13.09.2022

Rusiya bizim etibarlı müttəfiqimiz, regionda sülh və təhlükəsizlik yaratmaq iqtidarında olan dünyada yeganə gücdür


Azərbaycanlı politoloq Nəzakət Məmmədova Moskvada keçirilən Zaqafqaziyanın qeyri-sabitlik zonasına daxil edilməsi problemlərinə həsr olunmuş dəyirmi masada çıxış zamanı diqqəti regionda etniklərarası münaqişələrin Qərb tərəfindən qəsdən qızışdırdığına və bununla da onun Zaqafqaziyada hökmranlığı və mövcudluğunu saxlamaq cəhdlərinə yönəldib. 
“ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ və Fransa Azərbaycan və Ermənistandakı öz nəzarətində olan radikal müxalifət qrupları və qeyri-hökumət təşkilatları vasitəsilə hər cür yolla Rusiyanın sülhməramlı səylərini gözdən salmağa çalışır və Rusiya sülhməramlılarının Qarabağdan mümkün qədər tez çıxarılmasını tələb edir. Nəzərə alsaq ki, Rusiya sülhməramlıları regionda sabitlik və təhlükəsizliyin yeganə etibarlı təminatıdır”, – ekspert vurğulayıb.
“Bizim üçün Qarabağ münaqişəsinin həlli üçün ən məqbul variant Rusiyanın köhnə Sovet xəritələrinə əsaslanan planı ilə məsələni həll etmək və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalamaqdır. Qərb anlayır ki, İrəvanla Bakı arasında sülh sazişi imzalanandan sonra region Rusiyanın rəhbərliyi altında Avrasiya strukturlarına inteqrasiya olunacaq. Xüsusilə vurğulayıram ki, hegemonluq şəraitində deyil, məhz Rusiyanın rəhbərliyi altında”, - Məmmədova deyir.
Politoloqun sözlərinə görə, təkcə Zaqafqaziya ölkələrində deyil, İran və Türkiyə kimi qonşu dövlətlərdə də Rusiya ilə dostluq meyilləri və istək var - bu ölkələrin xalqları və elitaları başa düşür və dərk edirlər ki, Rusiya onları Qərbin təhdidlərindən qorumağa qadir olan yeganə etibarlı gücdür.
“Qərb institutlarının ikili standartları region ölkələrinin cəmiyyətləri qarşısında onları nüfuzdan salıb və bu, Rusiyanın çoxqütblü dünyanın lideri olmaq şansını artırır. Hesab edirəm ki, Qafqaz ölkələrində müdrik insanlar var və həmişə də olacaq, hansı ki onlar daim Rusiya ilə dostluq və müttəfiqliyin tərəfində olacaq. Biz Rusiyanın regionda liderliyini qəbul edirik və inanırıq ki, bu, bizim etibarlı müttəfiqimiz və regionumuzda sülh və təhlükəsizlik yaratmaq iqtidarında olan dünyada yeganə gücdür”, - Məmmədova yekunlaşdırıb.

https://t.me/qaynarxeber

Комментариев нет:

Отправить комментарий