Ruslan Dost Əlisaçın divara tökülüb,
özün də elə baxırsan...
nə mən özümdəyəm,
nə sən özündə,
ele baxırsan...
pəncərədən baxmazdın heç,
bu nə baxışdı divardan...?
gözlə..
bir şəklini çəkim,
bu baxışda divarda...
nəsə yaxşı düşmədi,
dur, sən allah bir də bax...
burda mənim yanım boş,
orda sənin,
dərdə bax...!
gərək hər gecə mən evə
az da olsa vaxt aparam...
yatmağa vaxt tapmasam da,
darıxmağa vaxt tapıram...
...
gözümün suyu acıdı,
üstünə səpə bilmirəm...
çoxdandı qripəm deyə,
şəklini öpə bilmirəm...
Комментариев нет:
Отправить комментарий