15.12.2022

Oğlu Gömrük rəhbəri olan İsa Həbibbəylinin və qardaşlarının şirkətləri — SİYAHI

Milli Məclisin deputatı İsa Həbibbəyliyə və qardaşlarına məxsus şirkətlərin adları açıqlanıb.
1. "AVTO" MÜƏSSİSƏSİ (VOEN 1400127451) 1996-cı il iyunun 11-də qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi İsa Həbibbəylinin qardaşı Səməd Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 10-dur.
2. BOLLUQ-99 KƏNDLİ FERMER TƏSƏRRÜFATI (VOEN 0700185691) 28 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Şərur rayonu, Xanlıqlar kəndidir. Təsisçisi və qanuni təmsiçisi İsa Həbibbəylinin qardaşı Həbib Əkbər oğlu Həbibbəylidir.
3. "GƏMİQAYA-XXI" FİRMASI 05 iyul 2000-ci ildə İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəylinin adına qeydiyyatdan keçib.
4. SÜHA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 27 fevral 2008-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 44, mənzil 35, qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir.
4. "SÜRMELİ İNŞAAT SANAYİİ VE TİCARET LİMİTED" ŞİRKƏTİNİN BAKI FİLİALI Əli Həbibbəyliyə məxsus "Süha" MMC ilə etni ünvanda qeydiyyatdadır. Qanuni təmsilçisi Mehmet Sürmeli Kiyasdır. Şirkət Türkiyədə, Malatya şəhərində inşaat sektorunda fəaliyyət göstərir.
5. ŞƏRUR-2006 MƏHDUD MƏHSULİYYƏTLİ 2006-cı ilin iyunun 1-də 141500.00 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Şərur rayonu, Danyeri kəndidir.
Xatırlatma: İsa Həbibbəylinin oğlu Ərəstü Həbiblənin də şirkəti var. Onun təsis etdiyi ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçib. Şirkət üzərindən deputatın oğlunun Türkiyədə alüminium profillər istehsal edən fabriki var. /demokrat.az/

Комментариев нет:

Отправить комментарий