11.01.2017

Yumşaq güc siyasəti

İbrahim Sel

KİV- ÖLDÜRÜCÜ SİLAH

 Amerikan ideoloqu Zbiqnev Bjezinski kommunikasiya vasitələrini dünya hökmranlığının əsas elementi kimi səciyyələndirir. ABŞ-ın müstəsnalığı, möhtəşəmliyi və yenilməzliyi obrazı uzun illər uzunu məhz media vasitəsilə yaradılmışdır. KİV-dən məharətlə istifadə edən Qərb özünü dünya ictimaiyyətinə şəfqət təcəssümü, nur saçan qüvvə, Şərqi isə şər məkanı, qara qüvvə kimi sırımaqdadır. Məhz KİV-in mənfur rolunu anlayandan sonra başa düşmək olur ki, niyə ərəb-yəhudi konfliktinə münasibətdə ədalətə riayət olunmur, niyə Yaxın Şərq qan içində üzür, niyə sıravi insanlar Bəşər Əsədi diktator, terrorçuları müxalifət qüvvələri kimi tanıyır, niyə qoy xalqların düşməni İsrail Azərbaycanın müttəfiqi kimi qəbul edilir, niyə Türkiyə qardaş, Rusiya isə düşmən ölkə kimi qavranılır.
 Xalqlarımızı Qərbin zərərli təsirlərindən məhz Sovet hökumətinin yeritdiyi dəmir pərdə və senzura siyasəti qoruyurdu. Lakin Qərbin agenti Qorbaçovun hakimiyyətə gəlməsi ilə ortaya atılan aşkarlıq və demokratiya siyasəti nəticəsində sadəlövh Sovet insanlarının beyinləri əsaslı şəkildə amerikan dezinformasiyasının təsirinə məruz qaldı. Qısa bir müddət ərzində ölkəni iğtişaşlar bürüdü. Nəticədə qoy xalqların şad-xürrəm və firavanlıq içində yaşadığı böyük imperiya dağıdıldı, Sovet respublikalarının təbii sərvətləri anqlosaksonların və yəhudilərin yeminə çevrildi. Rusiya hakimiyyətinin özü belə amerikan “məsləhətçiləri” tərəfindən idarə olunmağa başladı. Putinin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişdi. Putin Qərbin maraqlarını ifadə edən yəhudi oliqarxlarını tədricən sıradan çıxardı. Qərbin əlində olan mətbuat tərəfindən Rusiyanın hədəf seçilməsinin də səbəbi budur. Bu gün Qərb mətbuatı Rusiyanı dünyada az qala bütün bəlaların mənbəyi kimi göstərir. NATO özünü “sülhməramlı qüvvə”, Rusiyanı isə “Avropa dəyərlərinin” düşməni kimi təqdim edir. İş o dərəcəyə çatmışdır ki, bəzi Avropa siyasətçiləri Rusiya haqqında danışanda “terrorçu dövlət” ifadəsini işlədirlər. Kiyevdəki amerikanyönümlü çevriliş demokratik inqilab, Donbasın dinc əhalisinin gülləbaran edilməsi isə “Rusiya təcavüzü”nə cavab kimi təqdim olunur. Mariya Zaxarovanin dediyi kimi, liberal mətbuat az qala son 200-300 il ərzində baş verən bütün fəlakətlərdə Putinin günahkar çıxarır.

BAĞDA ƏRİK VAR İDİ...

 Maraqlısı budur ki, Yeltsinin dövründə- Rusiya neftini və digər sərvətlərini təmənnasız Qərbə verəndə Qərb mətbuatı nəinki Rusiyaya neqativ yanaşır, əksinə gecə-gündüz Rusiya prezidentini tərifləyirdi. Amma elə ki Rusiya öz suverenliyinə təkid etdi, müstəqil siyasət yürütməyə başladı və təbii sərvətlərinə özü sahib çıxdı, onda Rusiya qara siyahıya düşdü. Azad fikirlərinə görə ABŞ pasportundan mərhum edilən tanınmış şahmatçı Robert Fişer 2005-ci ildə, ölümünə 3 il qalmış verdiyi müsahibə demişdi: “Mən Putini təqdir edirəm və dəstəkləyirəm. Putin öz yerində olan adamdır. Yeltsin- cinayətkar idi; o Amerikaya işləyirdi və məqsədyönlü şəkildə ölkəni dağıtdı. Putin Qusinski və Berezovskini ölkədən sıxışdırıb çıxartmaqla və Xodorkovskini türməyə soxmaqla düz etdi. Bax görərsiz, Putin YUKOS-un oğurladığı neft və dolları ölkəyə qaytarmağa cəhd göstərsə, amerikanlar və ingilislər hay-küy qaldıracaqlar ki, bu insan hüquqlarının pozulmasıdır, şəxsi biznesə təzyiqdir və hətta ola bilsin Rusiyaya müharibə də elan etsinlər. Amerikanlar İraqda minlərlə insanı öldürüblər, amma Rusiyada insan hüquqlarından danışırlar. Yaponiya 60 atom stansiyası tikib, amma Rusiyanı Uzaq Şərqdə ekologiyanı pozmaqda günahlandırır”. İtaətkar Şah rejimi zamanı Türkiyə də daxil olmaqla hamı İranla canla-başla dostluq əlaqələri qurur, iş birliyinə gedirdilər. Səudiyyə şeyxləri İran şahının əlini öpmək üçün növbəyə düzülürdülər. O zamanlar nə fars-ərəb-türk söhbətləri vardı, nə də ki məzhəb önəmli sayılmırdı. İranın ABŞ-a köləlikdə onlardan da öndə bulunması hamısını razı salırdı. Həmin dövrdə İranı sevməyənlər də vardı ki, onlar da elə Əhli-Beyt tərəfdarları idi. ABŞ-ı, İsraili rədd edən, Əhli-Beyt məktəbinin qanunları ilə yaşayan İran isə onlara sərf etmədi və hədəf götürüldü.
 Bu gün Qərb elitaları və onların sadiq nökərlərinin əsas hədəfi Qərbdə pravoslavlar olduğu kimi, Şərqdə də şiələrdir. Şiələri ona görə sevmirlər ki, şiələr ABŞ-ı imperialist, fitnəkar, işğalçı, zülmkar, soyğunçu və nankor hesab edirlər. Şiələri ona görə sevmirlər ki, şiələr İsraili sionist, qəsbkar, yırtıcı, fitnəkar, qəddar, dünyanın onunçün yaradıldığını düşünən və Allah tərəfindən lənətlənmiş ölkə hesab edirlər. Şiələri ona görə sevmirlər ki, şiələr müsəlman donu geymiş vahhabiləri təfkirçi, münafiq, vampir, başkəsən, qaniçən, islama ləkə və insanlığa həqarət hesab edirlər. Bu gün şiələrin qurduğu möhtəşəm dövlət- İran hədəfə alınıb. İmam Xomeyni deyirdi: “Onlar islamı söyə bilmədikləri üçün İranı söyürlər. Əslində onların hədəfi məhz islamdır”. İran- sionist işğalı altında olmayan tək müsəlman ölkəsidir. İran Əhli-Beyt məktəbinin qayda-qanununa uyğun bir quruluşa malikdir. İran ABŞ, İsrail və Səudiyyənin vahhabi kralları kimi şeytanlarla dostluq etməyib daim onların cinayətlərinə qarşı çıxır, onların zülmlərinə məruz qalanlara həmişə dəstək olmağa cəhd göstərir. İranın ətrafındakı ölkələr, hətta şiə Azərbaycan dünya valyutası kimi dollardan istifadə edir və ABŞ-dan asılı vəziyyətdədir, odur ki İran hərtərəfli blokadaya alınıb. Ayətullah Əhməd Cənnətinin sözləri ilə desək: “Bu əlaltı hökumətlərin başçıları Amerikanın himayəsinə görə sionist rejimin təcavüzkar, vəhşi siyasətini tənqid etmək qabiliyyətinə malik deyillər . Uzun illərdir ki, İranla yanaşı Suriyada da Beynəlxalq Sionizm tərəfindən hədəf kimi seçilmişdir. Çünki Suriya Konstitusiyasının preambulasında açıq-aşkar yazılıb: “Suriya ərəbizmin döyünən ürəyi, sionist düşmənlə mücadilədə öndər və ərəb dünyasında kolonial hegemoniyaya qarşı müqavimət beşiyi olduğuna görə vacib siyasi mövqe tutmuşdur”. Sionist düşmənlə! Suriyalılar sionizmin düşmən olduğunu hətta öz Konstitusiyalarına salmışlar və ona görə də heç vaxt sevilə bilməzlər. İran və Suriya müsəlman dünyasında sionist yırtıcıya qarşı sinə gərən əsas qalalardır.

