27.06.2022

Azərbaycanlılar Türkiyədən yox, daha mədəni ölkələrdən nümunə götürməlidirlər

Cəmil Məmmədov

Bayaq axşamüstü kanalı çevirdim, təsadüfən Türkiyə xəbərlərinə baxdım ki, görüm o yanğın barədə nə danışırlar.
Allah, Allah... Cəmisi baxdığım 5 dəqiqə ərzində ən azı 5 kriminal, bir-birindən dəhşətli xəbərlər eşitdim.
Bir nəfər 2 aylıq hamilə arvadını tapança ilə vurub öldürüb, qaynanasını da yaralayıb.
Sonra psixoloji problemi olan ata tüfənglə əvvəl oğlunu, sonra özünü öldürüb.
Sonra hardasa şəhid olmuş bir gəncin atası dərddən infarkt keçirib, ona baxıb qoca anası da dünyasını dəyişib.
Sonra 14 yaşlı bir yeniyetmə stadionda futbol oynayanda üstünə vorota aşıb, altında qalıb ölüb.
Sonra küçədə hansısa tanınmış adama hücum edib döyüblər yumruqla.
Bir sözlə, sanki elə bil dünya dağılır Türkiyədə. Qətllər, cürbəcür eybəcər qalmaqallar, qanunsuz əməllər...
İstənilən ölkədə kriminal hadisələr ifrat dərəcədə baş verirsə, demək o ölkədə təlim-tərbiyə məsələləri kökündən düzgün qurulmayıb.
Ümumiyyətlə onu deyim ki, Türkiyədə baş verən hadisələrə nəzər salanda hiss edirəm ki, ordakı atmosfer, mental dəyərlər, ictimai şüur mənə tamamilə yad gəlir. Bu mənim fikrimdi.
Azərbaycanlılar gərək öz irəlidəki ictimai, iqtisadi, siyasi gələcəklərini quranda daha da inkişaf etmiş, daha da mədəni, daha da humanist dövlətlərə baxıb qursunlar. Müqayisə və paralellər aparanda da məhz oturuşmuş mədəniyyətə sahib olan dövlətlərdən nümunə götürsünlər.
Hesab edirəm ki, bu sahədə bizim öyrənəcəyimiz hələ çox şeylər var.

Комментариев нет:

Отправить комментарий