Mən heç yaşamamışam,
heç anamın bətnindən də
pənah gətirməmişəm
sənin ürəyinə...
Fərz et ki belədir...
Fərz et ki, ayaqlarım yer tutmayıb,
əllərim əl...
Bircə bunu bil-
mən heç yaşamamışam
səni tanıyana qədər...
Səni tanıyana qədər,
Həyat məni öz gözündən keçirib
sınayana qədər
mən heç yaşamamışam.
Heç sevgilər, ayrılıqlar da
olmayıb həyatımda...
Amneziya halındayam-
heç kim
qalmayıb həyatımda...
Səni tanıyana qədər
nə qədər ürəyimin qanında
xəyanətdən,
boğulmuşam...
Səni Tanrı göndərib mənə, həyatım,
mən yenidən doğulmuşam...
Mən yenidən sevirəm...
Sevgidən danışmağa qorxuram-
gözə, nəzərə gələrəm...
Səni bir bilsən, bir bilsən,
necə sevirəm...
Demirəm, sənsiz ölərəm...
Sadəcə, mən heç yaşamamışam
Səni tanıyana qədər...
Комментариев нет:
Отправить комментарий