LONDON VƏ MOSKVA QARŞIDURMASI

 Londonun təşkilatçılığı və idarəçiliyi ilə media-məkanda Rusiya və İrana qarşı qərəzli informasiya təcavüzü aparıldığı bir çoxlarına məlumdur. Anqlosakslar Rusiyaya münasibətdə informasiya müharibəsi metodlarından hələ internet ortaya çıxmamışdan çox-çox qabaq istifadə edirdilər. Qərbdə rusların bədheybətliyini göstərən traktatlar və şayiələr hələ Çar İvan Qroznının Rusiyanın geopolitik mövqeyini möhkəmləndirdiyi zamanlardan tirajlanırdı. Əslində Moskva və Londonun qarşıdurması əsrlərdir davam etməkdədir. Moskvanın ideologiyasında mənəviyyat, prinsipində əmin-amanlıq durur. Londonun ideologiyası isə qazanc əldə etməyə, prinsipi acgöz talançılığa əsaslanır. Qoy xalqların son ümid yeri olan Rusiya ilə Gizli Xazariyyanın qarşıdurması min ildən çoxdur ki davam edir. 965-ci ildə şanlı Rus knyazı Svyatoslavın tərkibində oğuz türkmənləri və tatarların da olduğu ordusu Xazar xaqanlığını məhv etdi. Semitlərin region xalqlarına təcavüzünə son qoyuldu. Kürdlər, avarlar və çeçenlər Qafqaz dağlarına çəkildilər, digər qrup iuda isə Krımdan keçərək Avropa istiqamətinə getdi. Onlar Genuya və Venesiyada məskunlaşdılar. Orada xazarlar sefard yəhudilərlə qaynayıb qarışdılar, sevimli sənətləri olan alverə qatıldılar, sonradan Venesiya tacirlərinin özəyini təşkil etdilər ki, Şekspir öz pyesində onların iç üzünü açıb göstərmişdir. Şekspirin də göstərdiyi kimi, onların həyatının mənası- istənilən yolla gəlir əldə etməkdən ibarətdir. Məhz həmin Venesiya tacirləri avropalıları xaç yürüşlərinə təhrik etdilər və 1204-cü ilə kimi rus pravoslav şəhəri olan Konstantinopola hücumu maliyyələşdirdilər. Konstantinopolun qızılı Venesiyanın yəhudi zümrəsinin əlinə keçdi. Tarixin gərdişi elə gətirdi ki, Venesiya və Genuyanın xazar-yəhudi sələmçiləri əvvəl Hollandiyaya, sonra isə Britaniyaya köçməli oldular. 1694-cü ildə onlar Britaniyada çevriliş yaradaraq hakimiyyətə öz adamlarını gətirdilər və özəl İngiltərə Bankı yaratdılar. Çevrilişdən sonra İngiltərə kralı 1-ci Karlın başını Londonda yəhudilərə məxsus həmin bankın qənşərində kəsdilər. O vaxtdan qosqoca İngiltərə yəhudilərin əlinə keçdi. İndiki yırtıcı maliyyə sistemi də məhz həmin müdhiş zamandan başlanğıc götürür. Dünya ölkələrinin sərvətlərini alıb aparan, iqtisadiyyatları iflic vəziyyətə salaraq xalqları ac-yalavac hala gətirən dollar- bu heç bir qızıla söykənməyən kağız parçası məhz İngiltərə yəhudilərinə məxsus özəl bankların təsis etdiyi ABŞ-ın Federal Rezerv Sistemi tərəfindən çap edilərək dünyaya buraxılır. Vaşinqtondakı hakimiyyət- sadəcə Londonun yəhudi bankirlərinin buyruqqulu orqanıdır. ABŞ 1913-cü ildə Federal Rezerv Sisteminin yaradılması ilə öz müstəqilliyini itirmişdir. Sadəcə xarici anturaj saxlanılır və ABŞ-ın müstəqil dövlət olması görüntüsü yaradılır. ABŞ-ın müstəqil olmasına can atan, Federal Rezerv Sisteminin buraxdığı ənənəvi dollardan qırmızı rəngi ilə fərqlənən milli dollar buraxan Con Kennedini nümayişkəranə şəkildə güllələdilər və bununla da ABŞ-ın müstəqilliyi məsələsinin üstündən birdəfəlik xətt çəkildi. Hal-hazırda ABŞ- İngiltərənin köləsidir və Londondakı yəhudi bankirlər tərəfindən idarə olunur. Hələ Kennedidən qabaq Avraam Linkoln ABŞ-ı bank asılılığından azad etməyə can atmışdı. Linkoln yəhudi bankirlər tərəfindən dövlətə verilən kreditlərdən imtina etmişdi- lakin o da “dəli” adlandırılan müəmmalı bir şəxs tərəfindən qətlə yetirildi. Hal-hazırda ABŞ prezidentləri məhdud səlahiyyətlərə malik adi idarəçi rolunu oynayırlar və Londondakı maliyyə bosslarının əmrlərini icra edirlər. İngiltərə baş naziri Vilyam Pittin sözləri ilə desək: “Hər bir taxtın arxasında kraldan da böyük adam dayanır”. Digər İngiltərə baş naziri Benjamin Dizraeli: “Dünya pərdə arxasında dayanan tamam başqa adamlar tərəfindən idarə olunur”. ABŞ prezidenti Franklin Ruzvelt isə deyirdi ki, ABŞ hakimiyyəti “hələ Endrü Ceksonun vaxtından maliyyə işbazlarının əlindədir”.
 Araşdırmalar göstərir ki, Rus hökmdarlarının bir çoxu Londonla əlaqəli olan yəhudi qadınları tərəfindən zəhərlənərək öldürülmüşdür. İngiltərə sionistləri Rusiya imperatoru 1-ci Pavelin ölümünü təşkil etdilər və dekabristlər üsyanını qaldırdılar. 1917-ci il fevral inqilabını- dövlət çevrilişini də məhz onlar Rusiyanı parçalamaq və ölkənin qızıl ehtiyatını ələ keçirmək məqsədilə törətdilər. Sionist trotskistlər ruslar tərəfindən məhv ediləndə və hakimiyyət xalqçı Stalinin əlinə keçəndə isə Rusiyanın üzərinə faşist Almaniyasını göndərdilər. Hitler London bankirlərinin yetişdirməsi idi. Stalinin dövründə nəhəng iqtisadi sıçrayışa nail olmuş ölkəni məhv etmək üçün Hitleri tez bir zamanda hakimiyyətə gətirdilər və onun əli ilə Almaniyanın birləşdirdiyi nəhəng Avropa ordusunu SSRİ-nin üstünə yeritdilər. Hal-hazırda NATO və Avropa Birliyinə rəhbərlik edən də -özü pərdə arxasında gizlənsə də- məhz İngiltərədir.
 Bu gün Kanadadan tutmuş Avstraliyaya kimi koloniyalara malik, ABŞ-ı Federal Rezerv Sistemi vasitəsilə gizli idarə edən London bankirləri ümumdünya semit imperiyası yaratmaq arzusundadırlar. Bizim missiyamız Üçüncü Karfagenə- Londona qarşı sinə girən Üçüncü Romanın- Moskvanın yanında yer almaqdır. Qoy xalqların ari-türk-slavyan və islam-pravoslav birliyinə əsaslanmış Rusiyanın mənəvi suvereniteti bizim prioritetimiz olmalıdır. Yeni ideoloji matrisanın yaradılması üçün biz rus kosmizmi cərəyanına, Qumilyovun passionarlıq nəzəriyyəsinə, Vernadskinin noosfera ideyasına yaxından qatılmalı, eyni zamanda islamı və pravoslavlığı qoruyaraq sivilizasiyamızın fundamenti kimi əsas götürməliyik.

