http://zarubezhom.com/
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
31.12.2011
Чавес обвинил США в распространении рака
http://zarubezhom.com/
Русская жена Расула Мирзаева приняла ради него ислам
А девушка, из-за которой чемпион мира отправил на тот свет 19-летнего студента, хочет за него замуж
Эта история больше похожа на боевик с лихо закрученным сюжетом, да такой, что Тарантино облизнулся бы. Только, к сожалению, случилось это не в воображении писателя-криминалиста, а в жизни... Причем в самом центре Москвы, на глазах у прохожих, у входа в модный ночной клуб «Гараж». Фабула вкратце известна всем: 25-летний дагестанец, чемпион мира по боям без правил Расул Мирзаев, прозванный за отвагу и напор в бою Черным тигром, насмерть нокаутировал 19-летнего студента Ивана Агафонова. Ваня развлекался, катая по земле радиоуправляемую машинку, заговорил с девушкой Расула Аллой, к разговору подключился боец, короткий удар левой - больница, кома, смерть...
CredAgro-nun cinayətkar əməlləri barədə şok məlumatlar

Hörmətli redaksiyası! Bizim CredAgro sələmçi cinayətkar təşkilatı ilə çəkişməmizə qəzetinizdə yer verdiyinizə görə təşəkkürümüzü bildiririk. O cümlədən məsələyə reaksiya verən digər yoldaşlara da minnətdarıq. Həmin müraciətlər göstərdi ki, əsas bazası xaricdə yerləşən bu təşkilat respublikamızın hər guşəsinə kök salıb, əhalini sələm girdabında boğurlar.
Xeyli müddətdir ki, səlahiyyətləri dövlət orqanlarına CredAgro qeyri-bank kredit təşkilatının əməllərindən şikayət edirik, lakin heç bir əsaslı irəliləyiş yoxdur. Qəribədir ki hər hansı sələmçi təşkilat, ya da bank vətəndaşdan şikayətçi düşəndə məhkəmə sistemimiz həmin vətəndaşı tez bir zamannda cəzalandırır, ona qarşı ən sərt qərar çıxardır.
Səridə (Nərimanabad qəsəbəsi) nə baş verir
Qəsəbədə 5 min nəfərə qədər əhali yaşayır. Əsas və belə demək mümkünsə əlavə məşğuliyyətləri də balıqçılıqdır. Qəsəbənin ərazisində təsərrüfat işləri ilə məşğul olmaq imkanları yox dərəcəsindədir.
Qəsəbənin üç tərəfi su, bir tərəfi dar zolqlı quru ərazilərdən ibarətdir. Sovet dövründə əhali "Balıqçılar” sovxozunda işləyib mütəşəkkil formada balıq tutmaqla məşğul olurdular.
Cəmil Həsənli: “Azərbaycanda hec vaxt belə qeyri-ziyalı hokümət olmayıb”
Turan-ın müxibirinin forumdan verdiyi məlumata görə, Azərbaycanda insan haqları, seçki, korrupsiya və mülkiyyət hüquqlarının pozulmasına dair son vəziyyət foruma qatılmış Vaşinqton analitikləri, rəsmilər və və sabiq diplomatların diqqətini çəkib.
Məruzəçilər Bakıdan tarixçi-alim Cəmil Həsənli və FAR Mərkəzinin sədri Hikmət Hacızadə diqqəti ərəb inqilablarının ardınca Azərbaycanda baş qaldıran "yeni səslər”ə - gənclər hərəkatı, dindarlar və ziyalıların mübarizəsinə çəkiblər.
Türk və talış
Bakıda "erməni qəbiristanlığı"nı uçurulub dağıdılanda (2006-ci il) hökumətinin bu vəhşiliyinə "faşizm" adı verənlər az olmadı. Açığı hökumətin etdiklərinin qarşılığında ona yapışan ittiham idi.
Ancaq çox keçmədi 2007-ci ildə hökumət məşhur "Bibiheybət” qəbiristanlığının bir hissəsini yerlə bir etdi, ordan keçənlər yollara səpilən müsəlman övladlarının kəllə, qol, qıç sümüklərinə günlərlə şahid oldular.
Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
Bir müddət əvvəl Azərbaycan Respublikası prezidenti administrasiyasının başçısıRamiz Mehdiyev yerli KİV-dən birinə müsahibə verərək son vaxtlar geniş müzakirə predmeti olan bir sıra məsələlərə toxunmuşdur. Onlardan biri də ölkənin köklü xalqlarıla bağlı məsələdir ki, Ramiz Mehdiyev onları artıq tarixin arxivinə göndərdiyini iddia edir. Ölkə prezidenti administrasiyası başçısının belə münasibəti təəccüb döğurucudur. Bunula əlaqədar olaraq ТалышИнфо İnformasiya Agentliyi Talış Diasporu təşkilatının prezidenti İsmail Şabanova muraciət etmişdir. Məsələ ilə əlaqədar İsmail Şabanov bildirmişdir:
Naxçıvan siyasətçilərinin növbəti tarix formalaşdırmaq cəhdləri
Azərbaycanda iqtidarda olan naxçıvan-yeraz qruplaşması gərginlik içindədir
İlham Əliyevin prezidentlik dövrü başa çatmaq astanasında iqtidarda olan naxçıvan-yeraz qruplaşmasının həyəcanları öz yüksək həddinə çatmışdır.
Naxçıvan-yeraz qruplaşması İlham Əliyevin Azərbaycanda necə deyərlər, ömürlük prezident olmadığı surətdə, öz mənafe və mövqelərini əldən verəcəklərindən təşvişə düşüblər.
Əliyevlərin 20 illik hakimiyyəti dövründə özlərinə çoxlu sərvət toplayan bu klan İlham Əliyevin hakimiyyətdən gedəcəyi və onun xanımı Mehriban Əliyevanın prezident seçiləcəyi təqdirdə paşayevlərin onları hökumət kürsülərindən kənarlaşdıracağından vahiməyə düşürlər.
Naxçıvan-yeraz qruplaşması İlham Əliyevin Azərbaycanda necə deyərlər, ömürlük prezident olmadığı surətdə, öz mənafe və mövqelərini əldən verəcəklərindən təşvişə düşüblər.
Əliyevlərin 20 illik hakimiyyəti dövründə özlərinə çoxlu sərvət toplayan bu klan İlham Əliyevin hakimiyyətdən gedəcəyi və onun xanımı Mehriban Əliyevanın prezident seçiləcəyi təqdirdə paşayevlərin onları hökumət kürsülərindən kənarlaşdıracağından vahiməyə düşürlər.
Bir ruhun yazdıqları
Hə...deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışıb həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsəm də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək.
Tarkanın konserti
Bugün bir nəfər yanıma gəldi. (Adını çox adam bildiyi üşün yazmıram) Bu adamın atası vəfat edib, özü işləmir, ailə də tək bir qardaşı işləyir və ailədə hamı onun aldığı maaşla dolanır, neçə müddətdir borcları olduğuna görə işıqlarını da kəsiblər. Soruşdum hardan gəlirsən, dedi bilet almaq istəyirdim, baha oldu, aşağısı 100 manatdır, 200. 300, hətta 500 manata da var, pulum çatmadı. Dedim nə bilet, qayıdıb nə desə yaxşıdır...Tarkanın kosertinə. Matım-mutum qurudu. vallah məni qınamayın əliyev hakimiyyəti belə adamların çiyinləri üstündə qərar tutub.İndiyə qədər bu hakimiyyət ona görə uzun müddət davam gətirib ki, dünən çörək pulu tapmayıb, onu bu bəlaya salan hakimiyyətlə mübarizə aparmaq əvəzinə,bu gün borc-xərc tapıb, harınlamış hakimiyyətin öz kefi üçün gətirdiyi Tarkanın konsertinə bilet axtaran adamlar var bu məmləkətdə. Allah özü bu millətə ağıl versin, nə deyim.
Bu şirkətin Azərbaycandakı özbaşnalığına son qoyun!
Reyting ölçüm şirketi AGB'de usulsüzlük yapıldığının ortaya çıkmasının ardından Televizyon İzleme Araştırma Komitesi (TİAK), AGB'den ayrılıp, yeni şirket TNS ile anlaştığını duyurmuştu.
