
Quşların şən nəğməsi,
İnsanı valeh edir,
Gur axan çayın səsi.
Böyük xalıya bənzər,
Yamyaşıldır çəmənlər.
Qəlb oxşayan naxışı,
Nərgizlər, yasəmənlər.
Gəzirəm aram-aram,
Təzələyir yaddaşı.
Sirli abidələrdir,
Burada addımbaşı.
Dağın qarın əridir,
Al günəşin şöləsi.
Deyirəm nə gözəldir,
Bizim Odlar ölkəsi.
Комментариев нет:
Отправить комментарий