SMART POWER

 Sovet ordusunun Stalinqrad və Kursk qələbələrindən sonra İngiltərənin baş naziri Uinston Çerçilin rəhbərliyi altında Kvebekdə SSRİ-yə qarşı informasiya müharibəsi planı hazırlandı. Sonradan bu planı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Allen Dalles təkmilləşdirdi. Allen Dalles 1945-ci ildə Konqressdə çıxışı zamanı demişdi: “Biz əlimizdə olan bütün qızılı, bütün material gücü dünya xalqlarının kütləşdirilməsinə və axmaqlaşdırılmasına sərf edəcəyik. Hər yerdə xaos yaymaqla biz hiss olunmadan onların dəyərlərini saxtalıqlarla əvəzləyəcəyik. Biz ölkələrin özündə öz həmfikirlərimizi tapacayıq. Yer üzünün ən əyilməz xalqlarının məhv edilməsinin əzəmətli tragediyası oynanılacaq. Ədəbiyyat, teatr, kino- hamısı ən alçaq insan hisslərini təcəssüm və tərənnüm edəcək. Biz insan şüuruna seks, zorakılıq, sadizm kultu yeridən, hər cür pozğunluq yayan girdirmə “sənətkarları” hərtərəfli dəstəkləyəcəyik. Biz insanlara uşaqlıq, yeniyetməlik çağlarından girişəcəyik. Əsas diqqətimizi gəncliyin yoldan çıxarılmasına verəcəyik. Gəncləri pozğunlaşdıracaq, əxlaqsızlaşdıracaq və mənəviyyatsızlaşdıracayıq. Biz gənclərdən abırsız, heyvərə və kosmopolitlər yaradacayıq”.
 1948-ci ildə ABŞ dövləti Smit Mundun müəllifliyi ilə Sovet İttifaqına qarşı mübarizə aparmaq üçün yayım, mübadilə və informasiyadan istifadə edərək “yumşaq güc” proqramını irəli sürdü. ABŞ dövlətinin 15 aprel 1950-ci il 68 saylı direktivində deyilirdi: “Sovet sisteminin içinə dağıdıcı toxumlar səpməklə, iğtişaşlara həvəsləndirməklə və qiyamları dəstəkləməklə bu sistemin təbiətində köklü dəyişikliklərə nail olmalıyıq”. 1953-ci ildə ABŞ kəşfiyyatı Sovet dissidentlərini ideoloji cəhətdən dəstəkləmək üçün “Azadlıq Radio”sunu açdı. “Azadlıq Radiosu”nun işə düşməsi ilə Sovet İttifaqına qarşı informasiya müharibəsinin yeni mərhələsi başlandı. Həmin radio vasitəsilə Qərb Sovet xalqlarına qarşı xaç yürüşü həyata keçirdi.
 Satqın Qorbaçovun hakimiyyətə gəlməsi Çerçill və Dallesin SSRİ-nin ideoloji vasitələrlə dağıdılması planının həyata keçirilməsində həlledici faktor oldu. Mətbuat uzun illər Sovet xalqlarının zombiləşdirilməsi ilə məşğul oldu. Əsas diqqət gəncliyə yönəldi- Sovet cəmiyyətində formalaşmış mehribanlıq, sərbəstlik, ədalət, düzgünlük, qarşılıqlı yardım idealları təhrif olundu. Mənəvi dəyərlər tapdalanaraq seks kultu, zorakılıq, öz xalqına ikrah hissi ilə yanaşmaq, Qərbin üstünlüyü hissləri ilə əvəz edildi. Aydın baxışlarını itirməyən, ləyaqət və şərəf ideallarına sadiq köhnə sovet adamları, sosializm idealları gülüş hədəfinə çevrildi. Get-gedə daha çox “sivil dünya ölkələrinin nailiyyətləri” təbliğ olundu, Qərb həyat tərzi ideal kimi sırıdıldı. 70 il ərzində oturuşduğumuz Sovet və Rus mədəniyyəti “geridəqalmış”, doğma vətənimiz SSRİ isə “totalitar” kimi təqdim olundu. Xalqımıza qarşı nəhəng psixoloji bliskriq həyata keçirildi. Kütləvi aldatma, dezinformasiya yağışı, əvvəlki ideallardan və mənəvi dəyərlərdən soyutma son nəticədə insanların öz əli ilə özünə qəbir qazmasına gətirib çıxardı.
 Lakin SSRİ-nin dağıdılması ilə informasiya müharibəsi dayanmadı. 1998-ci ildə amerikanlar ilk dəfə informasiya hücumu əməliyyatlarının aparılması konsepsiyasını işləyib hazırladılar. Rəsmi dövlət sənədi olan bu konsepsiyadan xarici siyasətdə metodoloji vasitə kimi istifadə olundu. 2006-cı ildə amerikanlar internetdə, sosial şəbəkələrdə informasiya hücumlarının həyata keçirilməsini xırda detalına kimi əks etdirən yeni sənəd qəbul etdilər və “informasion yumruq zərbələri” hazırladılar. Yaxın Şərqdə “rəngli inqilabların” başlanması ilə bərabər Qərb kəşfiyyat orqanları Rusiya və İrana qarşı informasiya müharibəsinin növbəti mərhələsinə start verdilər.
