Bizi öz keçmişimizdən uzaqlaşdırırlar. Gələcəyin qapısında
bizi kimlərin qarşılayacağı və nələrin gözlədiyi bəllidir. Çünki keçmişmizi
topa tutduq. Gələcək bizə yaxşı nə vəd edə bilər ki? Bir qrup üzdəniraq bizi
inandırmağa çalışır ki, BİZ heç kimik. BİZ heç nə bacarmarıq.
Müəllifini dəqiq xatırlamadığım aforizmdə isə tam başqa
hikmət var: “O xalqların gələcəyi yoxdur ki, onların keçmişdə güclü tarixi olub
və bu gün ancaq keçmişi qurdalamaqla məşğul olduqlarından gələcək haqqında
düşünmürlər”. Bizim tariximiz olub. Amma olub-qalan tarixmiz zaman adlı
arabanın təkərlərinə ilişib yol boyu düyün düşmüş və qarışmış kələfə bənzəyir.
Gəlin, kələfin ucunu tapaq!
Koroğlunun heykəlini görmüsüz də. Bizə çox yaxındır. Hərdən bu heykəlin ətrafında fırlanıb babamla söhbət edirəm. Ona vətəndaş cəmiyyətindəki problemlərdən şikayətlənirəm. O, yazıq da qılıncını yuxarı qaldırıb, baxışlarını aşağı dikib susur. Çox fikirlidi babam.
Hələ də özünə bağışlaya bilmir Keçəl Həmzəyə aldanmağını.
Koroğlunun heykəlini görmüsüz də. Bizə çox yaxındır. Hərdən bu heykəlin ətrafında fırlanıb babamla söhbət edirəm. Ona vətəndaş cəmiyyətindəki problemlərdən şikayətlənirəm. O, yazıq da qılıncını yuxarı qaldırıb, baxışlarını aşağı dikib susur. Çox fikirlidi babam.
Hələ də özünə bağışlaya bilmir Keçəl Həmzəyə aldanmağını.
O gün Günellə Koroğlunun heykəlinin yanından keçəndə mənə
dedi gəl, Koroğlunun şəklini çəkək. Heykələ yaxınlaşanda gördük ki, bir dəstə
gənc bir az kənarda dayanıb heykələ baxıb gülməkdən qırılırlar. Bu gənclərin
hamısı qırmızı ayaqqabı, mavi şalvar, geyinib, qırmızı kəmər taxmışdı.
Boyunlarında da sep vardı. Koroğlu babamız utandığından baxışlarını yerə
dikmişdi. Qırmızı ayaqqabılı, mavi şalvarlı oğlanlar isə Qıratın Koroğludan
balaca olmasına gülürdülər. Deyirəm, belələrini mindirəsən atın belinə, ata da
bir qamçı vurasan. Bilirsiz də bu qırmızıkəmərlilərin priçoskası nə hala düşər.
İndi təsəvvür edirəm, baba, sən burda olsaydın bir dəli nərə
çəkərdin ki, yer-göy lərzəyə gələrdi. Baba, sənin nəvələrin çox cılızlaşdı,
çox. Özlərini Rihannaya, Elton Cona oxşadırlar.
İndi priçoskasını kremləyən gədələr, gecəyarı sənin zəhləni
töküb avtoşluq edirlər. Guya ki, bərkgedəndilər. Gecəyarı Bakının küçələrini
“Ələsgəəər” çığırtısı başına götürür. Söhbət saz çalıb, söz qoşan Aşıq
Ələsgərdən getmir. Birdən bu “Ələsgəər” aşiqlərindən birinin qarşısını kəsib
“Niyə məhz “Ələsgəər”?” sualını versəniz özləri də çaş-baş qalacaqlar. Bu
gədələrin başları hələ “niyə?” sualına cavab verəsi səviyyədə inkişaf etməyib.
Yazıqlar manqurtdurlar, manqurt. Onları manqurt eləyənlərə lənət!
Arzu xanım, xalqımızı qova qova namərd edən bu iqtidar, qəhrəman keçmişimizə də, sataşıb qulp qoşaraq cılızlaşdırmaqla, yeni nəslin mənəviyyatını pozurlar. O heykəli ilk dəfə görəndə mən şoka düşdüm. Tüfəngin ortaya çıxmağı ilə,namərdlər dövrünün gəldiyini deyən Koroğlu, bu gün onun cizgi filmi personajına bənzəyən heykəlini ucaltdığına görə,iqtidarda oturan neçə paşanın başını üzərdi!!! Hələ mən Qıratı demirəm, Koroğluya döyüşlərdə dəstək verən iri gövdəli at,nə görkəmdədir? Misri qılınc da az qala bizim polisin müxalifətin mitinqini dağıdan polislərin dəyənəyinə oxşayır.Çox heyf...Allah bizləri bu sınaqlardan şərəflə çıxarsın...
ОтветитьУдалитьsagolun. yaxshi yazi idi.
ОтветитьУдалить