17.05.2018

Həmid Herisçi: "2006-cı ilə qədər bizim teleməkanda adına “televiziya standartı” deyilən bir ölçü meyarı vardı, televiziya sovetdənqalma bir üsulla idarə olunurdu. Lakin 2006-cı ildə bu idarəetmə mexanizmi adına “reytinq” deyilən bir başqa-“Amerikan sistemi” ilə əvəzləndi. REYTİNQ, daha doğrusu, beynəlxalq AGB NIELSEN MEDIA RESEARCH şirkəti, onun Bakı törəməsi “TV MR AZ” firması, qanunsuz yolla Azərbaycan teleməkanına yiyələndi. Transmilli şirkətlərin bahalı “reklam paketi” düşdü bax bu monapolist şirkətin ixtiyarına. O da bu “reklam paketi”ni özünə, öz fəlsəfəsinə uyğun teleaparıcılara, televerilişlərə ötürməyə başladı. Bu şirkətin qılıncı altından keçməyənlər, mənim kimi, efirdən uzaqlaşdırıldı.
Xüsusi olaraq onu da qeyd edim ki, beynəlxalq AGB NIELSEN MEDIA RESEARCH şirkəti, qonşuluğumuzdakı Ermənistan, Gürcüstan, Türkiyə, Ukrayna teleməkanlarına da nəzarət edir. İstədiyi mövzuları müzakirəyə, gündəmə gətirir, bəyənmədiklərini gözardı edir. Bir sözlə, mass-media sahəsində gündəmi formalaşdırır. Son 8 ildə Azərbaycan teleməkanında baş verən bütün mənəvi aşınmalarda, təxribatlarda bu reytinq şirkətinin “xidmətləri” böyükdür. Vaxtilə bu mövzuda mən “Reytinqin qurbanları” adlı bir məqaləmi çap etsəm də, nə xeyri?- vəziyyət eləcə də qaldı. Həmin “reytinq ölçən şirkət” dövlət içində dövlətə çevrildi. Başladı saytları, xəbər agentliklərini, müəllifləri ələ keçirməyə. Transmilli şirkətlərin maraqlarını güdən, savunan kadrlara, müəlliflərə ciddi tələbat yaranarkən, bu şirkət Azad Yazarlar Ocağında cəmlənmiş müəlliflərə xüsusi diqqət ayırdı. Onları işə cəlb etdi".

Комментариев нет:

Отправить комментарий