 2006-cı ildə ABŞ-ın əsas ideoloqu sayılan professor Cozef Nay və keçmiş dövlət katibinin müavini Riçard Armiticin rəhbərlik etdiyi ikipartiyalı komissiya tərəfindən yeni strategiya işlənib hazırlandı. Strategiyada “smart power”- “ağıllı güc”dən yararlanmaqla ABŞ-ın dünya liderliyini təmin etmək öz əksini tapmışdı. 2009-cu ildən Obama administrasiyası “ağıllı güc” strategiyasını xarici siyasətin təməl prinsipi kimi götürdü. 2009-cu ilin 13 yanvarında Hillari Klinton dövlət katibi seçildikdən sonra bu strategiya onun tərəfindən populyarlaşdırıldı. Həm Suzan Nossel, həm də Cozef Nay Klintonun “ağıllı güc” fəaliyyətinə dəstək verərək onu buna cəsarətləndirdilər. Həmin vaxtdan “ağıllı güc” ABŞ xarici siyasətində əsas mövzu və fəaliyyət oldu.
 Beynəlxalq münasibətlərdə “smart power”- ağıllı güc termini “hard power”- ağır güc və “soft power”- yumşaq güc strategiyalarının kombinasiyası kimi başa düşülür. Bu termin Amerikanın təsirinin genişlənməsində və fəaliyyətinin legitimlik qazanmasında bütün səviyyələrdə əlaqələri müəyyənləşdirir. Smart power termininin mənbəyi hələ də mübahisə mövzusudur, lakin buna baxmayaraq iki şəxsə aid edilir: Cozef Nay və Suzan Nossel. Professor Cozef Nay ağıllı güc strategiyası ilə bağlı bir neçə kitab yazmış, eyni zamanda xarici siyasətdə müxtəlif strateji təkliflərlə, ağır və yumşaq güc resurslarının istifadəsi ilə bağlı çoxlu sayda ideyalarla çıxış etmişdir. Nay göstərir ki, həmin güclərdən yaranmış situasiyalarda yalnız ağır, yaxud yalnız yumşaq gücdən istifadə etmək qeyri-adekvat nəticələr verə bilər. Məsələn, Nay bildirir ki, müsəlman dünyasına yumşaq güc tətbiq olunmalıdır, nəinki ağır güc, çünki ağır güc çox zaman zərərli sonluqlarla nəticələnir. 2004-cü ildə dərc olunmuş kitabında Cozef Nay yazırdı: “Smart power- “ağıllı güc” nə “ağır güc”dür, nə də “yumşaq güc”- o bunların hər ikisidir”. Cozef Nay yumşaq güc terminini Buş administrasiyasının ifrat ağır güc metodlarından istifadə etməsinə bir qarşılıq olaraq yaratmışdı. Nay qeyd edirdi ki, ağıllı güc strategiyası elə bir bacarıqdır ki, yumşaq, yaxud ağır gücün verilmiş situasiyada kombinasiyasını, yaxud onlardan hansının daha effektiv olduğunu müəyyən edir. Eyni zamanda Nay bildirir ki, çox situasiyada yumşaq gücü tələb olunur, lakin məsələn, Şimali Koreanın nüvə silahı proqramının dayandırılmasında ağır güc yumşaq gücdən daha effektiv ola bilərdi. “Faynenşl Tayms”ın sözlərinə görə “Birləşmiş Ştatlar sülhü əldə etmək üçün yumşaq gücdən, müharibəni qazanmaq üçünsə ağır gücdən istifadə etməldir”. ABŞ dövlət xadimi Suzan Nossel isə 2004-cü ildə xarici siyasətdə ağıllı gücün rolu ilə bağlı yazdığı məqaləsində həmin terminə geniş izah vermişdir. Nosselə görə, smart power- ağıllı güc “ABŞ məqsəd və maraqlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətdir”. Çestr A.Krokerə görə isə ağıllı güc anlayışı “səmərəli, siyasi və sosial legitim yollarla diplomatiya, əqidə və potensialın möhkəmləndirilməsi, eyni zamanda onların gücü və layihələşdirilməsi, bununla bərabər hərbi və diplomatik yolların hər ikisinin istifadəsidir”.