Türkiyyə bu reytinq sistemindən ayrılır http://www.haberturk.com/medya/haber/699730-reyting-olcumunde-8-aylik-boslugu-trt-doldurabilir...
Nuşirəvan bəy niyə həmin şirkətin Azərbaycandakı özbaşnalığına son qoyun http://kultaz.com/2010/06/25/hemid-herisci-reytinqin-qurbanlari/
Türkiyyə bu reytinq sistemindən ayrılır http://www.haberturk.com/medya/haber/699730-reyting-olcumunde-8-aylik-boslugu-trt-doldurabilir...
Nuşirəvan bəy niyə həmin şirkətin Azərbaycandakı özbaşnalığına son qoyun http://kultaz.com/2010/06/25/hemid-herisci-reytinqin-qurbanlari/
İki yolçu - QISA HEKAYƏ
Bir zamanlar bir yolçu dağların ətəklərində, qalın bir qar təbəqəsiylə örtülü, az istifadə olunan bir cığırla təkbaşına yürüyürdü. Qar daha da bərk yağır, yol gedərək daha təhlükəli olmağa başlayırdı.
Nəhayət, yolçu soyuğa dözə bilməyəcək hala gəldi və yerə yıxıldı. Amma bəxti varmış, eyni yoldan ikinci bir yolçu keçirdi və o birinin durumunu görüncə çox üzüldü. Onu yerdən qaldırdı və özünə gətirəcək bəzi şeylər verdi.
Daha sonra ilk yolçu yeni gələnin əlini əllərinin arasına aldı və ona olan borcunu həyatda olduğu müddətdə unutmayacağına dair and içdi.
İkinci yolçu xəfifcə gülümsədi və heç nə söyləmədi.
Selim Turan, Türk ressam, heykeltraş
İlkokulu İstanbul’da Ali Avni Çelebi ve Malik Aksel’in öğrencisi olarak bitirdikten sonra Galatasaray Lisesi’nde Cihat Burak ve Avni Arbaş’la tanıştı. Resim ile ciddi anlamda tanışması Malik Aksel’den aldığı resim dersleri ile oldu. Babasının da resme ilgi duyması ile birlikte, şu anda Mimar Sinan Güzel Sanatlar Üniversitesi olan İstanbul Güzel Sanatlar Akademisi Resim Bölümü’ne 1915 yılında girdi. Resim derslerini Nazmi Ziya Güran, Feyhaman Duran, Leopold Levy ve Zeki Kocamemi’den alan Turan, , İsmail Hakkı Altunbezer, Necmettin Okyay ve Kamil Akdik’ten Türk süsleme sanatları ve hat dersi aldı. 1938 yılında Akadademi’den mezun olduktan sonra 1939 yılında resim öğretmeni olarak Üsküdar'daki ortaokullarda ve Moda Kız Sanat Okulu’nda çalıştı. Bir taraftan da Akademi’de ki atölyelerde ve Topkapı Sarayı’nda Minyatür üzerine de çalışmalar yaptı.
Элери Битикчи: Тенгри Эл – Божественное государство тюрков
В любой государственной идеологии в прошлом подчеркивалось, что государственное устройство и его порядок копирует порядок божественный. Кочевое государство тюрков является моделью мироздания, нарисованного тенгрианством (Тайтени) в основе которого лежит:
дуализм божественного и дуального материального, созданного и функционирующего благодаря божественному
Это определяет не только божественное происхождение души, единобожие – вследствие ассоциации божественного с Вечным Небом, но и такие вещи как первичность божественного и вторичность материального, что и является основой для иерархичной структуры Вселенной и копирующей ее модели государства.
дуализм божественного и дуального материального, созданного и функционирующего благодаря божественному
Это определяет не только божественное происхождение души, единобожие – вследствие ассоциации божественного с Вечным Небом, но и такие вещи как первичность божественного и вторичность материального, что и является основой для иерархичной структуры Вселенной и копирующей ее модели государства.
