05.05.2018

ABŞ komandoları Yəmən müharibəsində Səudiyyə əsgərlərinə gizli şəkildə kömək edir

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü ilə bağlı yeni hesabat yayılıb. Hesabat ABŞ-ın ər-Riyadın Yəməndə apardığı qanlı müharibəyə yardım etdiyini ortaya qoyub. Səudiyyə Ərəbistanı rejiminin Yəməndə "Ənsarullah" hərəkatına qarşı döyüşlərdə Səudiyyə hərbçilərinə kömək etmək məqsədilə Yəmən sərhədinə gizli şəkildə bir sıra elit komando qrupları yerləşdirdiyi qeyd edilib. Bildirilib ki, onlar Səudiyyə Ərəbistanına silah satışı və maddi-texniki dəstək verirlər.
"The New York Times"ın məlumatına əsasən, ABŞ ordusunun xüsusi qüvvələrinin "Green Berets" kimi tanınan komandosu 2017-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanı cənub sərhəd bölgələrinə yerləşdirilib. "New York Times" komandoların Yəmənə keçdiyini və orada  "Ənsarullah" qüvvələrini izləmək üçün elektron siqnal toplaya biləcək casus təyyarlərdən istifadə etdiyini yazıb.
Səudiyyə qoşunları, həmçinin Yəmənin cənub şəhərindəki Nəcran şəhərində ABŞ kəşfiyyat mütəxəssisləri ilə sıx əməkdaşlıq edir.

Комментариев нет:

Отправить комментарий