ABŞ-IN YENİ STRATEGİYASI

 2010-cu ildə ABŞ dövləti qlobal informasiya müharibəsinin aparılması üçün “Strateji Kommunikasiyalar” adlı yeni hücum konsepsiyası hazırladı. Orada düşmən, neytral, eləcə də dost ölkələrdə geniş xalq kütlələrinə təsir etmə mexanizmləri öz əksini tapdı. Əhalinin ideoloji cəhətdən zombiləşdirilməsi, əvvəlcədən razılaşdırılmış aksiyalar, müxtəlif təbliğat planları və informasiya proqramları prioritet cəhətlər kimi götürüldü. 12 sentyabr 2012-ci ildə Krasnodarda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin ilk dəfə “informasiya qarşıdurması” ifadəsini işlətdi və problemin varlığını vurğuladı.
 Yaxın Şərq ABŞ-ın “Strateji kommunikasiyalar” doktrinasının realizasiyası üçün eksperiment meydanına çevrildi. 2013-cü ilin martında Latviyada həmin doktrina çərçivəsində Rusiyaya qarşı informasiya müharibəsi əməliyyatları aparan idarəetmə punktu kimi Strateji Kommunikasiyalar Mərkəzi yaradıldı. Yeni doktrina 2014-ci il Ukrayna hadisələri zamanı uğurla sınaqdan keçirildi. Milyonlarla insan yeni informasion-psixoloji texnologiyalar vasitəsilə aldadıldı və ABŞ-ın maraqlarına uyğun hərəkətə keçdi. 9 mart 2014-cü ildə ingilislərin işğalı altında olan Estoniyadakı NATO Kibermərkəzinin 16 zabiti Kiyevə gələrək internetdə, ilk növbədə sosial şəbəkələrdə Rusiyaya qarşı aktiv qarayaxma kampaniyası qurdular. Təsadüfi deyil ki, Maydan çevrilişi ərəfəsində- 2013-cü ilin noyabrında Estoniyada kiberməkanda informasiya müharibəsi aparılması üzrə NATO təlimləri keçirilmişdi. Təlimlərdə NATO-nun Tallindəki Kibermərkəzinin 100 əməkdaşı, eləcə də alyansa üzv və müttəfiq 32 ölkənin zabitləri daxil olmaqla ümumilikdə 500 nəfər iştirak etmişdi. Şərti adı Botniya olan ölkəyə qarşı keçirilən təlimlərdə əslində Rusiyaya qaşı aparılacaq informasiya müharibəsinin detalları sınaqdan çıxarılmışdı.
 Beləliklə, Ağ Evin yeni strategiyası daxili münaqişələr törətmək və qarışıqlıq yaratmaq üzərində qurulmuşdur. Demokratiya, insan hüquqları, açıq cəmiyyət haqda demoqogik çərənləmələr əslində ABŞ-ın “yumşaq güc” vasitəsilə dünya ölkələrini zəncirə vurmaq planının reallaşdırılması üçün kodlaşdırılmış dildir.  Müasir dünya siyasətində psixoloji müharibə əsas təsir vasitələrindən birinə çevrilmişdir. Araşdırmalar göstərir ki, Yuqoslaviya, İraq və İrana münasibətdə məhz psixoloji müharibədən istifadə edilmişdir. Belə müharibədə informasiya əsas silah sayılır və ictimai şüuru məqsədyönlü dəyişikliklərə uğratmaqla nailiyyətlər əldə olunur. Cozef Nay deyirdi: “Berlin divarı artilleriya tərəfindən dağıdılmadı, kommunizmə inamını itirmiş insanlar tərəfindən çəkic və buldozerlərlə dağıdıldı”. Destruktiv təbliğat və dezinformasiya klassik silahla yanaşı hegemon dövlətlərin hərbi-siyasi arsenalını təşkil edir. İnformasiya hücumları mənəvi ruhu öldürür və cəmiyyət içində təfriqələrə yol açır. Nəticədə hələ ölkəyə hücum edilməmişdən çox-çox qabaq həmin ölkənin daxilində didişmələr başlayır və xalq mütəşəkkil müqavimət göstərə bilmir. Eramızdan əvvəl 6-cı əsrdə yaşamış Çin strateqi və filosofu, “Müharibə incəsənəti” traktatının müəllifi Sun Dzı deyirdi ki, müharibə aparılmasında ən böyük sənətkarlıq- düşmən ordusunu döyüşmədən fəth etməkdir.
 “Sion müdriklərinin protokolları”ında deyilir: “Müasir dövlətlərin əlində xalqın fikir və düşüncələrini hərəkətə gətirən böyük bir güc var- bu mətbuatdır. Mətbuatın rolu, guya zəruri olan mətləbləri göstərmək, xalqın şikayətlərini səsləndirmək, narazılıqları ifadə etmək və yaratmaqdan ibarətdir. Mətbuatda söz, fikir və danışmaq azadlığının təntənəsi ifadə olunmuşdur. Lakin dövlətlər məhz bu küncdən bizim əlimizə keçdi. Onun vasitəsilə özümüz kölgədə qala-qala təsir göstərmək imkanı əldə etdik. Məhz onun sayəsində biz qızılı öz əlimizdə cəmləyə bildik, baxmayaraq ki, biz bu qızılları qan və göz yaşı selindən götürməli olurduq. Biz öz sıralarımızdan çoxsaylı qurbanlar versək də, qoyduğumuzu götürdük. Biz tərəfdən verilən hər qurban Allah qarşısında min qeyri-yəhudi qurbanına bərabərdir”.

