24.04.2014

Salyanda vəhabinin saqqalını qırxdılar

Azərbaycanın Salyan rayonunda vəhabilər kütləvi etiraz aksiyası keçirməyə hazırlaşır. Məlumata görə, onların bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində vəhabilərdən birinin saqqalının məcburi qaydada qırxılması olub. Bundan sonra qəzəblənən vəhabilər sakinlərə aqressiv münasibət bəsləməyə başlayıblar. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbəsi təyin olunub.
Əməkdaşımızla söhbətində yerli sakinlər deyib ki, kənd ərazisində az qala qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib: “Vəhhabilər bir müddət əvvəl kənd qəbiristanlığında bəzi məzarları dağıdıblar.
Özlərini kənddə çox pis aparırlar. Onların marağına xidmət etməyənlərə sataşırlar. Məktəblilər arasında vəhhabi təbliğatı aparırlar. Bu da bizim narazılığımıza səbəb olur”.
Salyan rayon Polis Şöbəsinin Arbatan kənd sahə inspektoru Əhməd Məmmədzadə faktı qismən təsdiqləyib: “Hər iki tərəf dindirilib. Ciddi narahatçılığa əsas yoxdur, vəziyyət nəzarət altındadır”. /aznews.az/

Комментариев нет:

Отправить комментарий