28.04.2013

İsa Qəmbər Azərbaycan müxalifətini fırladır

İsa Qəmbər 1988-ci ildən H. Əliyevin əlaltisi olub və indi də H. Əliyevin qurduğu rejimə xidmət eləməkdədir. Bunu isbat edə bilən çoxlu faktlar vardir.
Rəylərdə mən sizlərə SSRI DIN-nin Istintaq Briqadasinin fəaliyyəti haqda ASSR Ədliyyə müşaviri tərəfindən tərtib olumuş sənədi təqdim edirəm. Sənəd AR Baş Prokurorluğunun arxivindən AR əks-kəşfiyyat zabiti tərəfindən 1994-cü ildə oğurlanmişdir. Sənəd Avstriya hökuməti tərəfindən həqiqi sənəd kimi tanınaraq, həmin zabitə siyasi siğinacaq verilmişdir. Zabitin kimliyi Mahir Cabadova məlumdur.
Sənədin 3-cü səhifəsindən fraqment: "Mehtiyev (Ramiz Mehtiyev. tərc.qeydi) ASSR Elmlər Akademiyasinda "ziyalilar" adlanan, əslində isə Naxçıvan klanının "beyin mərkəzi" olan qrup seçərək onların adindan guya ki, yaranmiş kritik siyasi şəraitdə ölkəyə rəhbərlik etməsi üçün H.Əliyevə rəsmi müraciət qəbul etmişlər. Qeyd etmək lazimdir ki, Mehtiyevin (Ramiz Mehtiyev. tərc.qeydi) arvadi milliyyətcə ermənidir və H. Əliyevlə ana xətt ilə qohumdurlar." 

Adi çəkilən müraciət 1990-ci ilin yanvar ayinda "Qolos" qəzetində dərc olunub... Indi isə, əsas məlumat: həmən müraciəti Isa Qəmbərin atasi Yunus Qəmbərov da imzalayib.
Bundan başqa,daha bir fakt: 2003-cü ildə camaat meydanda Isa Qəmbərin hüquqlarini tələb edəndə , o telefonunu söndürüb gizləndi, sonra da dedi ki "mən camaati qırğına vermək istəmirdim". Yaxşi, olsun, bu (tutaq ki) əclafliqdir.
1990-ci ilin yanvarın 19-dan 20-ə keçən gecə barrikadlari gəzib, camaati inandırırdınız ki, tankı armaturla saxlamaq olar, armatur paylayirdiz. Sonra da, hamimizin bildiyimiz faciə baş verdi.
Indi, haqli sual yaranir: o vaxt əclafliq deyildi , indi əclafliq oldu?
Daha bir fakt: 1990-ci ildə Azərbaycan XTPA-nin iştirakıyla DQMV-uğurlu əməliyyatlar seriyası başlanmişdi. Bir çox yaşayiş məntəqələri azad olunmuş, erməni seperatçıları ərazidən sıxışdirlmağa başlanmişdi. Bütün bunlarin fonunda Əbülfəz Əliyev (Elçibəy), Pənah Hüseynov, Etibar Məmmədov, Tofiq Qasimov və I.Qəmbər "Vesti" kanalinda xaincəsinə bəyanat verərək, Azərbaycandan ermənilərin deportasiya olunması, onların hüquqlarinin sıxışdırılmasi barədə yalan məlumat yaydilar. Erməni lobbisi bu bəyanatlari əllərində mahna edərək, seperatçilarin əslində guya DQMV-də milli azadliq hərəkatina qalxmiş DQMV-nin yerli əhalisi oluğu barədə dunya KIV-də məlumatlar yaydilar. Xəyanətdir, razisinizmi?
Hamiya məlumdur ki, H. Əliyev öz əməllərinə "özününküləri" cəlb edib, onlara etibar edib. Isa Qəmbərin anadan olduğu kəndin bünövrəsini ilk əvvəl o əraziyə köçürülmüş 15 kürd ailəsi qoyub. Məhz buna görə də pantürkizmlə gönclərin beynini zəhərləyən I. Qəmbər öz mənşəyini gizlətmək məqsədilə MM-ə spiker seçilən kimi doğulduğu Kürdlər kəndinin adini "Qurdlar"a dəyişdi. Bu barədə istənilən vətəndaş AR Dövlət Arxivindən və ya Fizuli rayon IH-dən MM-in qərarindan çixariş alıb, tanis ola bilər.
I. Qəmbərin həyat yoldaşi Aida Qəmbərova bu günədək BDU-da elmi işçi kimi çalişir. Xatirladiram ki , Ziya Bünyadov kimi taninmiş alim H. Əliyevə qarşı getməklə, onu güllələdilər. Amma,"başkanin" yaxin adami və ailə üzvü bu günədək büdcə orqanında işləyir. Qəribə deyilmi?
Bundan başqa, İsa Qəmbər 1986-ci ildə yaxin şərq dövlətlərindən birinə işləməyə göndərilib. Sovet dövründə KQB-nin agenti olmadan xaricə getmək QEYRI-MÜMKÜN İDİ! Daha doğrusu, xaricə yollanan vətəndaş ixtisasindan asili olmayaraq, KQB-nin agenti olmali idi, BU FAKTOR MÜZAKIRƏ OLUNMURDU!
Isa Qəmbərin oğlu Turqut Qəmbər cəmi 3 ay xidmətdən sonra guya ki səhhətinə görə ordudan tərxis olunub. Inandiricidirmi? Bu fakdir.
Indi sual olunur : başqalarının övladi günbəgün xidmət edir, xəstələnir, xəstəlik ucbatından vəfat edir, müxalif liderinkini isə, tez yola salirlar ki, "bala, dədən yaxçi oğlandir, get müalicə olun"? Bu necə müxaliflikdir?

Sərt Tənqid

http://www.facebook.com/photo.php?fbid=429245147172191&set=a.375073639256009.88023.369570826472957&type=1&ref=nf

Комментариев нет:

Отправить комментарий