PUL QOYUB PUL GÖTÜRÜRLƏR

 Teodor Ruzvelt deyirdi: “Yumşaq danışın və böyük gəliri götürün”. Qeyd etmək lazımdır ki, yumşaq güc siyasəti ölkələri qarışdırmaqla yanaşı həm də böyük gəlir gətirir. Qərb informasiya müharibəsinə pul qoyub, pul götürür. Əgər 90-cı illərdə Qərb SSRİ-yə qarşı informasiya müharibəsinə yüz milyonlarla pul qoymuşdusa, SSRİ-nin dağılması nəticəsində yüz milyardlarla gəlir əldə etdi. Təkcə Azərbaycan neftindən gələn pulların nəticəsində ABŞ son 25 ildə 6 dəfə dağılmaqdan xilas oldu. Azərbaycanın “müstəqillik” qazanması Qərbə külli miqdarda qazanc verdi. Sionistlər ölkənin təbii sərvətlərini pulsuz olaraq daşıyıb apardılar. İsrailə Bakı-Tbilisi-Ceyhan kəməri çəkildi ki, həmin kəmər vasitəsilə somurulan neftə görə ölkəmizə qara qəpik də ödənilmədi. Azərbaycan bazarı NATO muzdurları olan gülənçi sahibkarların əlinə keçdi, bütün qazanclı layihələr və iş yerləri ancaq onlara verildi. Aborigen millətlərdən olan sahibkarlar sıxışdırıldılar və qanuniləşdirilmiş talana məruz qaldılar. Ölkəmizin xarici siyasətini israilli ağalarımız müəyyənləşdirdi. 70 illik Sovet dövründə formalaşmış intellektual potensialımız küncə sıxışdırıldı, idarəçilik işlərinə kürd bölgəsindən olan çobanlar yerləşdirildi. Azərbaycan hökumətinin ABŞ-a maliyyə töycüsü ödəməsi xalqın güzəranının get-gedə ağırlaşdırdı. Bu olaylar fonunda sionist polittexnoloqlar mediaya xırda maliyyə buraxmaqla xalqımızı kütləvi zombiləşməyə məruz qoydular və onların ideyalarını dəstəkləyən böyük bir qrup ortaya gətirdilər.

DÜŞMƏNƏ İŞLƏYƏN KONTİNGENTİN YETİŞDİRİLMƏSİ

 İnformasiya müharibəsinin getdiyi ərazilərdə yerli mədəniyyət və ənənələrə əks olan dəyər və ideyalar mütəmadi və sakit şəkildə sırıdılır. Əhaliyə fiziki güc və digər təhdidlər tətbiq olunmur, mənəvi və psixoloji cəhətdən gözəgörünməz təzyiq göstərilir. İnformasiya müharibəsi aparan tərəfin əsas hədəfi insan şəxsiyyəsinin ruhu və psixi strukturudur. Psixi təsir aramla, mütəmadi olaraq, amma gizli şəkildə həyata keçirilir. İş elə aparılır ki, təsirə məruz qalanlar nəinki zombiləşmələrinin fərqinə varırlar, əksinə get-gedə daha da təkmilləşdiklərini düşünürlər. Belə təsirin qısa nümunəsinə biz reklamda rast gəlirik. Professor Herbert Şiller deyir: “Uğur əldə olunması üçün manipulyasiya gizli qalmalıdır. Manipulyasiya o zaman uğurlu olur ki, təsirə məruz qalanlar baş verənlərin təbii və qaçılmaz olduğunu düşünsün. Qısaca desək, manipulyasiya üçün saxta həqiqilik tələb olunur”. Manipulyasiya cəhdi açılan, ifşa edilən, geniş kütlələrə məlum olan zaman aksiya baş tutmur və manipulyatora ciddi ziyan dəyir. Ən böyük ciddi-cəhdlə isə manipulyasiyasının əsas məqsədi- uzaqvuran məramlar ört-basdır edilir. Manipulyatorların əsas niyyəti nədir? Əsas niyyət qlobalist idealların yeridilməsi və dünyanın böyük bir Qlobal Kənd kimi idarə olunması üçün zəmin hazırlanmasıdır. Kosmopolitzm, liberalizm, ateizm, multikulturalizm məhz bu niyyətlə ortaya atılmışdır və get-gedə şaxələndirilməkdədir. İstənilən sağlam cəmiyyətin baza idealları olan qarşılıqlı kömək, Vətənə sevgi hissləri yox edilir, dinə inam qaralanır, ənənəvi ailə institutunun dağıdılmasına cəhdlər göstərilir. Gənclərin beyinlərinə yeridirlər ki, dindar olmaq normal deyil, əsl ziyalı gərək kosmopolit və ateist olsun. Üzərində manipulyasiya edilən kütlənin dünya və həyat haqqında baxışları dəyişilir. Əsl mədəniyyətin əvəzinə Qərbdən və Türkiyədən ixrac olunan mədəniyyətin surroqatı yeridilir. Türkiyədən ölkəmizə ideoloji viruslar axır. Postinsan mədəniyyəti formalaşdırmış Qərb onu bizə də ötürür. ABŞ öz dəyərlərini dünyaya ixrac etməklə çöxqütblü dünya ocaqlarını məhv etmək, hamını simasızlaşdıraraq unitar dövlətçiliyə bağlamaq, o cümlədən öz ideallarına sadiq insanlar ordusu yetişdirmək istəyir. Belə insanlardan həm informasiya müharibələrində, həm də narıncı inqilablarda geniş istifadə olunur. Rusiya sosioloqu Konstantin Leontyev belə insanları “orta avropalı” adlandırır. O yazır ki, “orta avropalı dünyada dağıntılar törətmək üçün ideal silahdır”. Yad identikliyin daşıyıcısına çevrilən insan dünyaya özgə baxışlarla baxır, düşmən düşərgəsində olanlarla eyni fikirlər yürüdür. Atdığı addımlar düşmən düşərgənin niyyəti ilə üst-üstə düşür. Aparılan informasiya müharibəsi nəticəsində Qlobal Prediktor Rusiya ilə bizim ümumi keçmişimizin üstündən xətt çəkir, İran ilə şiə bağlılığımızı yox etməyə çalışır. Özü üçün əlverişli baza yaratmaqla Rusiya və İrana kimi ölkələrə qarşı müharibə aparmaq üçün poliqon hazırlayır. Məqam yetişən anda informasiya zərbələri endirilir.

