Kitabın müəllifi tarixçi M.Y.Krısin ilk növbədə beynəlxalq terrorçuluğun pərdə arxası tarixindən bəhs edir – o tarixdən ki, geniş oxucu dairəsi üçün günü bu günə qədər də naməlum qalmaqdadır.
Gözlənilməz, bəzən şoka salan faktlar öz arxasınca silsilə suallar gətirir. “İslam terrorçuluğu”yla bir din olaraq, İslam arasında ümumi nə var və terrorçuluqla azadlıq müharibəsi arasında sərhəd haradadır? Üsamə bin Laden kimdir – terrorçuluq şəbəkəsinin baş əlaqələndiricisi, yoxsa “üçüncü dünya” ölkələrindən olan muzdluların dünyada ən iri taciri? Bu gün ən geniş tanınmış olan terrorçu qruplaşmalar – cinayətkar birliklər, özəl “mühafizə-kriminal” bürolar və yaxud siyasi təşkilatlar – özləri ilə nəyi təcəssüm etdirirlər? Onların başçıları kimdir – islamın saflığı uğrunda mübarizlər, yoxsa müasir kondotyerlər? Və nəhayət, onların yiyələri kimdir?
Rus dilindən tərcümə: Yaşar Əsədov
Bakı, Qanun Nəşriyyatı, 2012.
632 səhifə. 300 tiraj. Qiyməti: 7 AZN
Комментариев нет:
Отправить комментарий