02.12.2013

ŞOK: Bərbərxanalardakı tüklər çörəyə qatılır

Hər gün çörəklə birgə insan tükü yeyirik

Çörək... Ölkəmizdə qida olaraq ən çox istifadə olan məhsul haqqında nə qədər az məlumatımız var, təsəvvür belə edə bilməzsiniz. Çörəklə bağlı araşdırma hazırlamaq qərarına gələndə, bu günə qədər hazırlanan onlarla reportajdan, araşdırmadan, xəbərdən çox fərqli nə isə tapacağıma inanmırdım. Rayonlarda deyə bilmərəm, amma Bakıda o reportajların mövzusu olan kəsəyən dolu, antisanitariya içində fəaliyyət göstərən sexlərdən az qalıb. Bir çox çörək sexləri təmirli, işıqlı, müasir aparatura ilə təmin olunublar. Amma bu günlərdə Avropanı ayağa qaldıran bir fakt yenə də məni çörək mövzusuna qayıtmağa vadar elədi.

Mayasız çörəklər

Bunu hamı bilir ki, çörəyin şişməsi, gözəl forma alması üçün onilliklərlə mayadan istifadə olunub. Amma son araşdırmalar göstərir ki, maya ağır və uzun çəkən bir proses olduğu üçün (xəmir yoğrulduqdan sonra isti yerdə bir neçə saat gözlədilməlidir), artıq dünyanın hər yerində çörək istehsalında maya adı altında E 920 adlı maddə istifadə olunur. Son dövrlər Avropada bu maddədən istifadənin qadağan edilməsi üçün böyük təbliğat kampaniyaları keçirilir.

E 920 nədir? 

E 920 L-sistein adlı maddədir. Çörəyin qalxmasına, gözəl şəkil alıb, şan-şan olmasına kömək edir. Dünyada sadəcə Almaniyada, Çində və Malayziyada istehsal olunduğu bildirilir. Əsas tərkib hissəsi tükdür. Almaniyada donuz tükündən, Yaponiyada qaz tükündən, Çində isə insan tükündən istehsal edilir. Almaniya E920 -ni laboratoriyalarda süni şəkildə istehsal etməyə çalışsa da, bu metod effekti olmayıb, istehsal baha başa gəldiyi üçün o dayandırılıb və yenə də ən uğurlu xammal tük hesab edilib. Əslində Çində L-sisteini istehsal edən şirkət də alman şirkətidir, işçi qüvvəsi ucuz olduğu üçün Çində fəaliyyət göstərir. Və təbii ki, dünyanın bir çox ölkələri də Çin malı ucuz olduğu üçün bu maddəni oradan alır. Yəni insan tükündən hazırlanan E 920 maddəsi ilə hazırlanan çörək istehsal edir. Çində də insandan çox nə var?! Maddəni istehsal edən şirkət xammalı Çin bərbərlərindən, hər gün saç vurduran minlərlə insan tükündən alırlar. Öncə ö tüklər zavodlarda işlənir, kislota ilə işlənərək tərkibindəki L-sistein alınır, maddə halına salınır. Sonra isə qida əlavəsi kimi una qatılır. 

Necə qorunmalı?

İnanmıram ki, çox insan çörək alanda onun paketlənmiş olmasına önəm versin, ya da o paketin üstündəki xırda hərifli yazıları oxusun. Hətta paketlənmiş olsa belə, dünyadakı bu maddəyə qarşı etirazları nəzərə alan istehsalçılar onun adını çox vaxt paketin üzərinə yazmırlar. Amma yenə də bu maddənin istehsalda istifadə olunan adlarını sizə təqdim edirik. 
• E-920
• cystin
• L-альфа-Амино-бета-меркаптопропионовая кислота
• L-Cysteine
• L-çistein
• çistein
Aldığınız çörəyin paketlənməsinə, üstündə yazılanlara və təbii ki, alandan sonra neçə günə boyatlaşamsına diqqət edin. Çünki E 920 maddə qatqısı olan çörəklər gec boyatlaşır və gün keçdikcə qəribə iy verməyə başlayır. Ona görə də bir az bahalı çörək alaq, amma üstündə bu maddənin adı yazılan çörək almayaq. 
Verdiyi zərərlər
E 920 - nin yaratdığı xəstəliklər içində ən çox adı çəkilən xərçəngdir. Bundan başqa yaddaş pozğunluğu, əsəb xəstəlikləri də çox təsadüf olunur. İnsana məxsus saçdan hazırlanan bu maddənin vəhişiləşməyə, manqurtlaşmaya səbəb olduğu, insanın xarakterini pozduğu da deyilir. Amma ən önəmli nüanslardan biri də İslam dininə uyğun olmamasıdır. Quranda deyildiyi kimi "onlar ilk öncə yediyiniz çörəyi və namusu pozacaqlar və bununla da Allahı qiymət gününə məcbur edəcəklər". Türkiyənin ilahiyyatçı alimlərinin bu günlərdə ən çox narahat edən məsələlərdən biri də budur. 
Son olaraq qeyd edim ki, həm tibbi, həm dini cəhətdən caiz olmayan, zərərli olan bu maddənin ölkəmizdə istifadəsinə dövlət səviyyəsində qadağa qoyulmalıdır. Könüllü şəkildə heç bir sahibkar bu ucuz başa gələn maddədən və metoddan imtina etməyəcək. Biz isə çörək alanda diqqət etməliyik ki, tüklə istehsal olunan çörək yeməyək, həm də ki, Çin tüküylə.... 

Aynur               aznews.az

Комментариев нет:

Отправить комментарий