SOSİAL ŞƏBƏKƏLƏR DÖYÜŞ MEYDANI KİMİ

 İnternetin yaranması ilə informasiya müharibəsi total və qlobal səviyyəyə yüksəlmişdir. Əvvəllər manipulyasiyanın fəaliyyət sferası qəzet, kitab və televiziya idisə, internetin vacib rol oynadığı qlobalizasiya epoxasında manipulyasiya çoxşaxəli oldu. Manipulyasiya dedikdə artıq insanların bir-birinin davranışına təsir deyil, hakimiyyət texnologiyası başa düşülür. Hal-hazırda manipulyasiya cəmiyyətin idarə olunmasının və xarici siyasətin məhək daşına çevrilmişdir. İlk dəfə 1990-cı ildə İraqda koalisiya qüvvələrinin “Səhrada tufan” əməliyyatı zamanı Qərb jurnalistləri informasiyadan silah kimi istifadə etdilər. Pentaqonun strateji təsir şöbəsinin rəhbərliyi altında kütləvi informasiya vasitələri səfərbər olundu və xarici auditoriya üçün ABŞ-ın maraqlarına hesablanmış dezinformasiya məkanı formalaşdırıldı. O vaxtdan strategiya, metod və üsullar daha da təkmilləşmişdir. Hal-hazırda informasiya məkanına müharibə meydanı kimi baxılır, quru, dəniz, hava, kosmos qoşunları kimi buranın da öz əsgərləri var. İctimai şüurla manipulyasiya texnologiyaya çevrilmiş və bu sahənin öz mütəxəssisləri yetişmişdir. O cümlədən, bu sahənin öz elmi təsisatları, kardların hazırlanması sistemi və elmi ədəbiyyatı meydana çıxmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, manipulyatorlar üzərində manipulyasiya etdiklərə insanlara insan kimi yox, obyekt- bir növ əşya kimi baxırlar. İnformasiya təcavüzü ilk növbədə masştablı təbliğat kimi geniş auditoriyaya istiqamətlənmişdir. Düzgün qurulmuş informasiya müharibəsi sayəsində rəqibin fəaliyyətinə onu özü duymadan gizli dağıdıcı təsir göstərmək olur. Nəticədə rəqib elə gedişatlar edir və ya elə qərarlar verir ki, onun məqsədlərinə zidd olur və yerinə yetirmək mümkün olmur. İnformasiya müharibəsi düşmən düşərgəsinə sənin istəklərini yeritmək və şüurlara sənin trafaretlərinin hakim kəsilməsi üçün aparılır. Xalq kütlələri lazım olan istiqamətə yönəldilir, onlar da öz növbəsində hakimiyyət mərkəzlərini səhv qərarlara təhrik edirlər. Burada istehsalatın vacib resursu istifadəçiyə təqdim edilən informasiya olur. Həmin informasiya axını hərbi əməliyyatların uğurlu keçməsinə və qarşıya qoyulan məqsədlərə asanlıqla çatmağa zəmin yaradır. İnformasiya müharibəsində əldə olunmuş qələbə nəticəsində şüurlar ələ keçirilir, rəqibin potensialından və imkanlarından sənin məqsədlərin üçün istifadə olunur. Corc Steynin “epistemoloji müharibə” adlandırdığı belə müharibəni “biliklərin müharibəsi” də adlandırırlar.
 Hal-hazırda informasiya müharibəsi aparılarkən şəbəkə texnologiyalarına geniş diqqət ayrılır. İnformasiyaya giriş əldə olunur, o dəyişdirilir, lazım olan formaya salınır, paylaşılır, yayılır və məqsədəuyğun reaksiya qazanılır. Sosial şəbəkələr mütəmadi informasiya mübadiləsi və dinamik restrukturizasiya məkanı kimi böyük əhəmiyyət kəsb edir. Ona görə də sosial şəbəkələr individual psixikanın və kütlə şüurunun idarə edilməsi mütəxəssislərinin daim diqqət mərkəzindədir.  Facebook, tvitter, instagram kimi populyar sosial şəbəkələrdə qışğın iş gedir və müvafiq təsir məkanları yaradılır. Araşdırmalar göstərir ki, Liviya, Suriya, Ukrayna belə etapdan keçdilər, qlobalist polittexnoloqların sınaq obyekti oldular. Həmin ölkələrin auditoriyasına vurulan informasiya zərbələri yaşanan fəlakətlərin müjdəçisi rolunu oynadı.

