Mütləqə İnam Ocağının Bayrağı qarşılanıb. Evladlar bir səslə “Ata Ruhuna pənah gətirmişik!” deyiblər. “Atalılar Türküsü”nü Uluruh, “Doğadakı Mütləqlə Gündüz Qovuşması”nı (Təmas) – Yolruh, “Ataya Günorta üztutması (Rica) – Doğma deyiblər.
Ocağın Ruhani Başçısı Safruhun Ailə gününə uğurlaması dinlənilib: “Ürəyinizdə Ata Günəşi olsun! Biz millət adından danışırıq. İndiki zamanda millət adından çığır-bağır, başqaları ilə düşmənçilik, yırtıcılıq etmək, dövlətdən külli vəsait qopartmaq dəbdir.