Türk tarixi -7
VII hissə: Alp Ər Tunqa öldümu, Fələk öcün aldımu…
Bozqır türkləri yaşadıqları yer və iqlimə görə heyvandarlıqla güzaranlarını təmin edirdilər. Bunların başında at və qoyun gəlirdi. Öküz, inək sulu və əkinçiliyə əlverişli yerlərdə daha faydalı olduğu üçün, ilk zamanlar bozqırda yetişdirilmirdi. Sığır heyvan daha çox hind və Avropa ellərinə məxsusdur. Donuz isə monqollarda yetişdirilirdi. Lakin sonradan sığır, qatır və dəvə türklərdə də oldu.
Türklərin əsas qidalarını ət (at və qoyun əti) təşkil edirdi. Yeməklərdən şorba növləri çox sevilirdi, bunlardan yahnı (işkənə), tutmac- yoqurtlu (qatıqlı) və çörəkli şorpa çox sevilirdi. Hunlar zamanından bəri içkiləri qımız idi. Qımızı at südündən mayalandırıb hazırlardılar. Göktürklərin bekni adlı bir içkiləri vardı ki, buğda və darıdan düzəldirdilər. Oğuzlar boza (arpa, darı və ya buğda xəmirini qıcqırtmaqla qayrılan meyxoş içki) içərdilər.
Molla Pənah Vaqif - Yoxdur
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm dəxi qoymazlar kəndə.
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.
YƏHUDİLƏRİN MƏQSƏDİ
Bizim tarix boyu millət olaraq heç bir xalqa qarşı hər hansı düşmənçiliyimiz görülməyib, eşidilməyibdir; çünki biz tarix səhnəsinə çıxışımızdan üzübəri Tanrıya inanmışıq, özümüzə güvənmişik. Otuz min nəfərlik ordularımızla yüz min nəfərlik orduları çil cücəsi kimi darmadağın etməyimizin səbəbi də bu fikirdən qidalanmışdır. Bəzi qüvvələrin bizə düşmən gözüylə baxmasını, dişini qıcamasını da heç vecimizə də almamışıq. Bu fikir və davranış düzdürmü, deyildirmi, bu ayrı məsələdir. Ancaq biz xarakter olaraq belə bir millətik vəssalam.
Mərdi qova-qova...
"Millətim" qəzeti
Deyəsən Avropanın yaxasından sallanmağımız bizim axırımıza çıxacaq. Doğrudur, Avropadan götürüləsi çox şeyə ehtiyacımız var. Belə ki, Avropada son 50 ildə sözün tam mənasında həyata keçirilmiş sosial proqrama ciddi ehtiyac duyuruq.
Əslində tarix boyu da elə belə olub. Yəni hər hansı bir məkana və topluma aid yalnız ən yaxşı cəhətdən layiq bilinən tərəfləri götürməyə önəm verilib.
Ancaq bizim başbilənlər deyəsən Azərbaycanın gələcəyi üçün ümumilli maraqlar baxımından deyil, elə Avropanın görmək istədiyi yöndən bu məkanın sahib olduğu hər şeyi kor-koranə ölkəyə gətirməyə maraq göstərirlər.
Qarabağdan Yeni il məktubu!
Əvvəla hamıya məndən salam olsun,
Yeni il bayramınız da haram olsun.
Üzünüz ağ,
Canınız sağ dolanırsız,
Hərəniz bir işə məşğul
Kef içində yaşayıb qurdalanırsız,
Məni dar gündə qoyub
Eyş ilə işrət dolu
Yerlərdə gəzib daldalanırsız.
Ayaq altında qalan mən, dikələn siz,
Kiçilib xırdalanan mən, yekələn siz,
Dağılıb parçalanan mən, tikilən siz.
Sizə mən gözdağı olmaqdan isə adi göz oldum,
Dilinizdə neçə illərdi ki növbətçi söz oldum.
Yeni il bayramınız da haram olsun.
Üzünüz ağ,
Canınız sağ dolanırsız,
Hərəniz bir işə məşğul
Kef içində yaşayıb qurdalanırsız,
Məni dar gündə qoyub
Eyş ilə işrət dolu
Yerlərdə gəzib daldalanırsız.
Ayaq altında qalan mən, dikələn siz,
Kiçilib xırdalanan mən, yekələn siz,
Dağılıb parçalanan mən, tikilən siz.