MƏDƏNİ TƏCAVÜZ

 Müasir dövrdə psixoloji informasiya hücumları KİV-in texnoloji imkanlarının geniş spektri ilə həyata keçirilməkdədir. İnternetin təşəkkülü ilə məlumatın çevik ötürülə bildiyi müasir dövrdə ənənəvi jurnallistika artıq öz təsir gücünü itirmişdir. Məlumatın videohostinqlərdə və sosial şəbəkələrdə yerləşdirilməsi çoxmilyardlı auditoriyaya çıxış imkanı yaratmışdır. Rəqəmsal texnologiyaların meydana çıxması ilə psixoloji təsirin metodlar arsenalı daha da genişlənmişdir. Müasir dövrdə kütlənin şüuruna, iradəsinə və hisslərinə daha effektiv təsir olunur və az məsrəflə daha böyük məqsədlər əldə edilir. Odur ki müasir cəmiyyətdə sosial şəbəkələrin rolu sürətlə get-gedə artmaqdadır. İnsanlar facebook, ok, vk, tvitter kimi şəbəkələrdən mütəmadi və çevik şəkildə informasiya ala bilirlər və maariflənirlər. İnsan unikal informasiya atmosferinə düşür ki, həmin məkanda o sistematik olaraq təkcə xəbərlərlə deyil, ekspert analizləri, şərhlər, mühakimələr, tanınmış və hörmətli şəxsiyyətlərin fikirləri ilə qarşılaşır. Belə informasiya axını nəinki istifadəçinin fikirlərinə təsir göstərir, həm də onun dünyagörüşünü əsaslı surətdə formalaşdırır.
 ABŞ istehsal etdiyi filmlər vasitəsilə də kifayət qədər ciddi siyasi, sosial və qlobal mesajlar ötürür. 1978-ci ildə Malaziyanın baş naziri Mahathir Məhəmmədin “Bizim coğrafiyamızı ABŞ qarışdırır, spekuliyasiya edərək pulumuzu əlimizdən alır” ifadəsini işlətməsindən sonra “Return to Paradise” filmi çəkildi. Filmin məzmununda açıq-aşkar Malaziyanın tənqidi, həmin ölkənin neqativ təqdimatı dururdu. ABŞ-ın “Qəlbləri və beyinləri qazanmaq” prinsipinə dayanan film diplomatiyası yumşaq gücün bir ünsürü olaraq Soyuq Müharibə dönəmindən önə çıxmağa başlamışdır. İdeoloq Cozef Nay deyir ki, “televiziya və filmin gücü Berlin divarını 1989-cu ildən öncə dəlib keçmişdi”. Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obama isə hələ 2013-cü ildə Hollivudun qüdrətini açıq şəkildə bu cür ifadə etmişdi: “Hollivud ABŞ diplomatiyasının mühüm açarıdır”. Hollivudla sıx təmasları ilə seçilən Obama “Dream Vorks” animasiya film mərkəzinə baxışı zamanı bildirmişdi: “Hollivud ABŞ-ın təkcə ixracat sənayesində vacib rola malik deyil, həm də diplomatik və mədəniyyət sahəsində önəmli vasitə hesab olunur. Bu sənaye bizi beynəlxalq səviyyədə supergücə çevirmişdir”.
 Tehranda İnqilab Keşikçiləri Korpusu qarşısında çıxış edən Ayətullah Xameneyi demişdir: “Mədəni və siyasi müdaxilə hərbi və təhlükəsizlik təhdidlərindən də təhlükəlidir”. ABŞ ideoloqu Cozef Nay da həmçinin mədəniyyəti “yumşaq güc”ün əsas elementlərindən biri adlandırmış, eyni zamanda Amerikanın maarifləndirici və kütləvi mədəniyyətindən bəhs etmişdir. Burada “Troyalı atlar” termini daha tutarlıdır. Respublikaçılar partiyasından olan ABŞ yetkilisi Con Bolton əbəs yerə demirdi: “İranda bir müxalif qrup olacağı təqdirdə heç ABŞ əsgərinə ehtiyac qalmayacaq”. İran hakimiyyəti dəfələrcə “mədəni müdaxiləyə” dair təhlükə barəsində xəbərdarlıq edtmişdir. İranlılar özləri də təbii olaraq Qərbin mədəni müdaxiləsinin qarşısını almaq üçün mütəşəkkil hərəkətlərə qoşulurlar və bununla ümummilli tendensiyanı nümayiş etdirirlər. Bu hərəkat ABŞ-ın təsiri ilə İranın dağıdılmasının qarşısını sipər çəkir və onun Sovet İttifaqının gününə düşməkdən sığortalayır. Devran Abdullah deyir: “Amerika əvvəlcə sizin ölkədə liberalizasiya etmənizi istəyir. Sizə deyir ki, bunu etsəniz sizə toxunmayacaqlar. Liberalizasiya müəyyən səviyyəyə çatdıqdan sonra sizin ölkənizdə çevriliş edir. Ona görə də İran kimi ölkələr Amerikaya aldanıb liberalizasiya avantürasına getmirlər. Sanksiyalar şəraitində yaşamaq çətindir. Amma ölkənizin darmadağın olub sonradan müstəmləkəyə çevrilməsindən yaxşıdır”.

OBYEKTİ MƏHV ETMƏK MƏQSƏDİLƏ TƏDQİQ

 Soft power- yumşaq güc prinsipinə əsaslanan, ideologiya, KİV, təhsil, tərbiyə, mədəniyyət və təbliğat sahələrində tətbiq edilən silah yeni dövrün- texnologiyalar dövrünün əsas silahıdır. Cozef Nay deyir: “Yumşaq güc strategiyası arzu etdiyini məcbur etmək (coercion) və ya mükafatlandırmaq (payment) yolu ilə deyil, öz tərəfinə çəkmək (attraction) yolu ilə əldə etmək bacarığıdır. Yumşaq güc mədəniyyətin cəlbediciliyi, siyasi ideallar və ölkənin siyasi xəttindən əmələ gəlir... Tamahlandırma (seduction) həmişə məcburiyyətdən daha səmərəlidir”. Nay etiraf edir ki, çoxları yumşaq gücə 21-ci əsrin “mədəni imperializm”i kimi baxır. O deyir ki, mif yaradıcılığı “yumşaq gücün valyutası”na çevrilir və hökumətlər “özlərinə qarşı etibarı artırmaq və rəqiblərinə qarşı etibarı zəiflətmək üçün bir-biri ilə və digər təşkilatlarla bəhsə girirlər”. Bu zaman yöndəmsiz təbliğat “təkcə gülüş hədəfinə çevrilmir, həm də ölkənin şöhrətini və ona olan etibarı pozduğu üçün əks məhsuldar bir şeyə çevrilir”. Qeyd etmək lazımdır ki, Ağ Evin yeni strategiyası ağır güc siyasətinə nisbətən dünyada vəziyyətin sabitliyini daha çox pozur, insanları daha çox məhvə sürükləyir- belə ki bu tip strategiya daxili münaqişələrin yaradılmasına və xaosun yayılmasına hesablanmışdır.
 Tanınmış alim və filosof Andrey Fursov bildirir ki, anqlosakson təfəkkürünün xüsusiyyəti- obyekti məhv etmək məqsədilə tədqiq etməkdir. ABŞ zəif nöqtələri müəyyənləşdirmək üçün Rusiya və İranla ilə yanaşı Şimali Koreya, Çin, Kuba, Venesuela kimi ölkələrin də cəmiyyətlərini diqqətlə araşdırır. Hədəfdə olan ölkələrin internet-məkanı əsaslı surətdə öyrənilir, cəmiyyətdəki ziddiyyətlər üzə çıxarılır və bu ziddiyyətlərin nəzarət olunan xaosa çevrilməsi üçün yeni layihələr hazırlanır. Elmi tədqiqatlar nəticəsində endiriləcək informasiya zərbələrinin planı cızılır.
 Qlobalist elitaların gündəmində duran əsas məsələlərdən biri deqredasiyanın və əxlaqsızlığın təbliği, ənənəvi gender identikliyinin dağıdılması, mövcud sosial əlaqələrin kəsilməsidir. Fəaliyyətdə olan proqram asan manipulyasiya olunan insan kütləsinin yaranmasına kömək edəcək, nəticədə qlobalist hakimlərə dünya əhalisinin sayını azaltmaq planını həyata keçirmək üçün münbit şərait yaranacaq.

“İnformasiya müharibəsi” kitabından

Комментариев нет:

Отправить комментарий