10.01.2017

Rafail Zülfüqarov - Әlidәn yaz

Qurban sәnә ey nazlı qәlәm, yaz, Әlidәn yaz!
Bu işdә xәtadır elәmәk naz, Әlidәn yaz!

Boş-boş nә qәdәr vәsf elәdin külli cahanı?
Olmaq diləyirsənsə sərəfraz, Әlidәn yaz! 

Sirlәr dolu alәmdi, әgәr sәn dilәyirsәn 
Misralara nazil ola ecaz, Әlidәn yaz!

Mәndәn dә kömәk yox, qәlәmim, sәndә nә təqsir,
Könlüm quşu ki, eylәdi pәrvaz, Әlidәn yaz! 

Bir gün dә Qәribçün desәlәr getdi cahandan
Zәnn eylәmә ki sahibin olmaz, Әlidәn yaz!

Комментариев нет:

Отправить комментарий