30.04.2014

Rusiyanın Bakıdakı səfirliyi vətəndaşlıq almaq istəyənləri konsulluğa çağırdı


Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlığı almaq istəyən şəxsləri konsulluq xidmətinə müraciət etməyə çağırıb.

Rusiya vətəndaşlığı almaq üçün səfirliyin açıqladığı qaydalarda bildirilir ki, xarici vətəndaşlar və 18 yaşına çatmış işə yararlı, vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığını sadə üsulla qəbul etmək üçün ərizə ilə konsulluq şöbəsinə müraciət edə bilərlər. Qaydalarda göstərilir ki, müraciət edən şəxs “SSRİ tərkibində daxil olan dövlətlərdə” yaşadığını təsdiq etməli və rus dili testindən keçməlidir. Təlimatda bu qayda belə göstərilir:


Göstərilən şəxslər: 

a) Valideynin biri Rusiya Federasiyası vətəndaşıdır və Rusiya ərazisində yaşayırsa,
b) SSRİ vətəndaşları idi, SSRİ tərkibinə daxil olan dövlətlərdə yaşayırlar, bu dövlətlərin vətəndaşlığını qəbul etməmişlər və nəticədə vətəndaşlığı olmayan şəxslər kimi qalıblarsa,
c) 01 iyul 2002-ci il tarixdən sonra orta ixtisas və ya ali ixtisas təhsilini Rusiya Federasiyasında almışlarsa o zaman Rusiya vətəndaşlığını qəbul etmək üçün ərizəni verən şəxsən konsulluq şöbəsinə gəlməli və zəruri sənədləri təqdim etməlidir. Belə şəxslər həmçinin təhsil alma barədə hər hansısa dövlət sənədi (əsas ümumi təhsildən aşağı olmayaraq), 1 sentyabr 1991-ci il tarixə qədər SSRİ tərkibinə daxil olan ərazidə, 1 sentyabr 1991-ci il tarixdən sonra Rusiya Federasiyası ərazisində yaşayırsa rus dilindən testdən keçmə sertifikatı və Azərbaycan ərazisində verilmiş, rus dilinin öyrənilməsi barədə qeyd olan sənədi təqdim etməlidir. Müraciət etmiş şəxs eyni zamanda Rusiya Federasiyası vətəndaşı olan valideynin pasportunu və ya notarius tərəfindən təsdiq olunmuş və ya valideynin yaşadığı ərazi üzrə pasport-viza xidmətləri tərəfindən təsdiq olunmuş surətini, Azərbaycan vətəndaşlığından imtina etmə barədə müraciəti təsdiq edən səlahiyyətli Azərbaycan orqanları tərəfindən verilən arayışı və ya Azərbaycan vətəndaşlığından imtina etmə barədə müraciəti təsdiq edən Azərbaycanın səlahiyyətli orqanları tərəfindən verilən arayışın surətini təqdim etməlidir. Bütün rus dilində olan sənədlərin əsli və surətlərinin bir nüsxəsi (notariusda təsdiqləmə tələb olunmur) təqdim olunur. Azərbaycan və digər dillərdə tərtib olunmuş sənədlərin surəti notarius tərəfindən təsdiqlənməli, rus dilinə tərcümə olunmalı və tərcümənin düzgünlüyü həmçinin notarius tərəfindən təsdiq olunmalıdır. Notariusun təsdiq qeydi rus dilində olmalıdır. Rusiya vətəndaşlığının əldə edilməsi üçün konsulluq yığımı 17 manat təşkil edir. Ərizənin baxılması ərizə verilmə tarixindən etibarən 6 ay təşkil edir.

Xatırladaq ki, prezident Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qanun imzalayıb. “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, Rusiya Federasiyası ərazisində yaşayan və “rus dilinin daşıyıcısı” kimi tanınan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığına qəbulu sadələşdirlimiş qaydada aparılacaq. Hazırda və ya əvvələr mütəmadi olaraq Rusiya Federasiyası ərazisində, yaxud Rusiya İmperiyası və SSRİ-nin dövlət sərhədləri daxilində yaşayan, bu dildə danışan, rus dilindən ailə -məişət, ictimai, mədəni və digər sferalarda istifadə edən şəxslər və onların qohumları “rus dilinin daşıyıcıları” kateqoriyasına daxil edilib. Əcnəbinin rus dilini bildiyi və xarici ölkə vətəndaşlığından imtina edəcəyi halda bu qanun ona şamil ediləcək. /azerinews.org/

Комментариев нет:

Отправить комментарий