16.04.2011

Əli Kərimli: “Hakimiyyət bizə şər atır"

AXCP sədri Əli Kərimli sahibkarlara xitabən belə deyib. O, bildirib ki, Ictimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə dağıdıcılıqla məşğul olanlar hakimiyyətin təxribatçı qüvvələri olub və onlardan bəzisi artıq ifşa edilib.
AXCP sədrinin sözlərinə görə, həmin qüvvələr müxalifətin aksiyalarına kölgə salmaq üçün mağazalara və bir sıra başqa obyektlərə hücum çəkiblər. Müxalifətin isə belə bir niyyəti yoxdur və demokratik qüvvələrin məqsədi yalnız ölkədə köklü dəyişikliklərə nail olmaqdır. Əli Kərimli sahibkarlara ünvanlanan çıxışında daha sonra bildirib: “Hakimiyyət bizə şər atır. Əgər bizim adımızdan gələn təxribatçıların kim olduğunu bilmək istəyirsinizsə, o zaman mitinq günü obyektinizdə olun. Həmin təxribatçıların şəkillərini, videolarını çəkin. Mən həmçinin mətbuata üzümü tutaraq deyirəm: Aydındır ki, siz hadisələrin mərkəzində olmağa çalışırsınız. Amma yaxşı olar ki, həmin ərazidə yerləşən obyektlərin ətrafında da nümayəndələriniz olsun. Ki, təxribatçıların kim olduğunu biləsiniz. Baxın, biz özümüzdən nə qədər arxayınıq. Çünki əminik ki, bizim tərəfdarlarımız zorakılıq edə bilməz. O təxribatçılar müxalifəti ləkələmək üçün məkrli planla hakimiyyət tərəfindən göndərilən adamlardır”. (Azadlıq qəzeti)

Qeyd edək ki, Əli Kərimli 4 saatdır ki, polisdə dindirilir.

Комментариев нет:

Отправить комментарий