09.06.2019

Turançıların və vahhabilərin daha bir sevimlisi – “Qara Ərəb”

Xattab. Çeçenistanda Əmir, Qara Ərəb ləqəbləri ilə tanınmış terrorçu, səhra komandiri. Rəsmi məlumata görə, 1963-cü ildə İordaniyada doğulmuşdur. Çeçenistana 1995-ci ilin yanvarında 18 terrorçu ilə gəlmişdir. Rəhbərlik etdiyi qruplaşma Misir və Səudiyyə ərəblərindən ibarət olmuşdur. Çeçenistanın dağlıq rayonlarında terrorçuların hazırlanması üçün xüsusi təlim düşərgələri şəbəkəsi yaratmışdır. Rus federal qoşunlarına qarşı ardıcıl terror aktları həyata keçirmiş, çeçen döyüşçülərinin sevimlisinə çevrilmiş, Masxadov tərəfindən ona briqada generalı adı verilmişdir. Ben Laden onu tərifləyərək “dünya mücahidlərinin ali baş komandanı” adlandırmışdır. Çeçenistan Xattabın o qədər xoşuna gəlmişdi ki, o buranı “Allahın torpağı” adlandırırdı; and içirdi ki, “müqəddəs torpağı kafirlərdən təmizləyəcəkdir”. İslamın sünni və şiə cərəyanlarına qarşı çıxır, hər yerdə vahhabizmin bərqərar olmasına çalışırdı. Çeçenistana gələrkən çeçenlərə bildirmişdi ki, o da çeçendir, belə ki babaları buradan İordaniyaya köç edənlərdir. Çar dövründə rus-çeçen müharibəsi zamanı çeçenlərin bir hissəsi Yaxın Şərqə köç etmişlər ki, indi onlara mohacirlər deyirlər. Xattab da özünü mohacirlərə aid edirdi və ruslara olan pataloji nifrətini babalarının Çeçenistandan qovulması ilə əsaslandırırdı. “Mən muzdlu deyiləm, öz torpağıma gəlmişəm ki, ruslardan babalarımızın qisasını alım”- o çeçenlərə belə deyirdi. Lakin 2001-ci ildə İordaniyaya səfər edən çeçen nümayəndə heyəti maraqlı nüanslar aşkarladı. Məlum oldu ki, Xattabın mohacirlərə heç bir aidiyyatı yoxdur; o İordaniya çeçeni yox, Yəmən yəhudisidir. Təsadüfi deyil ki, ilk qızına o yəhudilərə xas Sara adı qoymuşdu. Xattabın 1987-ci ildə ABŞ-a getdiyi, burada Mərkəzi Kəşfiyyat İdarəsindən təlimat alaraq hazırlandığı üzə çıxdı. Hətta öz ölkəsi onu ABŞ kəşfiyyatına işlədiyinə görə vətəndaşlıqdan çıxarmışdı və ABŞ kəşfiyyatı ona Kanada vətəndaşlığı almaqda köməklik göstərmişdi. Bu sirlər açılandan sonra çeçen rəhbərliyi tələb qoydu ki, Xattab Çeçenistanı tərk etməlidir və “öz dini uğrunda vuruşmaq üçün Fələstinə getməlidir”. Ardınca “dünya mücahidlərinin ali baş komandanının” maliyyəsi da kəsildi; məlum oldu ki, axırıncı dəfə Səudiyyə fondundan göndərilən 250 min dollar pulu döyüşçülərə paylamaq əvəzinə pulun 170 min dollarını özünə götürüb. Xattab çeçenlərin gözündən düşdü və avtoritetini itirdi. Doğruluğunu sübut etmək üçün o əvvəlcə bəyanat verdi ki, Əfqanıstana gedəcək və amerikanlara qarşı döyüşəcək. Çeçenlərin qorxusundan bir müddət meşədə gizlənən Xattab 2002-ci ildə rus əsgərləri tərəfindən öldürülənə kimi bir daha üzə çıxmadı.

Комментариев нет:

Отправить комментарий