27.06.2022

Azərbaycan məhsullarının Rusiyadan başqa hansısa bir ölkədə satıldığını bilirsənizsə deyin!


Samir İsmayılov

Mən rusu tərifləmirəm, amma Azərbaycan məhsullarının Rusiyadan başqa hansısa bir ölkədə satıldığını bilirsənmi - neft və qazdan başqa – de!
***
Rusiya dünyaya meydan oxuyur, sizlərsə deyirsiz Rusiya məğlubdur! Onu hələ bilmək olmaz əgər Avropaya rus qazını-neftini və digər məhsullarını rublla satsa dolların aqibəti necə olacaq! Görünən odur ki dolların dəyəri düşəcək, rubl daha da bahalaşmağa başlayacaq - onda görək rus məğlub oldu sözünü yenə deyə biləcəklərmi?
***
Rusiya o boyda NATO ölkələri və Amerikanı nüvə silahı ilə gözlərini qorxutdu, Ukranyanı darmadağın edir, bunlarsa Rus məğlub oldu deyir! Rusun aktivdə 1 milyon ordusu var, passivdə də ən azı 3 milyon ordusu olar. Hələ Rusiya tam gücüylə döyüşmür. Bizim biqələmunlar, əsasən kolxoz jurnalistlərimiz Rusiyanın məğlub olduğunu deyir. Putin Ukraynadan torpaq almamış, istədiyini almamış ordan çıxmaz, qanı canı bahasına olsa belə, hətta müharibəni çirkləndirmək fikirinə düşsə belə rus Ukraynadan torpaq alacaq!
***
Nə qədər ki Amerika var dünya qan gölündə boğulacaq, çünki bu müharibələrdə yalnız qazanan tək Amerikadır: silahını satır, pulunu qazanır, ziyan da kasıb insanlara, uşaqlara dəyir.
***
Azərbaycan xalqı illərdir Rusiyanın çörəyini yeyir. Azərbaycan məhsullarının çoxu Rusiya bazarında satılır. İllərdir Rusiyanın çörəyini yeyirlər, indi dara düşəndə qaçmağa çalışırlar - bu ədalətsizlikdir.
***
NATO boş bir təşkilatdır - adı var özü yox! Onlar ancaq boş-boş danışmağı bilirlər.
***
NATO və Amerikanın işi yalan vəd verib aldatmaq, sonra da dara düşəndə qaçıb gizlənməkdir.
***
Amerikanın silahı çox satıb pul qazanmaları üçün müharibələrin olması onlar üçün əla fürsətdir ki, bu müharibələrdə qazanan tək Amerikadır - başqa heç kim!
***
Zelenskinin ağlı olsaydı Amerika və NATO-ya inanıb xalqını, millətini qırdırmazdı.

Комментариев нет:

Отправить комментарий