| Bələdiyyə sədri Eldar Əhmədov hakimiyyətin antikorrupsiya siyasətini vecinə almır |
Vəziyyət belədir ki, Xırdalanın bələdiyyə sədri nə televiziyaya baxır, nə də qəzet oxuyur. Ümumiyyətlə, ölkədə nələrin baş verdiyindən də xəbəri yoxdur. Şəhər sakinləri deyirlər ki, əgər Eldar Əhmədovun baş verənlərdən xəbəri olsaydı, daha əvvəlki kimi özfəaliyyətlə məşğul olmazdı. Onların dediyinə görə, bələdiyyə sədri köhnə qaydalara uyğun olaraq «bazar» prinsipləri ilə işinə davam edir. Torpaq almaq istəyən pulunu verməlidir. Arayış almaq istəyən də həmçinin. Xırdalanlılar onu da deyirlər ki, şəhərdə nə abadlıq işləri aparılır, nə də bəldiyyənin tutarlı bir işlə məşğul olduğunu görən var. Onların sözlərinə görə, əgər belə davam edərsə, bir-iki ilə Xırdalanda əvvəllər salınmış parklar da yoxa çıxacaq. Eyni zamanda, hakimiyyətin antikorrupsiya tədbirlərindən də Eldar Əhmədovun xəbəri yoxdur. Hətta onu da deyirlər ki, bələdiyyə sədri hakimiyyətin antikorrupsiya siyasətini ümumiyyətlə, «hərləmir». Elə köhnə hamam, köhnə tasdır. faktxeber.com |
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
02.04.2011
XIRDALAN CAMAATI BOĞAZA YIĞILIB
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий