O, institutu bitirməmiş teatr yaradıcı heyətinin üzvü olub. Tez bir zamanda repertuardakı ən mürəkkəb janrlı tamaşalarda əsas ifaçıya çevrilən Səməndər Rzayevin istedadında “ölçü”, “hədd” yox idi. O, hər tipli personajı asanlıqla özünün yaradıcılıq üslubuna uyğunlaşdırırdı.
Milli və dünya klassiklərindən Hüseyn Cavidin “Xəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah” (Hatəmxan ağa), Səməd Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin), Mirzə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni), Cəfər Cabbarlının “Aydın” (Balaxan) pyeslərinin tamaşalarında müxtəlif xarakterli rollarda çıxış edib.
Aktyor “Uşaqlığın son gecəsi”, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və digər bədii filmlərdə epizod və aparıcı obrazlara çəkilib.
Комментариев нет:
Отправить комментарий