17.06.2019

Hərəm müdafiəçisi olmaq, yəni Allahın böyük lütfü və inayəti

Qasim Süleymani

Yadımdadır Qüds yolu əməliyyatında Gilanlıların və Mazandaranlıların Kərbəla bölüyü təzə düzəlmişdir. O zaman 3 bölükdən başqası yox idi, general Mürtaza Qurbani kamandir idi, Gilan, Kerman və Nəcəfabaddan Alayı varıydı.
Susəngerd əmaəliyyatında mən də orda idim, ilk dəfəydi çox sayda şəhid verirdik. Çoxları, o cümlədən general Cəfəri- Sepahın indiki komandiri dedilər biz əzizlərimizin bu qədər şəhid olmasına tab gətirə bilmərik.
Ağa Rzayi -Allah onu qorusun- hamını imam Xomeyninin xidmətinə apardı.
İmam bu hadisəylə bağlı lətif bir cümlə buyurdu ki, indiki hərəm müdafiəçilərinin halına da şamildir.
Buyurdu: Gedin Allaha şükr edin ki, bu işlərin aqibətini Allah sizə həvalə etmişdir və sizin adlarınızı lövhü məhfuzda qeyd etmişdir. Bu hadisə təsadüfü deyil. Bu hadisə elə bir hadisədir ki, sübhan olan Allah istəyə axirət aləmində əməllərinizi nümayiş etdirə, ömrünüzdə olan bundan gözəl səhnə nümayiş etdirməz. Bu sizin ömrünüzün ən gözəl anlarıdır.
Həmən gecə, həmən qorxu, həmən xatirə. Peyğəmbərdən (s) sual etdilər Qədr gecəsindən üstün gecə var? Peyğəmbər(s) buyurdu: bəli, sizi Qədr gecəsindən fəzilətli olan gecədən xəbərdar edim, hamı təəccübləndi! Peyğəmbər buyurdu: bu o gecədir ki, bir nəfər İslamın qorunması üçün ayaq üstə postda dayanmış ola, qorxu içində ola və ailəsindən uzaqda ola- o gecənin fəziləti posta dayanan üçün Qədr gecəsindən üstündür.
Hərəm müdafiəçiləri zirəng adamlardır. Bəziləri zirəngliyi mənfi tərif edirlər. Öz zirəngliklərini pul qazanmaqda, məqama, posta sahib olmaqda və sair görürlər. Amma bir zirənglikdə var: islam və hərəmlərin müdafiəsi uğrunda şəhidlik. Bu zirənglik çox mühümdür.
Bəzi hərəm müdafiəçilərinin yaşları 50 yaşı keçmişdir, amma onlar da özlərini vaxtında çatdıra bilmədikləri eşq karvanına çatdırdılar. Bu zirənglik misilsiz zirənglikdi və iti düşüncəlikdi; bu böyük və əbədi bir qazancdır ki, hərəm müdafiəçiləri buna yetişiblər.
Allah mənə lütf və inayət edibdir ki, qırx neçə ildir əsgər olmuşam, müqəddəs müdafiə illərində çox dəyərli şeylərin şahidi olmuşam. Bu illərdə biz Allah mələkləriylə bir cəmdəydik. Bir behiştdəydik ki, davamlıydı və kamiliydi. Heç bir səhnə mənimçün İŞİD-in mühasirəsində olan Amirli şəhərciyinin azadalığı və mühasirədən xilası qədər təsirli deyildi. O vaxt ki şəhərə daxil olduq, gözlərim uşaqların, qızların, xanımların, kişilərin gözlərinə dikildi, gördüm ki qorxudan xilas olmağın sevinc şövqündən ağlayırlar. İxtiyarsız səcdəyə düşdüm və dayanmadan ağlamağa başladım. Bu çox böyük dəyəriydi. Bu ticarət qazancı çox böyük olan ticarətiydi. Bu, həqiqətən çox möhtəşəm idi.
İstər evlərimizdə olaq, istər saraylarda olaq, hər harda oluruq olaq- bir gün öləcəyik. Ey hərəm müdafiəçiləri, Allah hamınıza uzun ömür, müvəffəqiyyət nəsib etsin və bu döyüşlərin şirin xatirələrini baş ucalığıyla bütün nəsillərə danışın, nəql edin.
Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.








Комментариев нет:

Отправить комментарий