17.07.2011

Ədəbiyyatın vəzifələri -2

Sayman Aruz

Babakovun yazdığına görə, yazıçını üç nöqteyi nəzərdən dəyərləndirmək olar: yazıçını dastan söyləyən, müəllim və ovsunçu adlandırmaq olar. Böyük bir yazıçı bu üç xüsusiyyətə yiyələnməlidir. Lakin ofsunçuluq onu mühüm bir yazıçıya çevirən hakim olduğu daxili aləmidir.
Biz məşqul olmaq və şəfqət hisslərinə yiyələnmək üçün romanda uzaq bir yerə səfərdən ləzzət almaq üçün dastan söyləyən şəxsin ardınca gedirik. Bir az fərqli və kifayət qədər yuxarı səviyyədə olmayan bir yazıçı zehni müəllim arayır. Təəssüflər olsun ki, elə oxucularla rastlaşmışıq, onların fransız və rus yazıçılarının əsərlərini oxumaqda məqsədi sərxoş Fransa və ya qəmli Rusiya haqqında xəbər əldə etməkdir. Hər şeydən mühüm odur ki, böyük bir yazıçı həmişə böyük bir ovsunçudur və burada biz doğrudan da işin ən həyəcanlı nöqtəsinə varırıq. Yəni bu şəxsin fərdi, özünəməxsus cadulu, əfsunkar xüsusiyyətinı, onun üslubunu, təsvir etmək bacarığını dərk etmək istərkən romanlarda elə bil ki şeir dilini başa düşürük.
Yazıçının daxilində təkcə bu üç xüsusiyyəti tapmaq mümkün olarsa, təbiidir ki bu üç cəhətdən irəli gələn ədəbi şedevrin şahidi oluruq. Ola bilsin ki bəzi vaxtlarda hər hansı bir yazıda bu üç cəhətin biri təsirsiz göstərilsin. Lakin Babakovun fikrinə görə, bu xüsusiyyət şübhəsiz ki əsərin təsir qüvvəsinin azalmasına səbəb olacaqdır. Xüsusilə də həmin şəxsiyyət ovsunçu olduğu halda bu daha çox hiss edilir. Yuxarıdakı təsviri qəbul etsək, bu üç xüsusiyyətdən ikisi yazıçının vəzifəsini yada salır.  Yazıçı , dastan söyləyən insanın məşqul etmək vəzifəsini yada salır. Müəllim tədrisi,
xəbər çatdırmaq, tənqid və sairəni. Əlbəttə mənim nəzərimcə, ən böyük vəzifəni ovsunçu öhdəsinə alır. Ovsunçu bir dastanda olan mətni, tənqid və fəlsəfi qeyd ilə daha da zənginləşdirir. Hadisələrlə dolu bir mətni oxucunun fikrini məşğul  və diqqət nəzərini cəlb etmək üçün onun ixtiyarına verir. Ovsunçu dili, təsvir və xırdalıqları göstərməklə bizim zehnimizi mətnlə məşqul etdirir və insan bu üsul ilə özünün zehni dünyagörüşünün artmasına səbəb olur. 

Комментариев нет:

Отправить комментарий