Sizə mən gözdağı olmaqdan isə adi göz oldum,
Dilinizdə neçə illərdi ki növbətçi söz oldum.
“Bozqırdan uçuruma” kitabı çap olundu
“Apostrof” nəşriyyatında gənc yazar Dilqəm Əhmədin “Bozqırdan uçuruma” adlanan ilk kitabı çap olunub. Kitab “Sərgərdan” adlı povestdən, hekayələr və içsəslərdən ibarətdir. Kitabın ön sözündə müəllif yazır: “Bozqır azadlığımız, uçurum uğursuzluğumuzdur. Bu gün elə bir dönəmdəyik ki, hər bir fərdin azadlığı dəyişik yollarla sınırlandırılıb, mücadilə aparanlar isə uçurumun kənarına yuvarlanıblar. Bozqırdan sürgün olunaraq uçurumun qarşısında dayanarkən geridə buraxılan hisslər, sevgilər, düşüncələr təkrar-təkrar xatırlanır, məhz bu xatırlanmalar bizim uçurumdan aşağıya atlamağımızın qarşısını alır. “Bozqırdan uçuruma” adlandırdığım bu kitabda cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks olunub. Bu uğursuzluq əsla yenilgi deyildir. Bu gün əsas olan uçurumun kənarında olsaq belə, mətinliyi qorumaqdır. Uçurumdan bozqıra doğru geri dönüləcək yol isə çox da uzaqda deyildir”.
30.12.2011
Yarasa siyasəti
Cəmiyyət bir parça tort uğrunda mübarizədən imtina etdikcə, yarasa siyasəti daha tez-tez üzə çıxacaq
Psixoloqlarin fikrincə, bir olkənin gəlirlərinin çoxunun bir qrup tərəfindən mənimsənilməsi və nəzarətə götürülməsi rahatsızlıq yaradan məsələdir. Əslində, bu vəziyyətdə o qrup özünü ən azı psixoloji baxımdan narahat və ya günahkar hiss etməlidir.
Azərbaycanda ölkənin sərvətlərini nəzarət altına alan həmin qrup hakimiyyətin simasında mövcuddur, amma o özünü qətiyyən narahat hiss etmir, ölkəni çapıb talamaqda davam edir.
Azərbaycanda ölkənin sərvətlərini nəzarət altına alan həmin qrup hakimiyyətin simasında mövcuddur, amma o özünü qətiyyən narahat hiss etmir, ölkəni çapıb talamaqda davam edir.
“Şərəfsizlik”lə şərəflənən yazıçı
Şaxta babalar qızıl mağazasını 48 saniyədə soydular
“Mərkəz”in Rusiya mətbuatına istinadən xəbərinə görə, Novosibirsk şəhərində rusların Şaxta babası qızıl dükanına girib.
Verilən xəbərə görə, işçilər qorxularından həyəcan siqnalına toxunmayıblar. Polis hücumçuların peşəkar olduqlarını, mağazanı 48 saniyəyə soyduqlarını bildirib. Şaxta babalar təxminən 5 milyon rubl dəyərində qızıl-zinət əşyası oğurlayıb.
Verilən xəbərə görə, işçilər qorxularından həyəcan siqnalına toxunmayıblar. Polis hücumçuların peşəkar olduqlarını, mağazanı 48 saniyəyə soyduqlarını bildirib. Şaxta babalar təxminən 5 milyon rubl dəyərində qızıl-zinət əşyası oğurlayıb.
Yeni ilinizi təbrik edirik!
Professional Oxucu Liqası dəyərli oxucularımızın Yeni il bayramını təbrik edir
Ziyalılar Forumu: Rədd olsun Ramiz Mehdiyev!
Azərbaycan Ziyalılar Forumu dünən hakimiyyətin qurum üzvlərinin Hyatt Regency otelində gənc fəallarla görüşmək istəyini qadağan etməsini pisləyib.
“Ziyalılar Forumuna tədbir keçirməyə imkan verilməməsi uşaq ərköyünlüyüdür. Biz siyasi partiya deyilik. Ziyalılar ölkədə və beynəlxalq aləmdə Azərbaycana mənfi imic gətirən məsələlərə münasibət bildirir. Dünənki tədbirimizdə isə gənclərin problemlərindən danışacaqdıq. Bizim xoşməramlı tədbirimizə qeyri sivil yanaşma təəccüb doğurur. Elə dairələr var ki, qulaqlarını tənqidə qapamaq istəyir”, - deyə forumun üzvü Cəmil Həsənli qeyd edib.
