28.01.2013

Nicat Cəfər. Səndən gözəli

Sevgilim ən gözəl sözlərə layiq,
Səni gör nə gözəl yaratdı xaliq.
Olmuşam hüsnünə, cisminə asiq
Səndən gözəli varmı dünyada?

Sənin hər kəlmən qəlbə məlhəmdi,
Sevgimiz qırılmaz, çünki möhkəmdi,
Sənsizlik mənimçün həsrətdi, qəmdi,
Səndən gözəli varmı dünyada?

Sevmişəm mən səni, qəlbin təmizdi,
Sevdiyim mənimçün candan əzizdi,
Səni vəsf etməyə şair acizdi,
Səndən gözəli varmı dünyada?


Nicatam, sevgimi etiraf edim,
Dünyaya gəlmisəm, sevilim, sevim,
Nə xoş sözlər var səninçün deyim,
Səndən gözəli varmı dünyada?

Комментариев нет:

Отправить комментарий