı nəşrlər Güneylə Quzey Azərbaycanı arasında ədəbi körpünün yaranmasına səbəb olur: ”Belə addımlar ədəbi proseslərin gücləndirilməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına rəvac verir. Ümid edirəm ki, bu, ənənəyə çevriləcək”.

Комментариев нет:

Отправить комментарий