Sizə sual gətirmişəm...
- Abi, azəri qardaşlarımız niyə bizə qaz satmaq istəmirdi?
İstanbulda Atatürk hava limanına gəlmək üçün çağırdığım taksi sürücüsünün bu sualından, doğrusu, xeyli təəccübləndim. Söhbətə özü körpü saldı, “memleketin neresi” deyə sual etdi. “Azərbaycandan” dilucu cavabını verib, öz aləmimdən məni ayırmağa cəhdin o qədər də asan olmadığını sürücüyə başa salmaq istədim. Taksi sürücüsü ilə nə danışacaqdım, axı?
Amma əhəmiyyət vermədiyim bu adam sualı ilə diqqətimi çəkdi. Kəsədən gəlmişdi, kəsədən də cavab almalıydı:
NATO-nun ƏSAS VƏZİFƏSİ ÖLDÜRMƏK VƏ MƏHV ETMƏKDƏN İBARƏTDİR
Dünyanaın bir neçə güc mərkəzləri tərəfindən yaradılmış NATO alyansı özünü demokratik və insani dəyərlərin müdafiəçisi kimi göstərməyə çalışır. Lakin bu qurumun yarandığı tarixdən bu günə qədər ki, fəaliyyət istiqamətlərinə baxsaq deyilənlərin həqiqətə uyğun olmadığının şahidi olarıq. Belə ki, İraq, Əfqanıstan və Liviya hadisələri və sonuncu dəfə NATO-nun aparıcı dövlətlərindən olan Fransanın,Türkiyənin heç bir tarixi əsası olmayan qondarma erməni soyqırımında ittiham etməsi deyilənləri bir daha sübut etdi. Deyilənləri nəzərə alsaq belə bir sual meydana gəlir: “NATO kimə və nəyə lazımdır?”
Mehriban Əliyeva:“Yola saldığımız il bir neçə böyük qələbələrlə yadda qalacaq”
M. Əliyeva bildirib ki, “Eurovision-
M. Əliyeva deyib ki, ötən il ölkənin həm ictimai, həm də siyasi həyatında da nailiyyətlərlə yadda qalıb.
Nurəddin Mehdixanlı: “Teatrı yolundan sapdırmaq olmaz”
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı yola salmaqda olduğumuz 2011-ci ili ölkə və mədəniyyət sahəsi üçün kifayət qədər uğurlu il hesab edir.
Bu ilin uğurlarından lent.az-a danışan aktyorun sözlərinə görə, ilin ən böyük hadisəsi dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin tamam olmasıdır: “Bu, ölkəmiz və xalqımız üçün böyük hadisə və rəqəmdir. Hər bir azərbaycanlı bununla sevinməli və fəxr etməlidir”.
Nurəddin Mehdixanlı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkənin, dövlətçiliyin, xalqın uğuru kimi qiymətləndirib.
Xalq artisti 2011-ci ildə mədəniyyət sahəsində də yetərincə əlamətdar hadisələrin baş verdiyini söyləyib. Bu sırada birinci növbədə Azərbaycanın “Eurovision-2011” müsabiqəsində qalib gəlməsi durur.
Bu ilin uğurlarından lent.az-a danışan aktyorun sözlərinə görə, ilin ən böyük hadisəsi dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin tamam olmasıdır: “Bu, ölkəmiz və xalqımız üçün böyük hadisə və rəqəmdir. Hər bir azərbaycanlı bununla sevinməli və fəxr etməlidir”.
Nurəddin Mehdixanlı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkənin, dövlətçiliyin, xalqın uğuru kimi qiymətləndirib.
Xalq artisti 2011-ci ildə mədəniyyət sahəsində də yetərincə əlamətdar hadisələrin baş verdiyini söyləyib. Bu sırada birinci növbədə Azərbaycanın “Eurovision-
Подписаться на:
Сообщения (Atom)