Satanizm – şeytana ibadət Avropa ölkələrində geniş yayılmış inanclardan biridir. Doğrudur, Avropada satanizmlə məşğul olanların əməlində cinayət tərkibi yoxdursa, cinayət məsuliyyəti də daşımırlar. Onlar hər hansı qara libaslı varlığa, bəlkə də şeytana xidmət edirlər. Pişiyə nifrət edir, insanlarla az əlaqə qurur, vaxtının çox hissəsini qaranlıqda keçirirlər. Əslində pisliyin və ya yaxşılığın tərəfdarı deyillər. Eqoist olur, həyatdan hər şey almağa cəhd edir, özlərini hər şeyin yaradıcısı hesab edirlər. İnam onlar üçün ikinci plandadır. Satanistlər yalnız bir şey haqqında fikirləşirlər-ölümdən sonra həyat var və bu həyat yalnız onlara mənsubdur. Bu inancı qəbul edənlərin arasında yeniyetmə qızlar üstünlük təşkil edir.
Kapitalizm dövründə artıq qonşu ölkələrdə və Azərbaycanda da satanistlərin təbliğatına qoşulanların sayı artır.
Azərbaycanda satanizmin yayılması səbəbləri və yayılma genişliyi haqqında ekspertlər öz rəylərini bildirmişlər. Psixiatr Elmir Əkbər: “Bilirsinizmi,əvvəllər-keçmiş SSRİ zamanı gənclər, yeniyetmələr üçün müxtəlif dərnəklər və s. var idi. Hal-hazırda bu sahədə müəyyən boşluğun olması , bəzi qara niyyətli qüvvələrin işini asanlaşdırır. Xaricdən maliyyələşən belə qüvvələr , müxtəlif bəzəkli adlar altında, əslində mahiyyətcə çox təhlükəli cəmiyyətlər yaradır və NLP, Erikson gipnozu və s. psixoloji təsir üsullarıyla gəncləri buraya cəlb edib, tələyə salırlar. Bütün bu hallar olmasın deyə biz gərək yeniyetmələrlə həmişə maraqlanaq, onların bu və ya başqa hərəkəti nə səbəbdən etdiklərini öyrənməliyik. Onların qəlblərinin qapısını döyməyi bacarmalıyıq. Xülasə, onlara biganə olmamalıyıq, əksinə dost münasibətləri qurmalıyıq.
Dini ekespert Mail Yaqub: “Satanistlər səmavi dinləri –İslam (Quran), Xristian (İncil), İudaizmi (Tövrat) hər zaman lənətləyir. Satanistlər ən çox varlı ölkələrdə və Avropa ölkələrində geniş yayılıb. Sinqapurda satanist sektorları geniş yayılıb. Onlar məqsədi şəkildə insanları yoldan çıxardaraq özlərinə tabe edirlər. Azərbaycanda satanist sektorları var, amma elədə Avropa ölkələrindəki kimi geniş deyil”.
Комментариев нет:
Отправить комментарий