14.02.2021

Ölkə bədbəxt gündədir: Narkotik

Ölkə cavanların çoxu şüşəyə oturub. Nəinki cavanlar arasında yayılan, "kasıbın heroini" kimi məşhur olan, el arasında "şüşə pati" kimi tanınan sintetik narkotika- Metamfetamin surətlə yayılır. Heroindən daha çox asılılıq yaratdığı irəli sürülmüşdür. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemini zəiflədir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə ölüm baş verə bilir.
Yuxu, aclıq və qorxu hisslərini itirir. Bu səbəbə görə gecə vaxtı işləyən taksi sürücüləri arasında məşhurdur.
Dozası çox olarsa insanlara hücum etmə, öz ətini və ya digər insanın ətini çeynəyərək yemə hadisəsi ola bilər...
Boşuna yaymırlar bu ZƏHƏRİ. İnsanları BƏDBƏXT ETMƏKLƏ SÜRÜ HALINA GƏTİRİRLƏR. Olkədə o qədər oğurluq hadisəsi var ki, amma 500 azn-dən az olduğu üçun inzibati xəta kimi yazıb gündəmə gətirmirlər. Nə qədər maşınların hissələri oğurlanır. Bu zəhrimarı almaq üçün əllərindən gələni edirlər. Vaxtı çatanda gozlərinə heç nə görünmür!

Elçin Teymurov

Комментариев нет:

Отправить комментарий