24.04.2013

Ankarada Zehtabinin yubiley mərasimi keçirildi

Aprel ayının 21-ində Türkiyənin paytaxtı Ankarada Profesor Zehtabinin yubiley mərasimi keçirildi. Konfransda Zehtabi haqqında münsiflər heyəti tərəfindən seçilmiş məqalələr oxundu. publika.az-ın verdiyi xəbərə görə, məqalələrin mövzusu  Zehtabinin ədəbi yaradıcılığı, tarix və dil üzərində düşüncələri, eləcə də Prof. Zehtabinin Cənubi Azərbaycanda təsiri kimi məsələlər olub. Konfransa Cənubi Azərbaycanın tanınmış mədəni və milli fəallarından olan Mehdi Nəimi də bu konfransa qatılaraq .Zehtabi haqda geniş və dəyərli bilgilər verib.
Xatırladaq ki, 2013-ci  ilin Zehtabi ili elan edildikdən sonra ilk olaraq Türkiyədə yubiley mərasimi keçirilib.  Bu mərasimlərin davamının olması, eləcə də başqa ölkələrdə də keçirlməsi gözlənilir.

Комментариев нет:

Отправить комментарий