Əhəd Abıyev bildirib ki, bu kimi tikililər rayonun digər qəsəbələrində də istifadəyə veriləcək. O, qeyd edib ki, 400 nəfərlik xeyir-şər evi tələb olunan bütün avadanlıqla təmin olunub, kommunikasiya xətləri çəkilib, ətrafı abadlaşdırılıb. Tikinti işləri rayonun daxili imkanları hesabına aparılıb.
Daşkəsən rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı rayonun pedaqoji ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xeyir-şər evində bütün mərasim tədbirləri təmənnasız olaraq reallaşacaq. Aztəminatlı ailələrin mərasimlərini ən yüksək səviyyədə keçirmək üçün xeyir-şər evində hər cür şərait yaradılıb.
Qeyd edək ki, yaxın günlərdə Mərkəzi Klinik Xəstəxananın həkimləri Daşkəsəndə aztəminatlı ailənin 20 nəfər uşağına sünnət edəcək.
Açılış mərasimlərində rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri, YAP rayon təşkilatının şura üzvləri, rayon sakinləri, veteranların nümayəndələri öz çıxışlarında daşkəsənlilərə göstərilən bu diqqət və qayğı üçün razılıqlarını bildiriblər.
Комментариев нет:
Отправить комментарий