DİQQƏT, TƏDBİR BAŞLADI
Xanəmir sözü bitirəndən sonra Cəlil Cavanşır aldı sazı, görək nə dedi: “Roman çap olunmamışdan əvvəl oxumuşam. Kiməsə görə zəif görünə bilər. Amma bu bir cəhd olduğundan gərək ki, Əsədi təbrik edək. Əsədin cəsarətli olması ədəbiyyatımız üçün gözəl bir addımdır”.
Rafiq Tağı cuşa gəlib Cəlilin əlindən sazı qapdı. Dınqıldada-dınqıldada görün nə dedi: “Müəlliflər ac-yalavac roman yazır. Bu maraqlıdır. Ədəbiyyatımızın müsbət istiqamətdə irəliləməsində mühüm rol oynayır. Əsədin romanlarını da bu baxımdan qiymətləndirmək lazımdır. Gəncin romanlarında “insan cəmiyyətdə necə hərəkət etməlidir?” sualı çox araşdırılır. Əsəd bu sualla öz çərçivəsində cavab verməyə çalışır. Bu, çox gözəl addımdır. Mənim üçün dinamizmi olmayan müəllif müəllif deyil.”.
Yaşayan böyük şairlərimizdən olan Zahid Sarıtorpaq Əsədin romanı haqqında çox az danışdı: “Əsədin romanı məndə maraq oyatdı. Onun axtarışları uğurludur.” (Bəlkə də çox danışıb, amma mən yalnız bunları eşitdim. Ona görə ki, uzaqda oturmuşdum).
DOQQUZ AYA ROMAN YAZAN ƏSƏD
DOQQUZ AYA ROMAN YAZAN ƏSƏD
AYO-nun yeni başqanı, şair Aqşin Yeniseyin sözləri isə tədbir iştirakçılarının yerlərindən atılıb-düşməsinə, qəşş edib gülməsinə səbəb oldu: “Əsəd romanını yaza-yaza bizə danışdığından demək olar ki, biz ordakı fəsillərin nədən bəhs etdiyini bilmişdik. Bu baxımdan, mən Əsədin “ədəbiyyat mətbəxi”nə bələdəm. Bəlkə də Əsədin emosiyasının bu qədər gur olmasından irəli gəlir ki, onun yazısı yaxşı alınmır. Qəribə bir yazı metodu var. Əsəd özü də çox tez yazır. Bu romanı cəmi doqquz aya yazıb. Yəqin ki, bir doqquz aydan sonra yenə biz Əsədin yeni bir romanının təqdimatına yığışacağıq”.
DAHİ PUBLİSİSTİN TELEFON QURTDALAMASI
NƏDİ BU, “ƏN ÖZGÜR ƏDƏBİYYAT”?
Elə bu vaxt Əsəd tədbir iştirakçılarının xahişi ilə şeir oxudu. Siz elə zənn eləyin ki, doğurdan da şeir oxunur və qulaq asın. Mən isə yaddan çıxarmamış qeyd edim ki, Əsədin bu romanı “Ən Özgür Ədəbiyyat” (ƏÖƏ) seriyasından çap olunub. Özgür deyiləndə ağlınıza ayrı şey gəlməsin. Bu, “diktatura, burjuaziya”-zad kimi şeylər qışqırıb özünü azad zənn eləyən adamlara aid deyil. “Ən Özgür Ədəbiyyat” heç bir “izm”-ə, cərəyana aid olmayan, özünü mənəvi cəhətdən, daxilən azad hesab edən yazarların seriyasıdır. Boşboğazlıq etməyib Əsədin romanının üstünə yazılan aforizmlə sizə bu seriyanın nə mənaya gəldiyini anlatsam yaxşı olar. Həmin hikmətli cümlə belədir: “Əsl Özgürlük insanın öz içindəki dərinliyə yuvarlanıb, ölüm qorxusunu itirdiyi an başlayır”. Hə, qurban sənə, bax budu “Ən Özgür Ədəbiyyat”.
AQŞİN YENİSEYİN ƏSƏDƏ HƏDİYYƏ VƏDİ
AY CAMAAT, “XİLASroMAN”dan qalmadı
Tədbiri Xanəmir sonlandırandan sonra hamı kitaba sarı yüyürdü. Öz aramız, haşiyəyə çıxıb deyim ki, kitab satışına da mən baxırdım. Düzdü, deyəcəksiniz, tənqid etdiyin romanı kim alar. Amma yanılırsız. Məcid şahiddi, kitab əl-əl gəzdi. Müəllif imza atmaqdan o qədər yoruldu ki, oxuculara ürək sözlərinin bəzilərini Əsəd Qaraqaplan adı ilə mən yazdım. Hə, qurban sənə, inanmırsan, Kənan Hacıdan soruş.
Bir sözlə, hamı Əsədin romanından bir “pors” alıb hardasa iştahla təpişdirməyə getdi. Bir dənə Cəlil Cavanşir dedi ki, mən Dostoyevsikidən doyunca yeyib gəlmişəm. Mən də tox olduğunu nəzərə alıb, əl vurmadım. Dedim, qoy, kef eləsin.
Hə, başladım çığırmağa: “ “XİLASroMAN”dan qalmadı!”. Bu dəm Əsəd dedi ki, getdik, yeyib-içməyə. Elə sevindim ki, tez yüyürdüm arxasınca.
Hə, başladım çığırmağa: “ “XİLASroMAN”dan qalmadı!”. Bu dəm Əsəd dedi ki, getdik, yeyib-içməyə. Elə sevindim ki, tez yüyürdüm arxasınca.
Biz bir neçə gənc Əsədin romanının puluna bir qab isti yemək yemək üçün ucuz kafelərə üz tutduq. “XİLASroMAN”ın hesabına qarnımı doyurarkən siz bu reportajı oxuyub yəqin ki, kitabı almaq üçün düz “Kitab Klubu”na gedəcəksiniz. Amma getməmişdən əvvəl deyim ki, satıcıya: “ “XİLASroMAN” verin” deməyin, ayıbdı, arvad-uşaq var. Deyin ki: “ “XİLASroMAN”dan bir pors lütfən.” Vəssalam, di işiniz rast gətirsin.
AYXAN kultaz.com
fotolar Ayaz Quliyevindir
fotolar Ayaz Quliyevindir
Комментариев нет:
Отправить комментарий